Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə257/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   253   254   255   256   257   258   259   260   ...   446
DERMATOLOGİYA-dərslik 1

 Düyünlü-xoralı angiit
Düyünlü-xoralı angiit geniş mənada xronik düyünlü eritemanın xoralı forması kimi 
nəzərdən keçirilir, lakin onun indurativ eritema ilə birləşdirən olduqca səciyyəvi klinik 
xüsusiyyətləri sayəsində ona diqqəti artırır. Proses əvvəldən torpid gedişə malik olur 
və bərk, kifayət qədər iri, az ağrılı, göyümtül-qırmızı düyünlərlə təzahür edərək, dağıl-
mağa və xoralaşmağa meylli olan ləng çapıqlaşan xoralara çevrilirlər. Təzə düyünlərin 
üzərindəki dəri normal rənglidir, lakin bəzən proses göyümtül ləkədən başlayaraq, bir 
müddətdən sonra düyünlü bərkiməyə və xoraya transformasiya edir. Xoralar sağaldıq-
dan sonra yerində yastı və ya dartılmış çapıqlar qalır ki, onlar kəskinləşmələr zamanı ye-
nidən bərkiyə və xoralaşa bilərlər. Tipik lokalizasiya baldırların arxa səthi sayılır, lakin 
düyünlərin digər sahələrdə də yerləşməsi mümkündür. Baldırların xarakterik pastozluğu 
səciyyəvidir. Proses xronik residivləşən gedişə malikdir, orta yaşlı qadınlarda, bəzən ki-
şilərdə müşahidə olunur. Düyünlü-xoralı angiitin klinik şəkli çox vaxt tamamilə Bazenin 
indurativ eritemasını simulyasiya edir ki, xəstəliyin differensial diaqnostikasında bunu 
ciddi nəzərə almaq lazımdır.
Xəstəliyin gedişi və aktivlik dərəcəsi
Dəri vaskulitləri zamanı proqressiv, stasionar və reqressiv mərhələlər ayırd olunur, 
onları aşkar etmək üçün əlavə xüsusiyyətlərin axtarılmasına ehtiyac yoxdur və asanlıqla 
identifikasiya olunurlar.
Aktivlik dərəcəsi dəri zədələnməsinin yayılma intensivliyinin, ümumi vəziyyətlərin 
və digər orqan, sistemlərin zədələnmə əlamətlərinin olması, həmçinin laborator göstəri-
cilərdəki dəyişikliklərlə müəyyən olunur.
Praktik məqsədlə aktivliyin 2 dərəcəsi ayırd olunur:
I. Aşağı;
II. Yüksək.
Birinci dərəcəli aktivlik zamanı zədələnmə lokalizasiyalı xaratker daşıyır, kiçik və 
ya orta sayda səpgilərin yaranması ilə nəzərə çarpır, ümumi əlamətlər olmur (qızdırma, 
halsızlıq, baş ağrısı), digər orqanların prosesə qoşulması əlamətləri yoxdur, laborator 
göstəricilər normadan o qədər də fərqlənmir.
İkinci dərəcəli aktivlik zamanı proses disseminasiyalı xarakter daşıyır, səpgilər çox-
dur, ümumi əlamətlər vardır (arabir üşütmə, subfebril qızdırmadan hektik qızdırmaya 
qədər, ümumi zəiflik, baş ağrısı), sistemlilik aşkar edilir (artralgiyalar, mialgiyalar, lim-
fadenopatiyalar, mədə-bağırsaq pozğunluqları), müxtəlif laborator göstəricilərin dəyi-
şilməsi (EÇS-nin saatda 20 mm-ə qədər və daha çox yüksəlməsi, leykositoz və ya ley-
kopeniya, eozinofiliya, hemoqlobinin miqdarının azalması, trombositopeniya, ümumi 
zülalın, α2-və ya -qlobulinlərin miqdarının yüksəlməsi, ayrı-ayrı immunqlobulinlərin 
miqdarının dəyişililməsi, komplementin səviyyəsinin azalması, C-reaktiv zülalın əmələ 
gəlməsi, revmatoidli amilə qarşı müsbət sınaqlar, DNT-yə qarşı anticisimlərin yaranma-
sı, antistreptolizin-O və antihialuronidazanın yüksək titrləri, fibrinolizinin səviyysinin 
azalması) müşahidə olunur. 


369

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin