Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə79/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   75   76   77   78   79   80   81   82   ...   297
psix

Kiçik qruplarda psixoloji uyuşma. Kiçik qruplarda birgə fəaliyyətin müvəffəqiyyətlə getməsi, səmərəliliyi qrup uyuşmasından, başqa sözlə qrup üzvlərinin həmrəyliyindən çox asılıdır. Bunu həyatı faktlar da təsdiq edir. Tez- tez hər hansı bir qrupun dağılmasının, onun fəaliyyətinin səmərəsizliyinin qrup uyuşmasının olmaması ilə bağlı olması barədə söhbətlərin şahidi oluruq. Hər hansı bir qrupda, məsələn, ailədə, istirahət qruplarında, biznesdə, idman və s. qruplarında adamların bir- birinə uyuşa bilməməsini qrup fəaliyyəti üçün ciddi maneə hesab edirlər. Başqa sözlə, çox vaxt bu cür kiçik qruplarda heç də bütün adamların hamısının həmin qrupda mürəkkəb və məsuliyyətli birgə işi həyata keçirməyə hazır olmadıqları özünü göstərir. Kiçik qrupların fəaliyyətinin səmərəliliyinə müsbət və ya mənfi təsir göstərən amillərdən biri məhz qrup uyuşması fenomeni ilə əlaqədardır.
Mövcud ədəbiyyatda qrup uyuşmasını ilk növbədə fizioloji və psixoloji aspektdə izah edirlər. Fizioloji uyuşmanı çox vaxt təmiz fiziki imkanlar, xüsusiyyətlərlə bağlayırlar. Məsələn, hər hansı bir fiziki işi birgə yerinə yetirən adamlarda fiziki uyuşmanın olması zəruridir. Psixoloji uyuşmaya gəldikdə, bu, qrup üzvlərinin psixoloji cəhətdən uyuşması ilə bağlıdır. Bu heç də fizioloji uyuşmadan az əhəmiyyətə malik deyildir.
Müasir psixologiyada psixoloji uyuşmanın üç istiqamətdə – struktur, funksionaladaptiv istiqamətlərdə öyrənildiyi göstərilir.1
Psixoloqlar struktur uyuşmanı «qrup üzvlərinin xarakteristikalarının optimal uyuşmasının» araşdırılması ilə baglayırlar. Buraya qrup üzvlərinin dünyagörüşü, tələbatları, motivləri, maraqları və s.- nin oxşarlığı və yaxınlığını aid edir və bu cür oxşarlıq və yaxınlığın qrup üzvlərinin bir-birinə psixoloji cəhətdən uyuşmasına kömək etdiyini göstərirlər (Ə.Bayramov, Ə.Əlizadə).
Funksional psixoloji uyuşmaya gəldikdə burada idraki, emosional-iradi cəhətdən yaxınlıq, xüsusilə temperament və xarakter səviyyəsində uyuşma əsas götürülür. Həyati faktlar göstərir ki, qrup üzvləri arasında xarakterlərinə görə uyğunsuzluğun olması çox vaxt qrupda ciddi mənfi psixoloji hadisələrin baş verməsinə, xüsusilə qrupda psixoloji iqlimin pozulmasına gətirib çıxarır. Hətta qrup üzvlərinin tək birində xarakterin ciddi uyğunsuzluğu qrup fəaliyyətinin pozulmasına əsaslı təsir göstərə bilir. Fikrimizi aydınlaşdırmaq üçün rast gəldiyimiz bir fakta nəzər salaq. Yaxşı tanıdığımız, yüksək elmi dərəcəyə malik olan C. Bir elmi idarəyə şöbə müdiri təyin olunmuşdu. İlk dövrlər C. Özünü bacarıqlı təşkilatçı kimi göstərməyə çalışsa da bir neçə ay keçdikdən sonra həqiqi xasiyyətini biruzə verməyə başladı. O, tabeliyində olan işçiləri incidir, hamının yerli-yersiz onun istədiyi kimi hərəkət etməsini tələb edirdi. Qulaq asmayanları müxtəlif bahanələrlə işdən uzaqlaşdırmağa çalışır, rəhbərliyin düzgün tələblərini qəbul etmirdi. Həmişə öz fəaliyyəti ilə müəssisədə yüksək qiymətləndirilən şöbədə psixoloji iqlim pozulmaqla yanaşı şöbənin fəaliyyəti iflic vəziyyətinə düşmüşdü. Bütün bunlar rəhbərliyin nəzərindən qaçmadığına görə C-nı 1 illik elmi məzuniyyətə göndərməyə, şöbəni birləşdirməyə məcbur oldular. C. İlk dövrlər bunula razılaşmış, elmi işini başa çatdırmış və rəhbərliyin yaxından köməyi sayəsində doktorluq dissertasiyasını müdafiə etmişdir. Az vaxt keçdikdən sonra C-in xarakter əlaməti yenə də özünü göstərməyə başlayır, ona yaxından köməklik göstərmiş müəssisə rəhbərinə qarşı çıxmağa, ona qarşı iftiralar uydurmağa başlayır. Nəticədə yenidən müəssisədə psixoloji iqlim pozulur, işdə ciddi narahatlıq özünü göstərməyə başlayır.
Bu cür faktlar göstərir ki, qrupda şəxsiyyətlərarası rolların bir-biri ilə uyuşması psixoloji uyuşmanın zəruri şərtlərindən birinə çevrilir. Əksinə, rollararası münaqişələrin yaranması isə qrup uyuşmasını çətinləşdirməklə onun fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərir.
Psixoloji ədəbiyyatda qeyd olundugu kimi, qrup uyuşmasının adaptiv planda təhlili pozitiv şəxsiyyətlərarası mü­nasibətlərin formalaşdırılmasını nəzərdə tutur. Psixoloqlar qrup uyuşmasının adaptiv planda həyata keçirilməsini təmin etmək üçün işgüzar oyunlar metodundan geniş istifadə olunmasını məsləhət görürlər.
Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, işi birlikdə icra edən və ya yanaşı yaşayan adamların uyuşan və uyuşmaz olması qrupların sosial-psixoloji tədqiqi üçün ən aktual vəzifələrdən biridir.
Qrup uyuşmasının eksperimental tədqiqi qomeostat adlanan xüsusi qurğunun köməyi ilə həyata keçirilir. Qomeostat elə bir cihazdır ki, burada eyni vaxtda bir neçə adam işləyə bilir. Bu zaman birgə fəaliyyətin müvəffəqiyyəti bütün qrupun fəaliyyətinin uzlaşdırılmasından və uygunlaşdırılmasından asılı olur. Bu cihazın köməyi ilə qrupun birgə fəaliyyətə nə dərəcədə hazır olduğunu aşkara çıxarmaq müm­kün olur. Bu baxımdan qomeostatdan müəyyən qrupları yaratmaq məqsədi ilə müvafiq qrup üzvlərini müəyyənləşdirmək üçün onun imkanlarını şişirtməyə imkan vermədən istifadə etmək mümkündür.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin