Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Ünsiyyət prosesində rol və rol gözləmələri



Yüklə 1,29 Mb.
səhifə47/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   43   44   45   46   47   48   49   50   ...   297
psix

Ünsiyyət prosesində rol və rol gözləmələri. Qarşılıqlı təsir prosesində sosial nəzarət ünsiyyətdə olan adamların rollarına uyğun şəkildə həyata keçirilir. Psixologiyada rol altında kimin bu və ya digər mövqedən asılı olaraq hansı davranış modelini yerinə yetirməsi nəzərdə tutulur. Subyekt müəllim və ya şagird, bacı və ya qardaş, həkim və ya xəstə, müdir və ya işçi, ev yiyəsi və ya qonaq və s. rolunu yerinə yetirə bilər. Hər bir rol tamamilə müvafiq tələbə və ətrafdakılarının müvafiq gözləmələrinə cavab verməlidir. Adətən ünsiyyətdə olan adamlar bir- birindən öz rolunu onun gözlədiyi kimi yerinə yetirməsini istəyirlər. Məsələn, şairdlər gözləyirlər ki, müəllim onlara yaxşı dərs desin, yüksək qiymət versin, onların istəyini yerinə yetirsin və s. Müəllim isə gözləyir ki, şagirdlər dərsə yaxşı hazırlaşsın, intizamı pozmasın, müəllimin tapşırıqlarını yerinə yetirsin. Məhz buna görə də müxtəlif rolları yerinə yetirən adamların qarşılıqlı təsiri onların rol gözləmələri ilə tənzim olunur. İnsanın istəyib – istəməməsindən asılı olmayaraq onu əhatə edənlər ondan müvafiq nümunəyə uyğun davranış gözləyirlər. Rolun bu və ya digər şəkildə yerinə yetirilməsi mütləq sosial qiymət alır, roldan hər hansı bir kənara çıxma halı bəyənilmir.
İnsanın başqalarının ondan eşitmək istədiklərini və onda görmək istədiklərini səhvsiz, dəqiq çatdırmaq qabiliyyət və bacarığı mərifət adlanır.
Lakin əgər subyektin prinsip və inamı ondan gözlənilənə ziddirsə onun başqa cür hərəkət etməsini mərifətsizlik adlandırmaq olmaz.
Dostlar arasında ünsiyyətitn xarakteri. İnsanlar arasında ünsiyyətin xüsusi forması dostluq ünsiyyətidir. Dostluq davamlı fərdi – seçici qarşılıqlı münasibət və qarşılıqlı təsir sistemindən ibarətdir. Dostlar arasında olan ünsiyyət adamların bir – birilə qarşılıqlı bağlılığı, sədaqətliliyi, bir – biri ilə ünsiyyətdən məmnunluqları, bir – birindən qarşılıqlı hiss və arzuları gözləmələri ilə səciyyələnir. Dostluğun inkişafı qarşılıqlı anlama, ürəyiaçıqlıq, etibarlılıq, fəal qarşılıqlı kömək, bir – birinin işlərinə qarşılıqlı maraq, səmimilik və təmənnasız hisslərin olması kimi yazılmamış kodeksə əməl etməyi tələb edir. Dostluq kodeksinin ciddi şəkildə pozulması ya dostluğun dayandırılmasına, ya üzdən həyata keçən yoldaşlığa keçməsinə, ya da düşmənçiliyə səbəb ola bilər.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin