9.Emosional-iradi sferasının xüsusiyyətləri. Pedaqoji təsirlərə emosional reaksiyasının xarakteri. Əxlaqi, zehni və estetik hisslərin xüsusiyyətləri. Emosional oyanıqlıq dərəcəsi, emosiyaların cərəyanı və dəyişmə sürəti, emosiyaların xarici ifadəsi. İradi xüsusiyyətləri: məqsədyönlülüyü, müstəqilliyi, təşəbbüskarlığı, qətiliyi, təkidliliyi, özünə sahib olması və s.
10.Qabiliyyətlər.Ümumi və xüsusi qabiliyyətləri; şagirddə aydın müşahidə olunan qabiliyyətlər: musiqi, texniki, riyazi, təşkilatçılıq və s.
11.Temperament. Temperamentin hansı tipinin üstünlük təşkil etməsi: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Həmin tipə mənsub olduğunu göstərən amillər.
12.Xarakter. Şagirdin təlimə münasibətdə ifadə olunan xarakter əlamətləri: səyliliyi, fəallığı, intizamlılığı və s. Məktəbə və sinfə münasibətdə ifadə olunan xarakter əlamətləri. Əməyə münasibətdə ifadə olunan xarakter əlamətləri: əməksevərliyi, vicdanlılığı, işgüzarlılığı. Yoldaşlarına və böyüklərə münasibətdə ifadə olunan xarakter əlamətləri: qayğıkeşlilik, ünsiyyətlilik. Şeylərə münasibətdə ifadə olunan xarakter əlamətləri: səliqəlilik və ya səliqəsizlik, ehtiyatlılıq, ehtiyatsızlıq. Özünə münasibətdə ifadə olunan xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, məğrurluq və s.
13.Təcrübəçi tələbəkollektivin köməyi və fərdi yanaşma yolu ilə şagirdin tərbiyəsində nə kimi işlər görmüşdür? Yerinə yetirilən işin səmərəliliyi.
14.Pedaqoji nəticələr. Gələcəkdə həmin şagirdlə hansı tərbiyəvi işlər aparmaq lazımdır? (müəllimlər, sinif rəhbəri, valideynlər, sinif və məktəb kollektivi, eləcə də şagirdin özü tərəfindən).
Sinif kollektivinin psixoloji xarakteristikasınagəldikdə, o da özündə aşağıdakı göstəriciləri əks etdirməlidir.
I. Məktəbin bir kollektiv kimi xarakteristikası.
II. Sinif kollektivinin strukturu.
III. Sinif kollektivinin ayrı-ayrı fəaliyyət növlərində iştirakının xarakteristikası.
IV. Sinfin davranışı və məqsədləri.
V. Şəxsiyətlərarası münasibətlər, kollektivdəki mikroklimat.
VI. Sinif fəalları və liderlərinin xarakteristikası.
VII. Sinif kollektivinə təsir edən amillər.
VIII. Sinfi bir kollektiv kimi xarakterizə edən ümumi nəticə, gələcəkdə aparılacaq iş barədə təklif və məsləhətlər.
Sinif kollektivini aşağıdakı təxmini sxem üzrə öyrənmək və ona psixoloji-pedaqoji xarakteristika tərtib etmək olar.