386
vəzilərinin axacaqlarının genişlənmiş girəcəyi iynənin deşiyi böyüklükdə xırda düyün-
cüklər üzərində yerləşir. Bunlar vəzi toxumasının hipertrofiyası hesabına əmələ gəlir.
Nadir hallarda ağız suyu vəzilərinin girəcəyinin ətrafında üzük şəklində leykoplakiya
əmələ gəlir., bəzən böyük miqyasda selikli qişa və ya dodaqların qırmızı haşiyəsi qa-
bıqlanır. Qlandulyar xeylitli xəstələrin dodaqları ağız suyu ilə periodik isladılır, sonra
quruyur və qırmızı haşiyə qabıqlanmağa başlayır. Bu dəyişikliklərin fonunda cürbəcür
çatlar, eroziyalar və eyni zamanda xərçəngönünün müxtəlif nozologiyaları inkişaf edir.
Ikincili qlandulyar xeylit xroniki iltihabi xəstəliklərin nəticəsi kimi dodaqların qırmı-
zı haşiyəsinin və selikli qişaların zədələnmələri ilə özünü göstərir (qırmızı yastı dəmrov,
qırmızı qurdeşənəyi və s.). Bu xəstəliklərdə əmələ gələn iltihabi infiltrat vəzi toxumasını
qıcıqlandıraraq onun hiperplaziyasını və hiperfunksiyasını induksiya edir. Belə hallarda
əsas xəstəliyin klinik şəklinin fonunda dodaqlarda ağız suyu vəzilərinin girəcəyinin ge-
nişlənməsi və onlarda tüpürcək damcılarının ifrazatı müşahidə olunur.
Patohistologiyasında birləşdirici toxuma qatının dərinliklərində hipertrofiyalaşmış
ağız suyu vəzilərinin iltihabi infiltrasiyalaşması, əsasən çıxarıcı ətrafında aşkar olunur.
Diaqnostikası. Qlandulyar xeylitin diaqnostikası çətinlik törətmir.
Proqnoz. Xoş gedişlidir. Bəzi hallarda qlandulyar xeylitin fonunda xərçəngönü xəstə-
liklər inkişaf edə bilər.
Müalicəsi. Əsasən diatermokoaqulyasiya vasitəsilə ağız suyu vəzilərinin çıxacaqla-
rının səthi koaqulyasiya edilir. Qlandulyar xeylitli xəstələrdə vəzilərin çoxunda patolo-
ji dəyişikliklər müşahidə olunduqda cərrahi müalicə məsləhət görülür. Əsas çərtmələr
Kleyn sahəsində edilir və hipertrofiya olunmuş ağız suyu vəziləri açılır.
Ikincili qlandulyar xeylit diaqnozu qoyulduqdan sonra əsas xəstəlik müalicə olunur.
Dostları ilə paylaş: