«Haşiyə» qaydası. Bu qaydanın mahiyyəti ondan ibarətdir ki, hər cür işgüzar ünsiyyətin əvvəli və sonu dəqiq müəyyənləşdirilməlidir.
«Məqsəd» qaydası. Bu qaydaya görə çatdırılan fikirlər tör – töküntü şəklində deyil çox dəqiq şəkildə sıralanmalıdır.
Bunlarla yanaşı olaraq ünsiyyətə girərkən nitqin əvvəlində həmsöhbəti maraqlandırmağa cəhd göstərilməli, maraqlı faktlarla, aforizm və nümunələrlə onun diqqəti cəlb edilməlidir. Yalnız bundan sonra əsas məsələyə keçmək faydalı olur. Əsas fikir çatdırıldıqdan sonra dinləyicinin etiraz və suallarıni dinləmək və öz nitqini nəticələr və ya xülasə ilə başa çatdırmaq lazım gəlir.
Kommunikator öz nitqini qısa cümlələrlə (5–9 söz) ifadə etməlidir. Bu cür məlumat dinləyicilərin yadında yaxşı qalır.
Semantik (məna) səhvlər də ünsiyyətə mənfi təsir edən maneə kimi özünü göstərə bilər. Adətən bu cür səhvlər eyni sözün müxtəlif məna daşıdığı zaman özünü göstərə bilir. Nəticədə dinləyici sözü eşitdikdə onu təhqir mənasında anlaya bilər ki, bu da ciddi münaqişəyə səbəb olar.
Ünsiyyətin səmərəli keçməməsinə səbəb olan maneə kimi resipientin xətrinə dəyən söz və ifadələrdən istifadə edilməsini də qeyd etmək olar. Şübhəsiz dinləyiciyə «Sən qorxaqsan, tənbəlsən, satqınsan» və s. şəklində deyilən söz ciddi narazılığa səbəb ola bilər.
Nitqdə tez- tez «həmişə», «heç vaxt» kimi ifadələrin işlədilməsi də ünsiyyətə ciddi zərər gətirir. Aşağıdakı iki ifadə bir – birindən nə qədər fərqli səslənir: «Siz məşğələyə gecikmisiniz» və «Siz həmişə məşğələyə gecikirsiniz!» Burada «həmişə» sözündən istifadə olunması, ona istinad edilməsi ünsiyyət məntiqinin pozulmasına səbəb olur. Bu sözdəki hər cür vəd və ya qadağan təmasın yaranmasına mane ola bilər. Bunun üçün «Sən mənə heç vaxt bu cür hərəkət etməyəcəyini vəd etmişdin», «Sən həmişə bunu yadda saxlaya bilmirsən!» kimi ifadələrin işlənməsi ünsiyyətin alınmaması üçün kifayətdir.
Həmsöhbətlərin hər hansı bir fikri başqa cür başadüşməsi də ünsiyyət üçün maneə rolunu oynaya bilər. Məsələn, «Sən sadəcə olaraq düşünürsən ki, mən…» və ya da «Siz bilə – bilə gecikirsiniz görəsiniz ki, mən buna necə reaksiya verəcəm» və s. ifadələri qavramada olduğu kimi. Hətta əgər başqasının fikri düzgün «başa düşülməzsə» də bunun hündürdən ifadə olunması adətən həmsöhbət tərəfindən özünün təhqir olunması və ya ona təzyiq göstərilməsi kimi başa düşüləcəkdir. Bu isə şübhəsiz təmasın inkişafına şərait yaratmayacaqdır.
Ünsiyyətin səmərəliliyi və onun iştirakçılarının bu prosesdə qarşılıqlı təsirində maneə rolunu oynayan səbəblərdən biri də insanların həmin prosesdə ehtiyatlı hərəkət etməməsi, danışığında əmr üslubundan istifadə etmələri, başqa sözlə avtokratik mövqe tutmalarıdır. Xahiş, məsləhət şəklində müraciət tərzi – kimə müraciət etmələrindən asılı olmayaraq, əmr etməyə nisbətən olduqca az daxili etiraz, qarşıdurma yaradır. «Gətir!», «Yadında saxla!», «Dərhal yerinə yetir!» tipli müraciət formaları insanın mənliyinə ağır təsir göstərir, nəticədə ünsiyyət prosesi üçün maneə rolunu oynayır.
Ünsiyyət zamanı nitqdə olan fonetik səhvlər, səslərin təkrarı, tüfeyli sözlərdən (qısası, deməli, zad və s.), eləcə də parafonezlərdən istifadə edilməsi ünsiyyət prosesinə mənfi təsir göstərir. Bu cür hallar həmsöhbətin diqqətinin yayınmasına, həyəcanlanmasına, nitqi yanlış şəkildə qavrama və anlamasına səbəb olur.
Ünsiyyət zamanı mövcud ola biləcək maneələri azaltmaq və baş verə biləcək münaqişənin qarşısını almaq üçün «səmərəli ünsiyyət qaydaları»ndan istifadə olunması zəruridir. Mütəxəssislər bu cür qaydalara aşağıdakıları aid edirlər:
Öz çıxışına başlamazdan əvvəl dinləyicilərə nələri çatdırmaq istədiyini bildirmək, başqa sözlə öz ideyalarını aydınlaşdırmaq zəruridir.
Qısa cümlələrlə (5 – 9 sözdən ibarət ) danışmağa çalışın. Bu cür cümlələr qavrama və anlama üçün daha çox səmərəlidir.
Səsinizin daha çox ifadəli olmasına çalışın.
Öz nitqinizdə fasilələrdən istifadə edin.
Öz nitqinizdə aydın olmayan, ikimənalı ifadələrdən eləcə də professionallıqdan qaçmağa çalışın.
Həmsöhbətinizin qeyri – verbal siqnallarına (mimika və jestlər və s.) nəzər salın.
Kateqoriyallıqdan qaçmağa çalışın. Nəzərə alın ki, sizin fikriniz yanlış ola bilər.
Ünsiyyət yeri və vaxtını düzgün seçin.
Daima öz nöqteyi nəzərinizi dəyişdirməyə hazır olun.
Səmərəli dinləmə qaydasına əməl edin. Bu qaydalar aşağıdakılardan ibarətdir: