Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.
Bir yaşından üç yaşına qədər dövrdə nitqin inkişafı.
Uşaqların məktəbə psixoloji hazırlığında fərdi-fərqlər.
Bağça yaşlı uşaqlarda təxəyyül və təfəkkürün inkişafı.
Müxtəlif oyun, təlim və əmək tapşırıqlarının bağça yaşlı uşaqların psixi inkişafına təsiri.
Ədəbiyyat
Həmzəyev M.Ə. Ailədə uşaqların oyunlarına rəhbərlik. – Bakı, 1965
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2002
Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə. Xrestomatiə. –M., 2001, s. 11-61
Qreys Krayq Psixoloqiə razvitiə. –Piter, 2002, s. 207-243
Mayers D. Psixoloqiə. – M., 2001, s. 124-157
Muxina V.S. Detskaə psixoloqiə. – M., 1985, s.221-261
Zaporojeü A.V. İzbrannıe psixoloqiçeskie trudı. V 2-x T. – M., 1986, t.1.s.52-99;154-215
Glğkonin D.B. Detskaə psixoloqiə. – M., 1960, s.138-293
Glğkonin D.B. Psixoloqiə iqrı. – M., 1978, s.151-168
20-ci FƏSİL
KİÇİK MƏKTƏBLİLƏRİN PSİXİ İNKİŞAFI
Qısa xülasə Uşağın məktəb həyatının ilk dövrünün psixoloji xüsusiyyətləri. Kiçik məktəb yaşının başlanğıcı və sonu ilə əlaqədar olaraq özünü göstərən psixoloji dəyişiklik. Məktəbə daxil olmaqla əlaqədar uşağın qarşılaşdığı problemlər. Uşağın öz həyat tərzində, gün rejiminə, onu əhatə edənlərlə münasibətindəki dəyişikliklərin zəruriliyi, intensiv əqli iş zamanı kiçik məktəblilərin tez yorulmasının səbəbləri.
Kiçik yaşlı məktəblilərdə idrak proseslərinin inkişafı. İdrak proseslərinin qeyri-ixtiyaridən ixtiyari tənzimlənməyə çevrilməsi. Kiçik yaşlı məktəblilərdə qavrayışın, diqqətin, hafizənin, təfəkkürün, təxəyyülün və nitqin inkişaf xüsusiyyətləri.
Kiçik məktəblilərdə hisslərin, iradə və xarakterin inkişafı. Hisslərin inkişaf xüsusiyyətləri. Hisslərin az davamlılığı və keçiciliyi. Uşaqların öz hisslərini gizləməkdə çətinlik çəkmələri. Ali hisslərin təzahürü xüsusiyyətləri. İradənin formalaşması və ona təsir edən amillər. Xarakterin, şəxsiyyətin bəzi əlamətlərinin formalaşması.