Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə39/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   297
psix

Nitqin mexanizmləri. Nitqin yaranması və qavranılması sadə reflektor fəaliyyət qanunu üzrə cərəyan edir. Bu zaman nitq stimulları (qıcıqlandırıcıları) birinci siqnal sistemi qıcıqlandırıcılarını əvəz edə bilir. Əksər hallarda nitqin yaranması və qavranılmasında biz «siqnallar siqnalı» olan sözlərə əsaslanırıq, daha doğrusu, həmin sözlərin mənasına əsasən onları şüursuz (və ya şüurlu) olaraq seçir və eyniləşdiririk. Həmin mürəkkəb proses böyük yarımkürələr qabığında həyata keçir.
Nitqin reflektor xarakterə malik olması bir də onunla aydınlaşır ki, anadan gəlmə kar adamlar verbal nitqə malik olmurlar. Yalnız xüsusi təlim yolu ilə onlar buna nail olurlar ki, burada da reflektor xarakter baş verir.
Verbal ünsiyyət prosesi olan nitq olduqca mürəkkəb bir prosesdir. Onun özünəməxsus, bir-birini ardıcıl olaraq tamamlayan əməliyyatlardan ibarət mexanizmi vardır. Psixoloji ədəbiyyatda nitqin həmin mexanizmlərinin aşağıdakı mərhələlərdən ibarət olduğu qeyd edilir.
Birinci mərhələ nitqin proqramlaşdırılması mərhələsidir. Bu mərhələdə insanın demək istədiyi nitq ifadəsinin məna özəyinin qurulması (yaradılması) baş verir. Bunun üçün insan informasiyalar içərisindən ona lazım olanını seçir, lazım olmayan ikinci dərəcəliləri kənar edir.
İkinci mərhələ cümlənin sintaktik quruluşunun yaradılması mərhələsidir. Bu mərhələdə ifadənin (frazanın) ümumi layihəsi, onun qrammatik forması proqramlaşdırılır, lazımi sözləri axtarmağı, səsləri seçməyi, onu daha dəqiq ifadə etməyi təmin edən mexanizmlər müəyyənləşdirilir.
Üçüncü mərhələdə nitqin real olaraq səslənməsi baş verir. Beləliklə də kommunikator çatdırmalı olduğu məlumatı kodlaşdırma prosesini həyata keçirir.
Dinləmə prosesində həmsöhbət (resipient) əldə etdiyi məlumatı açır, anlayır. Bu da öz növbəsində müvafiq mərhələlər keçir. Dinləyici eşitdiyi səsləri mərhələlər üzrə sözün mənası ilə əlaqələndirir ki, bu da kommunikatorun nə demək istədiyini anlamasını təmin edir.
Nitq ifadələrinin kodlaşdırılması və həmin kodun açılması (anlama) o zaman mümkün olur ki, verbal ünsiyyətin hə­yata keçirilməsini təmin edən beyin mərkəzləri və sistemləri sağlam olsun. İnsanda bu sistemin pozulması müxtəlif nitq pozğunluğuna-afaziyaya gətirib çıxarır. Bir halda insan sözləri ifadə, tələffüz edə bilmədiyi halda onları başa düşür, anlayır; başqa halda ayrı-ayrı səsləri tələffüz edə bildiyi halda onları müəyyən ardıcıllıqla birləşdirə bilmir; başqa bir halda eşitdiyi sözləri qavraya bilmədiyi halda həmin sözləri tələffüz edə bilir və s.
Hələ XIX əsrin ortalarında iki alim tərəfindən beyinin müəyyən sahəsində zədə olduqda nitq pozğunluğunun da baş verdiyi aşkara çıxarılmışdır. P.Broka müəyyən etmişdir ki, beyinin sol yarımkürələrinin alın qırışlarının arxa hissəsinin üçdə biri zədələnərsə tələffüzün pozulması baş verir. K.Vernike isə müəyyən etmişdir ki, sol yarımkürələrin yuxarı qırışlarının arxa hissəsinin üçdə biri zədələnərsə nitqi anlamağın pozulması baş verir. Beyinin həmin sahələri nitqin hərəki (Broka mərkəzi) və nitqi anlama (Vernike mərkəzi) mərkəzi adlandırılmışdır. Lakin sonralar psixofizioloqların (A.R.Luriya, N.A.Bernsteyn, P.K.Anoxin və b.) tədqiqatları göstərmişdir ki, nitqin fizioloji əsasını beyinin təcrid olunmuş bir sahəsinin (nitq mərkəzləri) fəaliyyəti deyil, bü­tövlükdə beyin fəaliyyəti təşkil edir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin