373
aparılır.
Müalicə. Aydın olmayan diaqnoz və daimi travmatizasiya zamanı elementlər götürü-
lür. Həmçinin maye azotla kriodestruksiya da effektlidir.
YUMŞAQ FİBROMA
Yumşaq fibroma- gilas dənəsi böyüklüyündə normal dəri rəngli və ya qəhvəyi çalarlı
yumru və ya oval formalı ayaqcıq üzərində yerləşən yumşaq polipdir. Kövşək birləşdiri-
ci toxumalı stroması və nazilmiş epidermisi var. Travmaya məruz qaldıqda ağrı, qanama,
qartmaqlar meydana çıxır. Yumşaq fibromalar orta və ahıl yaşlarda daha çox qadınlarda
və tosqun insanlarda yaranır. Qoltuqaltı çökəklikdə, qasıq nahiyəsində, süd vəzilərinin
altındaki büküşlərdə, həmçinin boyun və göz qapaqlarında lokallaşa bilər. Yaş ötdükcə
onların sayı arta bilər.
Differensial diaqnoz: qocalıq keratoması, piqment nevusları, neyrofibromatoz, kon-
tagioz molyusk.
Müalicə. Elektrokoaqulyasiya.
HİPERTROFİK VƏ KELOİD ÇAPIQLAR
Hipertrofik və keloid çapıqlar dəri zədələnmələri ( yara, sıyrıq, absesləşən sızanaqlar,
peyvəndlər, qulaq deşmə, əməliyyat şovları, diatermokoaqulyasiya və s.) yerində və ya
spontan olaraq birləşdirici toxumanın izafi olaraq əmələ gəlməsi nəticəsində yaranır.
Kelod çapıq hipertrofikdən fərqli olaraq travmaya məruz qalmış sahədən də əhəmiyyətli
dərəcədə kənara çıxır. Hipertrofik çapıqların forması günbəzəbənzər, keloidlərdə xətli;
rəngi- normal və ya çəhrayımtıl qirmızı; səthi- hamar və parlaq; kosistensiyası- sərt və
möhkəm olur.Keloid çapıqlarda toxumada kollagen liflər üstünlük təşkil edir, fibroblast-
lar isə olmur.
Dərinin keloid reaksiyasına konstitusional meyllilik daha çox avstraloid-neqroid
irqinə aid şəxslərdə təsadüf olunur.
A.I- polipeptid zəncir; II - tropokollagen molekulları; III – protofibrillər; IV –kön-
dələn cızıqlarla
görünən fibrillər; V – kollagen liflər.
B. Kolagen molekulunun spiral strukturu. Xırda açıq
rəngli dairəciklər- qlisin; iri
açıq rəngli dairəciklər – prolin, ştrixlənmiş – hidroksiprolin.
C. Kollagen fibrillərin elektron mikrofotoqrafiyası x 130000. П – dövr.
Müalicə. Çapığın ilkin olaraq maye azotla dondurulması çapıq toxumasında əvvəlcə
ödem yaradır, sonra isə toxumanın yumşalmasına və oraya triamsinolon asetonidin ( 10-
40 mq) rahat yeridilməsinə imkan yaradır. Belə prosedurlar ayda bir dəfə aparılır. Bəzi
hallarda çapıq toxumasının dərin krioterapiyası aparılır. Çapıqların
cərrahi müalicəsi
tövsiyyə edilmir, belə ki əməliyyatdan sonrakı defekt daha artıq çapıq toxuması ilə dolur.
ATEROMA
Ateroma (piy vəzisi kistası) adətən başın tüklü hissəsində,boyunda, alinda, büzdüm
nahiyəsində, xayalıq dərisində yerləşir. Bu törəmə noxuddan toyuq yumurtası böyüklü-
yünə qədər, yumru formalı, bədən və ya sarımtıl rəngdə hərəkətli ola bilirlər. Ateroma-
lar adətən orta və yaşlı şəxslərdə əmələ gəlir. Bir qayda olaraq tək ətraf toxumalardan
374
qalxan bərk və ya elastik konsistensiyalı tədricən böyüyən törəmə şəklində olaraq üzə-
rindəki dəri dəyişiksiz olur.Törəməni yandan basdıqda içərisindən pendirəbənzər kütlə
və ya qatı südəbənzər maye xaric olunur. Bəzən ateromalar iltihablaşır, irinləyir, ağrılı
olur və öz-özünə flüktasiya edir.
Differensiasiyanı furunkulla,
lipoma ilə, yad cisim qranuleması, pannikulitlərlə
aparmaq lazımdır.
Müalicə. Ateromanın müalicəsini cərrahi yolla piy vəzisinin kapsulasını xaric etmək-
lə aparırlar.
Dostları ilə paylaş: