Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Kollektivin fəaliyyətinin təkmilləşdiril­məsi



Yüklə 1,29 Mb.
səhifə281/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   277   278   279   280   281   282   283   284   ...   297
psix

Kollektivin fəaliyyətinin təkmilləşdiril­məsi. Fasiləsiz olaraq müəllimlərin pedaqoji usta­lığını artırmaq, kollektivdə hər bir müəllimi təlim-tərbiyə işinin müasir forma və metodlarını, psixologiya və pedaqogika elminin nailiyyətlərini və qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hər­tərəfli inkişaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin yaradılmasından ibarətdir.
Kollektivin birliyi - müəllimlərin daxili-psixoloji eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir və bir-biri ilə bağlı olan aşağıdakı üç cəhəti əhatə edir: 1) şəxsiyyətlər­arası inteqrasiya-kollektivin sosial-psixoloji strukturunun optimallaşması, burada qarşılıqlı anlama, qarşılıqlı hörmət, yoldaşlıq və dostluq mühitinin formalaşması; 2) funksional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələ­rinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına qarşı vahid müsbət münasibətlərin for­malaşması, kollektiv əhəmiyyət daşıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət və rəftarla­rını qiymətləndirmək üçün vahid norma və meyarla­rın hazırlanması; 3) təşkilati birlik ─ müəllim­lərdə öz məktəblərində yaşamaq və işləmək ustanov­kası, ona bağlılıq, ondan razılığın təşəkkülü.
Özünüidarəetmənin inkişafı - müəllimləri fəal idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü, müəllimlərdə öz məktəbinin sahibi olması hissinin, öz kollek­tivinin təlim-tərbiyə fəaliyyətini, onda psixoloji iqlimin bütün cəhətlərinin təkmilləşdirilməsinə təsir etməyə yönəldilən tələbat və bacarıqların inkişafı.


Özünü yoxlamaq üçün sual və tapşırıqlar





  1. Pedaqoji fəaliyyət hansı fəaliyyətdir? Onun əsas cəhətləri hansılardır?

  2. Müəllimin cəmiyyətdə yeri və funksiyaları haqqında danışın.

  3. Müəllim şəxsiyyətinə nə kimi psixoloji tələblər verilir?

  4. Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə oynadığı rol haqqında danışın.

  5. Müəllimdə hansı pedaqoji bacarıq və vərdişlər formalaşmalıdır?

  6. Pedaqoji qabiliyyətləri xarakterizə edin.

  7. Pedaqoji ünsiyyət və onun rolu haqqında danışın.

  8. Şagirdlərlə pedaqoji ünsiyyət zamanı gənc müəllimlər nə kimi çətinliklərlə qarşılaşırlar?

  9. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliklər hansılardır?

  10. Müəllimin pedaqoji mərifəti haqqında danışın.

  11. Pedaqoji kollektivdə psixoloji iqlim dedikdə nəyi başa düşürsünüz? Həmin iqlimin yaranmasına hansı amillər təsir edir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin