Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Nitqin qavranılması və anlaşılması



Yüklə 1,29 Mb.
səhifə40/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   297
psix

Nitqin qavranılması və anlaşılması. Nitqin qavranılması, anlaşılması və mənilsənilməsi özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Təcrübə göstərir ki, nitqin qavranılması heç də həmişə eyni şəkildə cərəyan etmir. Aparılmış tədqiqatlar göstərmişdir ki, nitqin qavranılması qavrayış zamanı qarşıya qoyduğumuz məqsəddən, fəaliyyətimizin gedişində onun hansı funksiyanı yerinə yetirməsindən, qavranılan nitqin məzmunu, anlaşıqlılığı, emosionallığından, nitqi qavrama şəraitindən və qavrayanın şəxsi təcrübəsindən, qavrama ustanovkasından asılıdır.
Nitqin qavranılması və anlaşılması insanın nitqə nə dərəcədə yiyələnməsindən, başqa sözlə nitq prosesində istifadə olunan dili nə dərəcədə mənimsəməsindən də asılıdır. Dili, onun fonetik, leksik, qrammatik qanunlarını mükəmməl mənimsəyən adam həmin dilin vasitəsilə həyata keçirilən nitq prosesini asanlıqla və düzgün qavraya və anlaya bilir.
Bu baxımdan ana dilində və xarici dillərdə nitqi qavramaq və anlamaq bir sıra xüsusiyyətlərinə görə bir-bir­lərindən fərqlənir. Ana dilinə birbaşa yiyələnən insan həm imitasiya, həm də sistemli təlim prosesində onun bütün çalarlarına yiyələnir, nəticədə müvafiq tələblərə əməl olunduqda bu dildə nitqi qavrama və anlama da o qədər çətinlik yaratmır. Xarici dilin mənimsənilməsi və qavranılması isə xeyli fərqlənir. Tanınmış psixolinqvist A.A.Leontyevin qeyd etdiyi kimi1 ikinci dilin öyrənilməsi onu öyrənməyə başlayan adamın yaşından asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O, ana dilinin mənimsənilməsi ilə paralel və ya azacıq gec baş verə bilər; bu cür hallar iki dilli ailələr üçün adi haldır. Burada o, psixoloji cəhətdən ana dilinin mənimsənilməsi ilə oxşardır. İkinci dilin öyrənilməsi bir qədər sonra, məktəbəqəbər yaş dövründə də başlaya bilər. Bu dövr dili, onun fonetika və qrammatikasını dərk etmədən birbaşa metodla mənimsəmək üçün səmərəli, necə deyirlər, senzitiv dövrdür. Lakin ikinci dilin öyrənilməsinə uşaq­larda ana dili faktlarına ixtiyari olaraq istinad etmək bacarığı yarandıqdan sonra başlamaq daha səciyyəvi haldır. Xarici dilin və ümumiyyətlə ikinci dilin öyrənilməsi məhz həmin bacarıqların əsasında baş verir. Əgər ana dili «aşağıdan yuxarıya» doğru mənimsənilirsə, daha doğrusu, burada əvvəlcə ən sadə mexanizm, bir növ heca düzəltmək mexanizmi yaranırsa, sonra dilin ali səviyyələri mənimsənilirsə, daha sonra nitqin ixtiyariliyi meydana gəlirsə, bununla belə dil vahidləri ilə şüurlu əməliyyat ən axırda təşəkkül tapırsa, ikinci dil «yuxarıdan aşağıya» - dil vasitələrini tam ixtiyari seçməklə, dil üzərində şüurlu əməliyyat aparmaqdan nitqin avtomatlaşmasına doğru mənimsənilir. Bu cəhət istər- istəməz xarici dildə nitqi qavramaq və anlamaqda öz təsirini göstərir.
Xarici ölkə psixoloqlarının əsərlərində2 qeyd edildiyi kimi, insanın nitq aparatı yüzlərcə müxtəlif nitq səsləri yaratmaq imkanına malikdir. Lakin heç bir dildə bu səslərin hamısından istifadə olunmur. İngilis dilində qırxa qədər müx­təlif fonemlərdən istifadə olunur. Başqa dillər də özünün xüsusi fonem qrupunu seçir. Məsələn, alman dilində bəzi xirtlək səslərindən istifadə olunur ki, bu cür səslərə ingilis dilində təsadüf olunmur. Fransız dilində istifadə olunan bəzi sait səslərə də ingilis dilində rast gəlmirik.
Uşaqlar ana dilində istifadə olunan səsləri tələffüz etməyə öyrəndikdən sonra onlar öz fonemikalarına həddindən artıq rigidliklə yanaşırlar. Onlar öz ana dillərində ifadə olunmayan səsləri tələffüz etməkdə, həmin yad səsləri bir- birindən fərqləndirməkdə çətinlik çəkirlər (J.Verker). Məhz bu hal çox vaxt xarici nitqin qavranılması və anlaşılmasını çətinləşdirir. Bu səbəbdən çox vaxt xarici nitq bizim üçün aydın olmur, ayrı-ayrı səslərin ardıcıl deyil, qarışıq, anlaşılmaz toplusu təsirini bağışlayır.
Xarici dildə nitqi qavramaq və anlamaqda özünü göstərən çətinliklərdən biri də nitqdəki səslərin tələffüz sürəti ilə bağlıdır.
Xarici ölkə psixoloqlarının tədqiqatları göstərmişdir ki, yaşlı adamlar nitqdə saniyədə 16 fonem olmaqla bir dəqiqə ərzində 250 sözü qavraya bilirlər Adətən, bu fonemlər hər bir nitq vahidini müəyyənləşdirən sərhəd rolunu oynayaraq fasilə olmadan ötüb gedir. Həqiqətən çox vaxt bir fonemin yaradılması digərinin üzərinə düşür. Məsələn, insan əvvəlki samitin tələffüzünü qurtarmamış sait səsi tələffüz etməyə başlayır. Bu hal ayrı-ayrı sözlərin tərkibində ardıcıl fonem, eləcə də frazaların daxilində ardıcıl sözlər üçün düzgün hal hesab olunur. Məhz buna görə də bəzən sözü «xəz əl», yoxsa «xəzəl» kimi eşitdiyini anlamaq çətindir. Deməli, çox vaxt dinləyici nitq axınını müvafiq vahidlərə ayırmaq vəzifəsini yerinə yetirməli olur. Bu prosesi düzgün həyata keçirmək üçünsə dinləyənin həmin dilin lüğət tərkibi və strukturu haqqında zəruri biliyinin olması tələb edilir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin