-İdrak proseslərinin yenidən qurulması – ixtiyariliyin, məhsuldarlığın və davamlılığın formalaşması – ixtiyari diqqətin, ixtiyari qavrayışın, hafizənin (birinci növbədə mexaniki hafizənin), təfəkkürün inkişafı – KONKRET ANLAYIŞLAR səviyyəsində əyani-əməli-obrazlı təfəkkürdən SÖZLÜ-MƏNTİQİ TƏFƏKKÜRƏ keçid.
-Davranışın, iradənin özünütənziminin inkişafı
-Oxu, yazı, riyazi hesablama bacarıqlarının mənimsənilməsi, biliklərin artması
-Evdarlıq (məişət) əməyi vərdişlərinə yiyələnmək
-Ünsiyyət sahəsinin genişlənməsi, yeni nüfuzların meydana gəlməsi (müəllim), sinif kollektivində münasibətlərin formalaşması.
-İnkişafetdirici oyunların təlimdən sonra ikinci yeri tutması
-Müəllimin qiymətləndirməsi və təlimdə əldə edilmiş nəticələrin təsiri altında özünüqiymətləndirmənin aşağı düşməsi.
-Özünə inamın formalaşması, təlimdəki çətinliklərdən, müəllimin və valideynlərin tənqidi qeydlərindən asılı olaraq öz gücünə inamsızlığın, frustrasiya vəziyyətinin, təlimə marağın itməsinin, «məktəb nevrozlarının» meydana gələ bilməsi.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar.
Məktəbə daxil olmaqla uşağın həyatında nə kimi dəyişikliklər baş verir?
Kiçik məktəblilər üçün aparıcı fəalliyyət nədir?
Kiçik məktəblilərdə qavrayış necə inkişaf edir?
Kiçik məktəblilərdə diqqətin inkişaf xüsusiyyətlərindən danışın.
Kiçik məktəblilərdə hafizənin inkişafı necə gedir?
Kiçik məktəblilərdə təxəyyül necə inkişaf edir?
Kiçik məktəblilərdə təşəkkülün inkişafı nə ilə fərqlənir?
Kiçik məktəblilərdə nitqin inkişaf xüsusiyyətlərindən danışın.