Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə152/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   148   149   150   151   152   153   154   155   ...   297
psix

Frustrasiya. Frustrasifa - (latınca frustrasio – aldanma, nahaq gözləmə, əhval pozuntuluğu) – insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun mahiyyətini daha yaxşı başa düşmək üçün aşağıdakı nümunə ilə tanış olaq:


İmatahan olduğu üçün, gecə saat 3-ə qədər yatmayıb suallara hazrlaşmısınız. Gec yatdığınıza görə, otaq yoldaşınızın da nə vaxt oyandığını və evdən çıxdığını da bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan halda, imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan kimi universitetin yanından ötən avtobusun elə indicə uzaqlaşdığını görürsünüz. İmtahana gecikməmək üçün universitetə qismən yaxın gedən başqa avtobusla getməyə qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq sınağa yarım saat qalıdığı üçün məcbur olub taksi saxlayırsınız. Yolda tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə məcburdu. Elə universitetə azacıq qalmış arxadan gələn maşın sizin maşınla toqquşur. Sürücü maşını yolun kənarında saxlayaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb imtahana 8 dəqiqə qaldığını görürsünüz. Sürücü «Mən gedə bilmərəm» – deyib, yol polisinin gəlməsini gözləyir. Sürücünün haqqını ödəyib, qalan yolu piyada getməyə məcbur olursunuz. Auditoriyaya girəndə müəllimin sizi soruşduğunu eşidirsiniz. Bileti çəkib əyləşəndə, qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə başınızı əlləriniz arasına alaraq durur və yaxında olan tələbə yoldaşınızdan qələm istəyirsiniz.
Yuxarıda göstərdiyimiz misalda, tələbənin düşdüyü psixi vəziyyət onun keçirdiyi emosional hal, frustrasiya halıdır. Bu cür halı, psixi vəziyyəti elə dilimizdə işlədilən əngəllənmə sözü ilə ifadə etmək olar. Onda frustrasiyanı, əngəllənmə duyğusu, hissi kimi xarakterizə etmək olar.
Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. Başqa sözlə frustasiya insanın hər hansı bir uğursuzluğa, itgiyə əlac­sızlıq hissi, bihadə sərf olunan cəhdlə müşayət olunan mənfi – emosional təəssüratıdır.
Frustrasiya əsasən insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduqda əmələ gəlir. Frustrasiya özünü itirmək, qəzəb aqressiya, küskünlük, həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Həyəcan – frustrasiya halətinin katalizatorudur. Həyəcan – mövcud vəziyyətin və davranışın gələcəkdə ortalığa çıxaracağı nəticə ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi bir durumda olmaqdan qorunmasına yönəldir.
Frustrasiya həyəcan və aqressivliklə müşayət olunan prosesdir. Yuxarıda, imtahana gecikən tələbənin həm həyəcan, həm də frustrasiya halətinə düşməsi bunu sübut edir.
İmtahandan müvəffəqiyyət qazanıb-qazanmamasını dü­şünərkən həyəcanlanan tələbə, onu oyatmadığı üçün otaq yoldaşına, saatı qurmadığı və qələmi unutduğu üçün özünə hirslənir, acığı tutur. Frustrasiya şəraitində narazılıq səviy­yəsi üstünlük təşkil etdiyi üçün ətrafda baş verən hadisələri qavrayarkən və qiymətləndirərkən emosional qiymətləndirmə ön plana keçir. Belə olan halda insanlar, xüsusilə ekstravertlər hər şeydə qərəz axtarırlar və tapırlar.
Frustrasiyanın müxtəlif formaları var. Onlardan biri sosial frustrasiyadır. Sosial frustrasiya yalnız ayrıca götürülmüş bir şəxsdə deyil, həm də ayrı-ayrı qrup və zümrələrdə, hətta xalqın böyük əksəriyyətində özünü biruzə verən psixoloji vəziyyətdir. Frustrasiya haləti müxtəlif səbəblərlə bağlı şəkildə meydana gəlir. Lakin, burada ən əsas şəxsiyyət amilidir. Yəni baş verən səbəblər, maneə və əngəllərə insanın münasibəti necədir? İstər azərbayan dilli, istərsə də əcnəbi dilli mənbələrdə frustrasiyanın mərkəzində əsasən gecikmə, ləngimə, sosial və ya etnik qadağanın, konfliktin və s. səbəblərin dayandığı qeyd olunur. Şəxsiyyətdaxili konfliktlər frustrasiyanın daha tez təzahür etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt müəyyən edilmişdir.
1.Arzu olunan – arzu olunan tipli konflikt – İnsanın istədiyi iki arzudan birini seçmək zəruriyyəti qarşısında qalması. Məsələn: həm erkən yatıb yaxşı dincəlmək, həm də televiziyadakı gecə proqramına tamaşa etmək istəyi ilə bağlı.
2.İnsanın istəmədiyi iki, lakin birini seçmək məcburiyyəti qarşısında qaldığı zaman düşdüyü konflikt şərait. Məsələn, bir tərəfdən amansız ögey ananın acı sözlərini, kinayəli baxışlarını qəbul edərək onunla bir evdə yaşamaq, digər tərəfdən sevmədiyin 3 uşağı olan dul kişiyə ərə getmək məcburiyyəti.
3.Bu tip konflikt arzu etdiyiniz, gerçəkləşdirmək istədiyiniz müəyyən hərəkət qorxu, ağrı ilə nəticələnən və ya müşayət olunan halda meydana çıxır. Məsələn: ziyafətdə iştirak edən şəxsin bir tərəfdən spirtli içki içmək, şənlənmək istəməsi, digər tərəfdən isə içkili halda maşınla evə qaytmaq üçün uzun yol qət edəcəyini və bu zaman qəzaya düşməsindən ehtiyat etməsi buna misaldır.
Qeyd etdiyimiz konfliktlər frustrasiya törədən amillərdir. Frustrasiya həm də insanın özünü reallaşdıra bilməməsi, özünü aktuallaşdırma tələbatını ödəməməsi ilə də bağlı olaraq yaranır və inkişaf edir. Çox vaxt belə hallar insanın öz peşəsindən, onun məzmunundan və nəticəsindən razı qalmadıqda daha da inkişaf edir. Belə olan halda insan həyatda heç bir iz qoymadığını, öz həyat enerjisini boş-boşuna sərf etdiyini, halbuki daha yaxşı və mənalı yaşamağın mümkün olduğunu etiraf edir. Belələri ömrünün qalan hissəsində psixoloji müdafiə vasitəsi kimi şəraitin olmamasını, maddi vəziyyətin çətinliyini, ailə qayğısının çoxluğunu və başqa bir bəhanə gətirərək özlərindən başqa hamını və hər şeyi günahlandırırlar.
Beləliklə, frustrasiya haləti neqativ emosional vəziyyət kimi insanların davranış və rəftarına mənfi təsir edir.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin