Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə269/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   265   266   267   268   269   270   271   272   ...   297
psix

1.Diktator modeli («Monblan»). Bu cür müəllimlər dərs dedikləri şagirdlərdən (tələbələrdən) bir növ təcrid olunurlar. Onlar yalnız şagirdlərə (tələbələrə) bilik vermək, öz hazırlıq səviyyələrini nəzərə çarpdırmağa çalışırlar. Şagirdlər onun üçün yalnız adi dinləyici kütləsi olur. Onların arasında heç bir qarşılıqlı təsir mövcud olmur. Müəllimin pedaqoji funksiyası yalnız məlumat verməklə məhdudlaşır.
Nəticədə – psixoloji təmas olmur, buradan isə şagirdin, tələbənin təşəbbüskarsızlığı, passivliyi yaranır.
2.Təmassız model («Çin səddi»). Bu cür model özünün psixoloji məzmununa görə birinciyə yaxın olur. Fərq ondan ibarətdir ki, bu modeldə müəllim və şagirdlər arasında azacıq da olsa zəif əks əlaqə yaranır. Əks əlaqənin zəifliyi ixtiyari və ya qeyri-ixtiyari ünsiyyət maneəsi ilə bağlı olur. Bu cür maneə rolunu tərəflərdən birinin əmək­daşlıq arzusunun olmaması, məşğələnin dialoq xarakterində deyil, yalnız məlumatı çatdırmaqla məhdudlaşması, müəl­limin qeyri-ixtiyari olaraq öz statusunu qeyd etməsi və s. oynaya bilər. Bu cür müəllimlər öz mövqeləri ilə hər cür başqa mülahizələri rədd edirlər.
Nəticədə – müəllimin şagirdlərlə (tələbələrlə) zəif qar­şılıqlı təsiri, şagirdlərin müəllimə qarşı laqeyd müna­si­bəti özünü göstərir.
3.Fərqləndirici diqqət modeli («Lokator»). Bu cür müəllimlər şagirdlərə seçici münasibət bəsləyirlər. Onlar bütün sinfə deyil, məsələn, yalnız talantlı və yaxud zəif şagirdlərə diqqət yetirirlər. Bu cür ünsiyyət modelinin yaranmasının səbəblərindən biri dərs dediyi şagirdlərin təli­minin fərdiləşdirilməsi ilə frontal yanaşmanı əlaqələndirə bilməməsi ola bilər.
Nəticədə – müəllim-şagird kollektivi sistemində qar­şılıqlı təsir aktı pozulur.
4.Hiporefleks modeli («Tetra quşu»). Bu cür müəl­limlər ünsiyyət zamanı sanki özlərinə qapılırlar. Özlərini dinləməyə meyllidirlər. Onların nitqi ən çox monoloji xarakter daşıyır. Danışarkən o, yalnız özü-özünü eşidir, dinləyicilərə heç cür reaksiya, fikir vermir. Birgə iş zamanı da özünə qapılmış olur.
Nəticədə – öyrədən və öyrənənlər arasında qarşılıqlı təsir praktik olaraq mövcud olmur. Müəllim və şagirdlər (tələbələr) arasında psixoloji vakuum sahəsi yaranır. Ünsiyyət prosesinin tərəfləri bir-birindən təcrid olunurlar.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin