Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə277/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   446
DERMATOLOGİYA-dərslik 1

ZİYİLLİ XƏRÇƏNGÖNÜ
Ziyilli xərçəngönü yüksək bədxassəli potensiala malikdir. Çox vaxt 40-50 yaşlı ki-
şilərdə alt dodaq nahiyəsində əmələ gəlir. 
Klinikası. Ziyilli xərçəngönü əsas qırmızı haşiyədə 4 mm-dən 1cm-ə qədər diamtrli 
kəskin sərhədli element kimi yerləşir, yarımdairəvi formada 3-5 mm yükəlir, bərk kon-
sistensiyaya malikdir. Rəngi normal qırmızıya qədər variasiya edir. Tez-tez düyüncü-
yün üzəri möhkəmlənmiş nazik qabıqlarla örtülür, ziyilli və ya qabıqlanmış papillomaya 
bənzəyir. Ziyilli xərçəngönü xaricən dəyişməmiş qırmızı nahiyədə yerləşir.
Gedişi. Ziyilli xərçəngönünün gedişi çox sürətlidir: xəstəlik başlayandan 1-2 ay sonra 
proses bədxassəli gedişin başlanğıcını təyin etmək çox çətindir. Əsas diqqəti zədələn-
mə ocağının ölçülərinin birdən böyüməsinə, qabıqlanmanın sürətlənməsinə, elementin 
eroziyalaşma və ya xoralaşma əsasında bərkliyin əmələ gəlməsinə yetirmək lazımdır. 
Histoloji müayinədə yastı epitelinin məhdud proliferasiyasının olması, tikanlı qatın 
yuxarı genişlənməsi hesabına bəzən enli məməcikli artimlar şəklində aşağı dərinliklərə 
diskompleksasiya əlamətləri və tikanları hüceyrələrin polimorfizmi müıahidə olunur. 
Birləşdirici toxuma qatında ovalhüceyrəli infiltrasiya, külli miqdarda limfositlər, plaz-
mositlər və toxuma bazofilləri qeyd olunur.
Patogenez. Ziyilli xərçəngönünün əmələ gəlməsində xarici faktorlardan aparıcı rol 
oynayan günəş insolyasiyası və termik travmadır.
Diaqnostikası. Adi ziyillər ziyilli xərçəngönündən sapvari məməcikli artımların və 
periferiyada hipertrofik buynuz qatın olması ilə fərqlənir. Papillomada isə bərk konsis-
tensiyalı ayaqcıqlar müşahidə olunur. Histoloji müayinənin nəticələri həlledici rol oyna-
yır. Keratoakantomaya bərk periferik qırmızı valcığın olması, mərkəzi krateri əhatə edən 
buynuz kütləsi doldurulmuş, qopduqdan sonra yrində qıfvari basıqlıq əmələ gəlməsi xa-
rakterikdir. Piogen qranulemada isə al-qırımızı rəngdə ayaqcığın olması və elementin 


392
səthində suvermə əlamətləri qeyd olunur.
Müalicəsi. Cərrahi müdaxilə yolu ilə zədələnmə ocağı sağlam toxuma həddində, son-
rakı histomorfoloji müayinə etməklə aparılır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin