Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə257/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   253   254   255   256   257   258   259   260   ...   297
psix

Konstruktiv funksiyanı bir növ konstruktiv –plan­laşdırma funksiyası da adlandırmaq mümkün­dür. Bu funk­siya məktəbdə tədris prosesini mərhə­lələr üzrə planlaş­dırmağı və təşkil etməyi nəzərdə tutur. Başqa sözlə, konstruktiv funksiya bir növ müəllimin təlim-tərbiyə prosesini məqsədyönəlmiş şəkildə layihələşdirməsindən ibarətdir. Burada üç cür layihələşdirmə fəaliyyəti nəzərə çarpır:
a) konstruktiv-məzmunlu (burada həm təlim materialının, həm də tərbiyəvi işdə istifadə olu­nan materialın məzmunu və quruluşunun müəyyənləş­dirilməsi tələb olunur);
b) konstruktiv-əməli (təlim və tərbiyə prose­sinin müxtəlif anlarında müəllim və şagirdin yerinə yetirdikləri işlərin strukturunun planlaş­dırılması);
v) konstruktiv - maddi (fənnin tədrisi və tər­biyəvi işləri aparmaq üçün maddi bazanın layihə­ləşdirilməsi və təşkili).
Bütün yuxarıda qeyd etdiyimiz funksiyaları, xüsusilə kommunikativ və konstruktiv funksiyaları, müəllim özünün təşkilatçılıq funksiyasını yerinə yetirmədən lazımi səviyyədə həyata keçə bilməz. Təş­kilatçılıq funksiyası çoxcəhətlidir. Onlardan aşağıdakıları xüsusilə qeyd etmək lazım gəlir: a) şagird kollektivini təşkil etmək; b) müxtəlif formalı tədris və tərbiyə işlərini təşkil etmək; v) pedaqoji prosesin həyata keçirilməsi üçün maddi bazanı təşkil etmək.
Təşkilatçılıq funksiyasını müvəffəqiyyətlə yerinə yetirmək üçün müəllimin bir sıra zəruri pedaqoji bacarıqlara malik olması lazım gəlir.
Buraya birinci növbədə sinif kollektivini təşkil etmək və onun fəaliyyətini tədris olunan fənnin mənimsənil­mə­sinə, ictimai-faydalı işlərin yerinə yetirilməsinə yönəltmək bacarığını aid etmək olar. Bununla yanaşı, həmin funksiyanı həyata keçirə bilmək üçün müəllim dərsin planına müvafiq olaraq özünün və şagirdlərin fəaliyyətini təşkil etməyi, dərsdə və dərsdənkənar tədbirləri yerinə yetirərkən onların diqqətlərini təşkil etməyi, təlimin texniki vasitələrindən səmərəli şəkildə istifadə etməyi, şagirdlərin tədris və kommuni­kativ fəaliyyətini hesaba almağı, ona nəzarət et­məyi və təshihini bacarmalıdır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin