Kapilyar hemangioma Kapilyar hemangioma dəridən qabaran səthi damar şişidir. Doğulduqdan müəyyən
müddət sonra üzə çıxır, 5-12 yaşda uşaqlarda müşahidə olunur. Yumşaq konsistensiyalı
al-qırmızı və ya tünd-albalı rəngdə düyün və ya lövhəcik şəklində -baş, gövdə, boyun na-
hiyəsində yerləşən elementdən ibarətdir. Maksimal artım uşağın ilk birinci ilinə təsadüf
edilir. Şiş adətən mərkəzdən sovrulur, ancaq onun xoralaşması və ikincili infeksiyalaş-
ması da mümkündür. Reqressiyaya uğramış kapilyar hemangiomun yerində səthi çapıq
dəyişiklikləri, hipopiqmentasiya, atrofiya və ya dərinin kobudlaşması, teleanqiektaziya-
lar qala bilir.
Müalicə. Adətən spontan reqress qeyd olunur. Bəzi hallarda lazer terapiyası və krio-
destruksiya aparılır.
Alovlanan nevus (Port Wine) – qeyri-düzgün formalı qırmızı və ya bənövşəyi rəngli
ləkə şəklində derma damarlarının inkişaf qüsurudur. Anadan olarkən aşkarlanır, öz-ö-
zünə itmir. Bəzi hallarda göz damarlarının, baş beyinin yumşaq və hörümçək qışası da-
marlarının, aşağı ətrafın varikoz genəlmələri, onurğa beyin damarlarının qüsurları ilə
əlaqəli ola bilir. Bədənin hər bir yerində rast gələ bilir, ancaq əsasən üzdə müşahidə olu-
nur. Əksər hallarda birtərəfli, bir dermatom hüdudlarında, üzdə üçlü sinirin innervasiya
zonasında, çox vaxt konyuktiva və selikli qişalar da prosesə cəlb oluna bilər.
Adətən alovlanan nevus dəqiq sərhədlərə malik olur və dərinin xeyli sahəsini əhatə
edir. Yaşa dolduqca onların səthində düyüncüklər, düyünlər yaranır. Bunlar da insanın
dərisinin zahirən görünüşünə xələl gətirir.
Unna Nevusu (ənsə nahiyəsinin anadan gəlmə teleanqiektariyası).Təxminən yeni do-
ğulmuşların üçdən birində ənsə nahiyəsində aşkarlanır. Bəzən nevus göz qapaqlarında,
qaş arası nahiyədə yaranır.
Müalicə. Ləkə mərhələsində maskalayıcı kosmetika, düyüncük, düyünlərin yaranma-
sı mərhələsində lazer müalicəsi.