Sinif kollektivinin öyrənilməsi və ona psixoloji-pedaqoji xarakteristika tərtib etmək üçün təxmini sxem
1.Məktəbin bir kollektiv kimi xarakteristikası. Məktəb kollektivinin tərbiyəlilik, intizamlılıq, mənimsəmə səviyyəsi. Məktəbin ictimaiyyətlə əlaqəsi. Məktəbin sinif kollektivinə təsiri.
2.Sinif kollektivinin rəsmi strukturu. Sinfin tərkibi. Onun fəalları.. Sinif nümayəndəsinin, kollektivin hörmətini qazanan şagirdlərin qısa xarakteristikası.
3.Sinif kollektivinin tədris fəaliyyətinin təşkilinin ümumi xarakteristikası. Sinfin mənimsəmə göstəriciləri. Ayrı-ayrı fənlərə münasibət.
4.Sinif kollektivinin ictimai- faydalı işdə iştirakı.
5.Sinfin intizamı, şagirdlərin davranış normalarının, sosial davranış vərdiş və adətlərinin vəziyyəti.
6.Sinif kollektivinin ictimai əhəmiyyətə malik olan məqsədləri. Sinif kollektivi üzvlərinin birliyi. Kollektivdə ictimai rəy.
7.Şəxsiyyətlərarası münasibətlər. Yoldaşlıq münasibətləri. Şagirdlərin mikroqruplardakı qarşılıqlı əlaqəsini xüsusiyyətləri. Kollektivə xüsusi təsir edə bilən şagirdlərin olması.
8.Sinif kollektivinin yaş xüsusiyyətləri. Əldə edilmiş materialların təhlili və ümumiləşdirilməsi əsasında sinif kollektivinin aşkara çıxarılması mümkün olan spesifik xüsusiyyətləri.
9.Sosial mühitin, valideynlərin, ictimaiyyətin, sinif kollektivinə təsiri.
10.Şagirdlərdə ictimai fəallığı yüksəltmək, onlarda xarakterin müsbət əlamətlərininin aşılanması məqsədilə təcrübəçi tələbənin sinifdə apardığı işin məzmunu.
11.Gələcəkdə həmin sinif kollektivi ilə aparılacaq tərbiyəvi işin məzmunu və təşkilinə aid təkliflər (müəllimlərin, sinif rəhbərinin valideynlərin aparacağı işlər).
Dərsin psixoloji təhlili
Tədris işinin təşkilinin əsas forması olan dərsin xüsusiyyətləri ilə dərindən tanış olmadan, müasir dərsə verilən tələbləri nəzərə almadan yaxşı müəllim olmaq, şagirdlərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaq, dərsdə onların şəxsiyyətinin formalaşmasına təkan vermək mümkün deyildir. Ona görə də dərsi (istər başqalarının, istərsə də özünün dediyi dərsi) psixoloji cəhətdən təhlil edə bilməyən təcrübəçi – müəllim bu tələbləri nəzərə almaqda çətinlik çəkəcəkdir.
Bununla yanaşı olaraq, dərsin dərin psixoloji təhlilini verməyi bacaran müəllim həm öz əməyinin, həm də təlimin hər bir mərhələsində şagirdlərin bilik və bacarıqlara yiyələnməsinin səmərə və keyfiyyətini yüksəldə biləcəkdir.
Dərsin psixoloji təhlilini vermək bəzən təcrübəçi-müəllim üçün o qədər də asan deyildir. Bunun üçün bir sıra cəhətlərə xüsusi diqqət yetirilməlidir.
Adətən, hər bir dərsdə müəllim birbaşa və ya dolayı yolla uşağın şəxsiyyətinin istiqamətinin formalaşması və inkişafı vəzifəsini həyata keçirir. Ona görə də dərsin təhlili zamanı birinci növbədə tədris materialının məzmununun, onun təşkili yollarının, müəllimin davranışının şagirdlərdə baxışlar, dünyagörüşü, maraqlar, inamın formalaşmasına necə təsir etdiyinə fikir vermək lazımdır.
Dərsdə şagirdlərin idrak proseslərinin təşkili və inkişafı üçün nə kimi işlər görülməsi nəzərə alınması zəruri olan cəhətlərdəndir. Xüsusilə müəllimin şagird təfəkkürünü hansı yollarla fəallaşdırması, problem situasiya yaratma imkanları və s. nəzərdən qaçmamalıdır. Məfhumların çatdırılması zamanı mühüm əlamətlərə nə dərəcədə istinad olunması, formal əlamətlərdən istifadə zamanı baş verən qüsurlar təhlildə qeyd olunmalıdır. Dərsdə şagirdlərin təfəkkürün təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə proseslərindən necə istifadə etmələri və müəllimin bu sahədəki işi nəzərə alınmalı və qeyd edilməlidir.
Dərsdə şagirdlərin diqqətinin necə təşkil olunması, diqqəti cəlb edən və ya yayındıran səbəblər təcrübəçinin nəzərindən qaçmamalıdır.
Bütün bunlarla yanaşı olraq dərsin təhlilində müəllimin xarakteristikasına da xüsusi yer verilməlidir. Burada müəllimin pedaqoji ustalığı, pedaqoji təfəkkürü, dərsə hazırlığı, nitqi, şagirdlərə yanaşma tərzi, pedaqoji ünsiyyət və mərifəti və s. nəzərə alınmalıdır.
Dərsin psixoloji təhlilini aşağıdakı təxmini sxem üzrə aparmaq mümkündür:
Dostları ilə paylaş: |