Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə43/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   39   40   41   42   43   44   45   46   ...   297
psix

Daxili nitq. İnteriorizasiya əlamətinə görə nitqin xarici nitqdən fərqli olan bir növünü daxili nitqi qeyd edirlər. Bu real kommunikasiyadan kənarda baş verən nitqdir. Daxili nitq insanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir. Daxili nitq tələffüz edilməyən, səssiz nitqdir. O çox qısa, bəzən də ayrı-ayrı ifadələrdən ibarət olur. Həmin ifadə bir növ fikrin nüvəsini təşkil edir. Ona görə də daxili nitq üçün fraqmentliyin, qırıqlığın xarakterik hal olduğunu qeyd edirlər. Daxili nitq eyni zamanda sürətli nitqdir. Əgər hər hansı bir hadisəni xarici nitqin köməyilə çatdırmaq üçün xeyli vaxt sərf etmək lazım gəlirsə, daxili nitqdə onu ani olaraq, sürətlə təsəvvürümüzdən keçiririk.
Psixoloji ədəbiyyatda daxili nitqi xarici nitqin bir növ əqli əməliyyatların fikrən icrasına yönəldilmiş törəmə forması kimi qeyd edirlər. Daxili nitq müxtəlif məsələlərin əqlən həlli, başqa adamların nitqini diqqətlə dinləmə, mətni öz – özünə (tələffüz etmədən) oxumaq, fikrən planlaşdırma, yaddasaxlama və yadasalma zamanı özünü daha aydın şəkildə göstərir. Daxili nitqin vasitəsi ilə sensor məlumatların işlənməsi, onların müəyyən anlayışlar sistemində dərk olunması baş verir, özünün davranış və təəssüratlarının təhlili və qiymətləndirilməsi həyata keçirilir. Bütün bunlar daxili nitqi insanın əqli fəaliyyəti və şüurunun olduqca mühüm və universal mexanizminə çevirir. Daha dar, psixolinqvistik mənada daxili nitq ifadələrinin yaranmasının başlanğıcı, onun şifahi və yazılı nitqdə reallaşdırılmasının «daxili proqramlaşdırılmasından» ibarətdir.
Daxili nitqin üç əsas tipini qeyd etmək olar: 1) xarici nitqin strukturunu özündə saxlayan, lakin fonesiya, səslərin tələffüzü mövcud olmayan və çətin şəraitdə fikri məsələnin həlli üçün tipik olan daxilən, öz – özünə danışmaq («özünə yönələn nitq»); 2) xüsusi daxili nitq – bu, tələffüz vasitəsi kimi özünü göstərir, spesifik vahidlərdən istifadə olunur və onun strukturu xarici nitqin strukturundan fərqli olur; 3) daxili proqramlaşdırma, başqa sözlə nitq ifadəsinin, bütün mətnin və onun məzmun hissələrinin spesifik məna vahidlərinin formalaşması və möhkəmlənməsi.
Daxili nitqin mənşəyi hələ kifayət qədər öyrənilməmişdir. L.S. Vıqotskinin fikrincə (1934) daxili nitq uşağın oyun və başqa məşğələlər zamanı öz – özünə hündürdən danışmasından ibarət olan eqosentrik nitqin təsiri ilə yaranır. Tədricən bu daxili nitq – «öz – özünə, özü üçün nitqə» çevrilir. P.P. Blonskinin fikrincə (1935) daxili nitq xarici nitqlə eyni vaxtda uşağın böyüklər tərəfindən ona müraciət olunan sözləri səssiz olaraq təkrar etməsi nəticəsində meydana gəlir. Bunu isə artıq birinci yaşın sonunda müşahidə etmək olur.
Fikrin məzmunundan və onu doğuran şəraitdən asılı olaraq daxili nitqin inkişaf etmiş forması tamamilə fərqli ola bilər. Adətən, daxili nitqdə fikir olduqca ümumiləşmiş şəkildə ifadə olunur. Lakin əqli çətinlik meydana gələn anlarda daxili nitq olduqca müfəssəl, açılmış xarakter daşımağa başlayır, daxili monoloqa yaxınlaşır və pıçıltı ilə və hətta hündürdən ifadə olunan nitqə çevrilə bilir. Bu isə fikir obyektlərinin daha dəqiq təhlilinə və özünün fikri fəaliyyətinə nəzarət etməyə imkan yaradır.
Nitqin yuxarıda qeyd olunan növləri ilə yanaşı daktil, eqosentrik növləri də diqqəti cəlb edir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin