Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə149/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   145   146   147   148   149   150   151   152   ...   297
psix

Hisslərin əsas keyfiyyətləri. Psixoloji tədqiqatlar göstərmişdir ki, insanın öz hisslərinin obyektinə necə yanaşması, indiki anda ona necə münasibət bəsləməsi bu hissin keyfiyyət məzmununu müəyyən edir. Bu baxımdan hisslərin özünəməxsus əsas keyfiyyətləri diqqəti cəlb edir. Bu keyfiyyətlər olmadan heç bir psixi hadisəni emosional sahəyə aid etmək mümkün deyildir. Ona görə ki, hissin əsas keyfiyyətləri şəxsiyyətin obyektə emosional münasibətinin zəruri və özünəməxsus əlamətidir.
Hər şeydən əvvəl, insanın gerçək aləmdəki cisim və hadisələrə emosional münasibətində müsbət və mənfi olmaqla iki əsas keyfiyyəti qeyd olunur. Əgər cisim və hadisələr insanın tələbatlarını ödəyirsə, bu zaman müsbət, başqa sözlə stenik hisslər özünü göstərir. Əksinə, cisim və hadisələr insanın tələbatlarını ödəmirsə mənfi – astenik hisslər baş verir. Psixoloji tədqiqatlar hisslərin bu iki keyfiyyəti ilə yanaşı olaraq daha iki keyfiyyətini aşkara çıxarmışdır. Beləki hissi törədən obyektə şəxsiyyətin müsbət və mənfi münasibətindən başqa ikili münasibət qeyri-müəyyən bələdləşmə münasibətinin də olduğu müəyyən edilmişdir. İkili və yaxud ambivalent hissdə razılıq və narazılıq təkcə birləşmir, onların biri o birinə keçir, hər iki hiss yanaşı yaşanılır. Bu cür ambivalent hissə qısqanclıq hissini misal göstərmək olar. Beləki qısqanclıq zamanı adamda məhəbbət və nifrət hissi özünəməxsus şəkildə birləşə bilir.
Ambivalent hissə başqa bir misalı da göstərmək olar. Məsələn, isti günəş altında səhra yolunu keçən bir insan susuzluqdan əziyyət çəkir. Keçdiyi yolun bir hissəsində su gölməçəsinə rast gəlir. O, gölməçədən ovuclarını dolduraraq içir. Susuzluqdan əziyyət çəkdiyinə görə bundan razılıq hissi keçirir. Bununla yanaşı gölməçədə olan sudan bataqlıq tamı gəlir. Ona görə də həmin su onda həm razılıq, həm də narazılıq hissi yarada bilir.
İnsanın öz hisslərinin obyektlərinə emosional münasibətinin digər keyfiyyəti hisslərin qeyri-müəyyənliyidir. Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda, eyni zamanda bəzi obyektlərə qarşı yaranmış davamlı hisslərdə müşahidə etmək olar. Adətən, insanın ilk dəfə rast gəldiyi hadisələrə təəccüb etməsi, onunla maraqlanması bu cür baş verir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin