Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI.22.1. Gənclik yaşının ümumi xarakteristikası



Yüklə 1,29 Mb.
səhifə216/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   212   213   214   215   216   217   218   219   ...   297
psix

VI.22.1. Gənclik yaşının ümumi xarakteristikası


Gənclik insan həyatında uşaqlıq dövrünün başa çat­ması, insanın fiziki cəhətdən yetkinləşməsi psixoloji cəhət­dən özünəməxsus yüksək keyfiyyətlərin formalaşması dövrüdür.


İnsanın yaşlılıq həyatı məhz bu dövrdən başlanır.
Bu dövr özünüdərketmə, mənlik şüuru və dünya­gö­rüşünün formalaşması mərhələsi, məsul qərarların qəbulu mərhələsi, dostluğun, məhəbbətin, intim yaxınlığın yüksək qiymətləndirildiyi insani yaxınlıq mərhələsi kimi qiymət­ləndirilir.
Gənclik yaşı dövrünün başlanması və sonu haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bunlardan daha çox qəbul edilən 14-15 yaşdan 21 yaşa qədər olan dövrdür. Psixoloqlar həmin dövrün iki mərhələni keçdiyini qeyd edirlər: ilkin gənclik (15-17 yaş) və yetkin gənclik (18-21 yaş). Bəzi mütəxəssislər yetgin gəncliyə 18-25 yaş dövrünü aid edirlər.
Gəncliyi sadəcə olaraq bioloji yaşın müəyyən həddə çatması kimi xarakterizə etmək olmaz. Gənc­lərin formalaşması həm bioloji, həm psixoloji, həm psixoseksual, həm də sosial amillərin təsiri altında baş verir. Bunların içərisində gənclərin bir şəxsiyyət kimi formalaşmasında sosial - psixo­loji amillər xüsusi yer tutur. Ona görə də gəncliyi sosial-psixoloji hadisə kimi qeyd etmək olar.
Bioloji baxımdan gənclik orqanizmi fiziki cəhətdən əsaslı surətdə dəyişir və onun inkişafı əsasən tamamlanır.
Psixoloji baxımdan gənclər artıq öz “mən”lə­rini, imkanlarını dərk edir, idrak fəaliyyətləri və dünyagörüşləri geniş əhatəli olur.
Psixoseksual baxımdan cinsi yetişmə əsasən tamamlanmış olur, psixoseksual davranış sosial normalara uyğunlaşır.
Sosial baxımdan gənclər ictimai münasibətlər qovuşuğunda həmin münasibətləri mənimsəməklə sosiallaşırlar. Nəticədə bu dövrdə gənclər ictimai münasibətlərin məcmuu kimi, sosial varlıq kimi ye­tişir, həyat hadisələrinə fəal mövqedən yanaşırlar.
Bütövlükdə, götürdükdə, gənclik dövründə şəx­siyyət biososial-psixoloji varlıq kimi formalaşır. Gənclərin davranışında təşəbbüskarlıq, prinsi­piallıq, məsuliyyətlilik yüksəlir. Onların intellek­tual fəaliyyətində, qabiliyyətlərinin inkişafında əsasən irəliləyiş, sosial-psixoloji varlıq kimi formalaşma baş verir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin