Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Qavrayış. Yeni materialı qavramağa qarşı ustanovkanın yaradılması priyomları. Şagirdlərin müşahidə aparmalarının təşkili. Hafizə



Yüklə 1,29 Mb.
səhifə278/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   274   275   276   277   278   279   280   281   ...   297
psix

Qavrayış. Yeni materialı qavramağa qarşı ustanovkanın yaradılması priyomları. Şagirdlərin müşahidə aparmalarının təşkili.
Hafizə. Əvvəl mənimsənilmiş biliklərin fəallaş­dı­­rıl­­ma­­­­sı priyomları. Şagirdlərdə hafizənin bütün tiplərinin nəzərə alınması və onların inkişafının təmin olunması. Öyrənmənin səmərəli yollarından istifadə edilməsi.
Təfəkkür. Şagirdlərin problem situasiya ilə qaşılaş­­dı­­rılması. Yeni anlayışların formalaşdırılması yolları. Fikri pro­ses­­lərin dərsin ayrı-ayrı mərhələlərində təşkili. Dərsdə şa­­gird­­­lərin əqli keyfiyyətlərinin (təfəkkürün müstəqilliyi, tənqidiliyi, əqlin dərinliyi, çevikliyi və s.) təzahürü və müəllimin həmin keyfiyyətləri formalaşdırmaq üçün istifadə etdiyi yollar.
9. Dərsdə şagirdlərin şəxsiyyətlərinin ayrı-ayrı cə­hət­­lərinin təzahürünün xarakteristikası.
Şagirdlərin öz yoldaşlarının cavablarına və müəllimin verdiyi qiymətə münasibətləri. Müəllimin öz hərəkətləri ilə şagirdlərdə yeni davranış motivi yaradıb yaratmaması. Təlim prosesində əqli, iradi və s. xassələrin necə formalaşması. Şagirdlərin davranışında qüsurların olub-olmaması. Onların səbəbi.
10. Müəllimin xarakteristikası. Materialı bilməsi. Metodiki ustalığı. Pedaqoji mərifəti. Pedaqoji ünsiyyətinin xüsusiyyətləri. Nitqi (tələffüzü, tempi, nitq mədəniyyəti, nitqinin obrazlılığı, emosionallığı).
Ümumi nəticə. Müəllim dərsdə şagirdlərin psixi fəa­­liy­yətini idarə etməyi nə dərəcədə müvəffəqiyyətlə həyata keçirdi.


VI.25.5. Pedaqoji kollektiv və ona rəhbərliyin

bəzi psixoloji məsələləri



Pedaqoji kollektiv. Gənclərin təhsili və tərbiyəsi müəllim kollektivinin birgə yaradıcı əməyi deməkdir. Müəllim kollektivinin yaxşı düşü­nülmüş və möhkəmlənmiş iş sistemi onların əxlaqi fəaliyyətinin müvəffəqiyyəti üçün əvəzolunmaz şərtdir.
Müəllim kollektivinin işindəki məqsədyönlü­lüyü və mütəşəkkillik məktəb işinin nəticəsi üçün məsuliyyətlilik doğurur. Vahid pedaqoji baxışın olması müəllim kollektivi üçün ən mühüm keyfiyyətdir.
Pedaqoji kollektiv özünün fəaliyyətinin məz­munu ilə müəyyənləşən müəyyən təşkilati struktura malikdir. Bu struktur kollektiv üzvlərinin qarşı­lıqlı asılılıq, qarşılıqlı nəzarət münasibətlə­rini müəyyənləşdirir. Bu struktur dairəsində pedaqoji şura, fənn metodik birləşmələri, sinif rəhbərləri və məktəb rəhbərləri fəaliyyət göstərir.
Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və kooperasiya mövcuddur. Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan müəllimlər arasında; eyni sinifdə işləyən müəllimlər və sin­fin rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmə­lərə, cəmiyyətlərə, şagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə aparılan tər­biyəvi işin müəyyən sahəsi və ya istiqamətinə cavab­deh olan müəllimlər arasında və s. bölünür.
Pedaqoji kollektivin işinin müvəffəqiyyəti müəllimlərin əmək kooperasiyasının düzgün təşki­lindən asılıdır. Bu isə müəllimlərdən birgə əmək­daşlıq vərdişlərinə yiyələnməyi tələb edir. Həmin vərdişlərə müəllim pedaqoji kollektivdə yiyələnir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin