Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Cədvəl 31.1 Dərini bədxassəli törəmələrinin patogenezi sxemi



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə260/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   256   257   258   259   260   261   262   263   ...   446
DERMATOLOGİYA-dərslik 1

Cədvəl 31.1 Dərini bədxassəli törəmələrinin patogenezi sxemi.
DƏRİNİN XOŞXASSƏLİ ŞİŞLƏRİ
• 
Qocalıq keratozu
• 
Keratoakantoma (buynuz molyusk)
• 
Dermatofibromalar, yumşaq fibromalar, hipertrofik və keloid çapıqlar (fibroz 
toxuma şişləri)
• 
Ateromalar ( piy vəzilərinin şişləri), piy vəzilərinin hiperplaziyası
• 
Sirinqomalar ( tər vəzilərinin şişləri)
• 
Lipomalar ( piy toxumasının şişləri)
• 
Hemangiomalar ( damar şişləri)
• 
Kistalar ( epidermis ve ya dəri artımlarının epiteli ile döşənmiş boşluqlar)
• 
Dəridə yığıntılar ( ksantomalar, kalsinoz)
• 
Neyrofibromatoz ( sinir toxumasının şişləri)
• 
Epitelial nevuslar ( epitelial hüceyrələrin inkişaf qüsurları)
• 
Piqment nevusları ( anadangəlmə və qazanılmış)
QOCALIQ KERATOMASI
Qocalıq keratoması ( qocalıq keratozu) – irsi xarakterli daha çox rastlaşan xoşxassəli 
epitelial şişdir. Daha çox bazal hüceyrələrdən, bəzən epidermisin tikanlı qat hüceyrələ-
rindən də əmələ gələ bilər. Ahıl şəxslərdə keratomaların sayı bir neçə yüzə (minə) çata 
bilər. İlkin olaraq dəridən azacıq yüksələn adətən hiperpiqmentasiyalaşmış miliar pa-
pulalar yaranır. Böyüdücü şüşə altında onların üzərində çoxsaylı kiçik oyuqlar (üskük 
şəkli) görünür. Zaman ötdükcə lövhəciklər dəri üzərindən nəzərə çarpacaq dərəcədə qa-
barmağa başlayır, ölçüləri bir neçə sm-ə qədər böyüyür və səthləri kələ-kötür xarakter 
alır. Böyüdücü şüşə altında onların üzərində buynuz kistalar aşkar etmək olar. Papulalar 
adətən yumru və ya oval formada, tünd və ya açıq piqmentasiyaya malik olurlar. Üzdə, 
gövdədə, əllərdə yerləşirlər.
Differensiasiyanı adi və yastı ziyillərlə, bazalioma ilə, melanoma və piqment nevus-
ları ilə aparmaq lazımdır.
Müalicə. Elektrokoaqulyasiya, maye azotla kriodestruksiya, solkoderm, 30 %- li 
prospidin və 5 %- li ftorurasil məlhəmləri; çoxsaylı keratomalarda daxilə aromatik reti-
noidlər təyin olunur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin