388
üçün fon yarada bilər.
Patohistoloji müayinədə epitelini kəskin hiperplaziyası nisbət və zəif parakeratozu
müşahidə olunur. Derma ödemləşir, genişlənmiş damarların ətrafında diffuz iltihabi in-
filtrat və toplanmış homogenizasiya olunmuş elastik liflər ayırd olunur.
Etiologiya və patogenezi. Aktinik xeylitin əmələ gəlməsinin əsas səbəbi – UB şüala-
ra yavaşımış allergik reaksiyanın inkişafıdır. Patogenezində mədə-bağırsaq traktının və
hepatobiliar sistemin vəziyyətinin rolu böyükdür.
Diaqnostikası. Aktinik xeylitin diaqnostikası onun klinik şəklinə və tipik anamnezinə
əsaslanır.
Aktinik xeylitin ekssudativ növünü atopik xeylitlə differensiasiya etdikdə, axırıncıda
zədələnmə nəinki qırmızı haşiyədə, dodaqların dərisində və ağız bucaqlrı nahiyəsində
lokalizasiya olur, hətta xəstəliyin insolyasiya ilə əlaqəsi olur. Aktinik
xeyliti allergik
kontakt xeylitdən ayırmaq çətindir, çünki o, allergik dermatozun bir variantıdır. Belə
hallarda düzgün diaqnoza tam toplanmış anamnez kömək edir. Aktinik
xeylitin quru
növünü, eksfoliativ xeylitin quru növü ilə differensiasiya etmək lazımdır.
Eksfoliativ xeylitin quru forması xarakterik lokalizasiyaya malikdir, tez-tez üst doda-
ğın qırmızı haşiyəsi də zədələnir. İnsolyasiyanın aktinik xeylitin və dodaqların qırmızı
qurdeşənəyi xəstəliyinin inkişafına təsir etdiyinə görə onların diaqnostikasını çətinləşdi-
rir. Əsasən aktinik xeyliti qırmızı qurdeşənəyinin hiperkeratozsuz və atrofiyasız növü ilə
differensiasiya etmək mürəkkəbdir. Diaqnostikaya lüminessensiya vasitəsilə Vud şüaları
və ya histoloji müayinə kömək edə bilər.
Proqnoz. Aktinik xeylitin proqnozu xoşxassəlidir, ancaq onun uzun müddət davam
edən quru növü xərçəngönü xəstəliklərin inkişafı üçün fon yarada bilər.
Müalicəsi. İnsolyasiyadan
qorunmaq, lazım gəldikdə uzun müddət açıq
hava ilə
əlaqədar peşəni dəyişmək lazımdır. Terapiyada nikotin turşusu, vitamin qrupu B (B12,
B2, B6), bəzən sintetik malyariya əleyhinə preparatlardan (delaqil 0,25 q – gündə 2 dəfə)
2-3 həftə müddətində və xırda dozalarda kortikosteroidlər (prednizalon – gündə 10 mq)
təyin olunur. Xaricə müalicədə kortikosteroid malhəmləri (0,5% prednizalon və s.) yaxşı
nəticə verir.
Profilaktikasında fotoqoruyucu məlhəmlər və kremlər (“Şit”, “Luç”, “Antilüks”,
10%-li salol məlhəmi) tətbiq oluna bilər.
Dostları ilə paylaş: