Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarakterin inkişafı



Yüklə 1,29 Mb.
səhifə207/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   203   204   205   206   207   208   209   210   ...   297
psix

VI.20.3. Kiçik məktəblilərdə hisslərin, iradə və xarakterin inkişafı


Məktəbə daxil olmaqla əlaqədar uşaqda bir sıra yeni, mürəkkəb və ziddiyyətli hisslər özünü gös­tərməyə başlayır. Bu hisslər uşağın yeni vəziyyəti ilə bağlı olur. Məktəbə yenicə gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar fəxr edirlər ki, artıq məktəblidirlər, “böyük” ol­muşlar. Eyni zamanda məktəbə təzə gələn uşaqlar bəzi həyəcanlı anlar da keçirməyə başlayırlar: “Görəsən məktəbdə necə olacaq? Tapşırıqları yerinə yetirə biləcəkmi? Yoldaşları, müəllim necə olacaq? və s.


Bütün bunlarla yanaşı olaraq mühitin, təlim və tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər yaranmağa başlayır. Təlimdə qazan­dığı ilk müvəffəqiyyət uşa­ğı sevindirir.
Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Bu dövrdə uşaqlar öz hisslə­rini gizlətməkdə çətinlik çəkirlər.
Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri nisbətən davamlı xarakter daşımağa başlayır.
Bu dövrdə uşaqlarda zehni, əxlaqi və estetik hisslər də özünəməxsus şəkildə inkişaf edir. Uşaq­da hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim zamanı rast gəldiyi çətinliyi aradan qaldırmağa inam, şüb­hə, işi icra edərkən özündən razı qalmaq, öz “kəşf­ləri” ilə fəxr etmək və s. kimi hallar baş verir. Bu dövrdə vətənə məhəbbət, böyüklərə hörmət, yoldaşlıq, insanlara qayğı və s. kimi əxlaqi hisslərin əsası qo­yulur. Ümumiyyətlə kiçik məktəblilərdə əxlaqi hiss­lər biliklərə, tədricən əxlaqi anlayışlara yiyələn­məklə əlaqədar inkişaf edir. Kiçik məktəb yaşı döv­ründə estetik hisslərin inkişafı, estetik zövqün tərbiyəsi üçün də səmərəli şərait yaranır.
Kiçik məktəb yaşı dövründə uşaqlarda iradə­nin inkişafı üçün də geniş imkan yaranır. Bu dövr­də uşaq öz hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu prosesdə maneələri aradan qaldırır. I-III sinif şagirdlərində iradi cəhd göstərmək bacarığı hissediləcək dərəcədə ar­tır. İxtiyari, iradi fəaliyyət inkişaf etməyə baş­layır. Uşağı iradi cəhdə yönəldən motivlər kəskin şəkildə dəyişir. 9-10 yaşlı uşaqlar nəyə qadir ol­duqlarını öz həmyaşıdlarına göstərmək istəyirlər. Bu dövrdə hisslərin və iradənin inkişafı uşaqda xarakterin inkişafına da əsaslı təsir göstərir. Kiçik məktəblilərdə təlim və tərbiyənin təsiri altında xarakterin intizamlılıq, dözümlülük, tə­kidlilik kimi iradi keyfiyyətləri formalaşmağa başlayır. Təlim və tərbiyənin təsiri altında kiçik məktəblilərdə xarakterin əməksevərlik, səliqəlilik, böyüklərə hörmət kimi əlamətləri formalaşır.
Kiçik məktəblilərdə xarakterin formalaşmasında təlim və tərbiyə ilə yanaşı onlarda təqlidə meyllilik də mühüm rol oynayır.
Bütün bunlarla yanaşı olaraq müəllimin qiymətlən­dirməsi və təlimdə əldə edilmiş uğurlu nəticələrin təsiri altında kiçik məktəblilərdə özünüqiymətləndirmə formalaş­mağa başlayır. Lakin bu hal sabit xarakter daşımır, tez-tez aşağı düşə bilir.
Özünüqiymətləndirmə ilə bağlı olaraq kiçik məktəb­lilərdə özünə, öz gücünə inam da formalaşır. Lakin təcrübə göstərir ki, təlimdəki çətinliklərdən, müəllimin və vali­deyn­lərin tənqidi qeydlərindən asılı olaraq kiçik məktəblilərdə öz gücünə inamsızlıq, frustrasiya vəziyyəti, təlimə marağın itməsi, «məktəb nevrozlarının» meydana gəlməsi halları da müşahidə olunur. Müəllimin bu cəhətləri nəzərə alması kiçik məktəblilərdə şəxsiyyətin müvafiq əlamətlərinin for­­ma­­laşmasında mühüm əhəmiyyət kəsb edir.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin