367
dan və hemosiderozdan başqa, ekzematizasiya əlamətlərinin (ödemin, yayılmış qızartı,
papulo-vezikulların, qartmaqların) olması ilə fərqlənir və kəskin qaşınma ilə müşayiət
olunur.
Livedo-angiit
Livedo-angiit, yalnız qadınlarda, adətən cinsi yetkinlik dövründə müşahidə olunur.
Onun ilk simptomlarına müxtəlif ölçülərə və sərhədlərə malik davamlı livedo-göyümtül
ləkələr aid olaraq aşağı ətraflarda, bəzən saiddə, əllərdə, üzdə və bədəndə müxtəlif ilgi-
li-torlu şəbəkə əmələ gətirir. Ləkələrin rəngi soyuqda kəskin artır. Vaxt keçdikcə livedo-
nun rəngi daha qabarıq görünür, onun fonunda (əsasən topuqlar nahiyəsində və ayaqların
alt hissəsində) xırda qansızmalar və nekrozlar meydana çıxaraq xoralar əmələ gətirir.
Ağır hallarda iri göyümtül-tünd qırmızı ləkələrin fonunda ağrılı
düyünlü bərkimələr
əmələ gəlir ki, onlar da geniş ölçülü nekrozlara çevrilərək sonradan dərin yavaş-yavaş
sağalan xoraları əmələ gətirirlər. Xəstələr soyuqdan qorxurlar, ətraflarında uzun sürən,
düyünlərdə və xoralarda isə güclü pulsasiya edən ağrılar hiss edirlər. Xoralar sağaldıq-
dan sonra ətrafında hiperpiqmentasiya zonaları olan ağımtıl çapıqlar qalır.
Dostları ilə paylaş: