Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Dəri vaskulitlərinin əsas formalarının müalicəsi



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə258/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri vaskulitlərinin əsas formalarının müalicəsi
Dəri vaskulitinin müalicəsi xəstəliyin formasından, prosesin mərhələsindən və onun 
aktivlik dərəcəsindən asılıdır. I aktivlik dərəcəsi qeyd olunan xəstələr xəstəliyin proq-
ressiv mərhələsində (xüsusilə də əlverişsiz istehsalat şəraiti olduqda) hospitalizasiya 
olunur və ya evdə təcrid edilirlər. II aktivlik dərəcəsi ilə xəstələri stasionar şəraitdə müa-
yinə və müalicə etmək lazımdır. Əsas ocaqları aşağı ətraflarda olan dəri angiitinin kəs-
kinləşmələrinin bütün hallarında ilk növbədə yataq rejimi gözlənilməlidir, çünki belə 
xəstələrdə adətən ortostatizm kəskin nəzərə çarpır. Eyni zamanda qan dövranını yax-
şılaşdırmaq üçün yataqda gimnastika hərəkətlərinin edilməsi faydalıdır. Yataq rejimini 
proqres edici mərhələ sönənə qədər gözləmək lazımdır. Xəstələr (xüsusilə kəskinləşmə 
dövründə) selikli qişanı qıcıqlandıran qidanı (alkoqollu içkilər; istiotlu, hisə verilmiş, 
duzlu və qızardılmış yeməklər; konservalar, şokolad, tünd çay və kofe; sitrus meyvələri) 
istisna edən pəhrizə əməl etməlidirlər. Xəstələrə, əsasən xəstəliyin səbəbinin ləğv edil-
məsinə yönəldilən terapiya (fokal infeksiya ocağının sanasiyası, ayaqların mikozunun və 
ya ümumi xəstəliyin müalicəsi) aparılmalıdır. Xəstəliyin kəskinləşməsini provokasiya 
edən amillərin təsirini (soyuqlama, siqaret çəkmə, uzun müddətli gəzinti və ayaqüstə 
durma, zədələnmələr, ağır əşyaların qaldırılması) mütləq kənar etmək lazımdır. Kəskin 
hallarda patogenetik baxımdan plazmoferezin aparılmasına göstəriş vardır.
Dəri vaskulitləri ilə xəstələrin kompleks müalicəsində qeyri-steroid iltihab əleyhinə 
preparatlar (indometasin 0,025 q dozada gündə 3 dəfə; naprosin 0,25 q dozada gündə 3 
dəfə), antibiotiklər (oletetrin 0,25 q dozada gündə 4 dəfə, metasiklin 0,3 q dozada gündə 
2 dəfə, vibramisin gündə 0,1 q dozada), xinolinlər (plakvenil 0,2 q dozada gündə 2 dəfə; 
delaqil gündə 0,25 q dozada) histaminəleyhinə preparatlar, vitaminlər (askorutin) daxil 
edilir. Yerli terapiya: troksevazin - gel, butadion məlhəmi, aminokapron məlhəmi. II 
aktivlik dərəcəsi olan xəstələrdə kortikosteroidlərin (prednizolon 1-2 həb olmaqla gündə 
4 dəfə), sitostatiklərin (azatioprin 0,05 q olmaqla gündə 3 dəfə), heparinin 5000 Vah 
olmaqla dərialtına gündə 4 dəfə, hemodezin 400 ml olmaqla həftədə 2 dəfə tətbiq olun-
masına göstəriş vardır. Nekrotik-xoralı tipdə I mərhələdə – proteolitik fermentlərlə is-
latmalar və ya məlhəmlər (ximopsin, «iruksol»); II mərhələdə – dezinfeksiyaedən, anes-
teziyaedən məlhəmlər və süngərlər (qubka), zəif güclü lazer şüalanması tətbiq olunur.


370

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin