385
Eksfoliativ xeylitin quru formasını atopik xeylitdən fərqləndirmək lazımdır. Atopik
xeylitdə qırmızı haşiyənin dəriyə yaxın müəyyən hissəsi və ağız bucaqlarının dəriyə
keçən sahəsində, dodaqların qırmızı haşiyəsinin selikli qişaya yaxın zonası zədələnmir.
Xəstəliyin əsas klinik əlaməti lixenizasiyadır. Atopik xeylitə ilin fəslindən asılı olaraq
kəskin dövrün remissiyalarla əvəzi və güclü qaşınmaların olması xarakterikdir.
Meteoroloji xeylit, eksfoliativ xeylitin quru formasında bilavasitə öz gedişinin
müxtəlif meteoroloji faktorlardan asılılığı və dodaqların qırmızı haşiyəsinin bütün səthi-
nin zədələnməsi və kəskin iltihabi dəyişikliklərin olması ilə fərqlənir.
Kontakt allergik xeylitdə, eksfoliativ xeylitin quru formasından müqayisədə eritema-
nın, yəni məhdud nahiyədə sensibilizatorla kontaktda olduqda, qaşınma və səpgilərin
dodaqların müəyyən allergenlə kontaktını kəsdikdə tez sorulması ilə fərqlənir. Proqnozu
xoşxassəlidir.
Müalicə. Eksfoliativ xeylitin müalicəsi çox mürəkkəbdir. Xəstəliyin terapiyası
kompleks və hər növə uyğun müxtəlif olmalıdır. Ekssudativ formada trankvilizatorlar
təyin edilirlər: fenazepam 0,0005 q – gündə 3 dəfə, sibazon (seduksen, relanium) 0,005
q – gündə 3 dəfə, qrandaksin 0,05 q – gündə 3 dəfə, neyroleptiklər: tioridazin (sonapaks)
0,01 q – gündə 3 dəfə, adrenoblokatorlardan: anaprilin (obzidan) 0,01 q – gündə 3 dəfə,
periferik xolinoreaktiv sistemi blokada edici preparatlardan: bellaspon 1 q – gündə 3
dəfə. İynə ilə refleksoterapiya metodları məqsədəuyğundur və kortikosteroid məlhəmləri
ultrafarezlə birlikdə təyin oluna bilər.
Eksfoliativ xeylitin quru formasında isə antidepressantlar (amitriptillin 0,025 q –
gündə 2 dəfə) və trankvilizatorlar (trioksazin 0,03 q – gündə 3 dəfə), xlozepid (elenium
0,01q – gündə 3 dəfə), refleksoterapiya metodları (iynə, elektro-lazeroakupunktura), xa-
ricə yağlı krem və məlhəmlər təyin olunur.
Eksfoliativ xeylitin ekssudativ növündə Bukki şüaları çox yaxşı təsir göstərir: 200
rad – həftədə 2 dəfə, ümumi 1600-dən 3000 rad-a qədər. Hər seans əvvəl qırmızı haşiyə-
dən qartmaqlar qopardılır, onları 2 %-li Bor turşusu ilə islatmaq yaxşı olar. Xəstəliyin
ekssudativ növündə tireotoksikoz əlamətləri olduqda, qalxanabənzər vəzinin funksiyası-
nı tormozlayan preparatlar təyin olunur.
Eksfoliativ xeylitin xəstələrə psixoprofilaktik seanslar aparmaqla yaxşı nəticələr əldə
etmək olar.
Dostları ilə paylaş: