394
fərqlənir və intensiv bozumtul-ağ rəngdə olur. Palpasiyada azacıq sərtlik ayırd edilir.
Verrukoz leykoplakiyanın iki klinik növü ayırd olunur: lövhəcikli və ziyilli.
Lövhəcikli leykoplakiya üçün ocaqların qeyri-düzgün formalı səthinin nahamar ol-
ması ilə xarakterikdir. Onlar ağ rəngli məhdud lövhəcik şəklində əhatə olunmuş selikli
qişa səviyyəsindən yüksəkliyə qalxır. Lövhəcikli növ nadir hallarda bədxassəli trans-
formasiya verə bilər. Ziyilli növ isə lövhəciyə nisbətən daha tez-tez təsadüf edilir. Bu
növdə yastı leykoplakiyanın fonunda bərkimiş qabarcıqlı artımlar və ya iri bərk ziyilli
törəmələr müəyyən olunur. Onlar da əhatə olunduğu selikli qişadan hündürlükdə durur-
lar. Belə ocaqlar ağımtıl-südvari və ağ rəngdə, əsasən ağız bucaqlarına yaxın yanaqla-
rın selikli qişasında yaranırlar. Verrukoz leykoplakiyanın ziyilli növü böyük bədxassəli
transformasiya potensialına malikdir.
Eroziv növ yastı və ya verrukoz leykoplakiyanın fonunda ağırlaşma kimi əmələ gəlir,
ağrı hissiyyatı ilə müşahidə olunur. Eroziyalar həm tək, həmdə çoxlu ola bilərlər. Çox
vaxt onlar termik və mexaniki qıcıqların təsirinə məruz qalan nahiyələrdə əmələ gəlirlər.
Leykoplakiyanın bu növü daha çox bədxassəli xarakteri ilə fərqlənir.
Tappeynerin damağın nikotin leykoplakiyası siqaret çəkənlərdə damağın
selikli qişa-
sında əmələ gəlir. Xəstə siqaret çəkməyi dayandırdıqda tez bir zamanda sorulmaq qabi-
liyyətinə malikdir. Sərt damağın selikli qişası, bəzən ona birləşən yumşaq damaq hissəsi
bozumtul-ağ rəngdə olur və çox vaxt qırışlaşır. Bu fonda qırmızı nöqtələr yaxşı görsənir.
Qırmızı nöqtələr qırmızı tüpürcək vəzilərinin axarcaqlarının genişlənmiş girəcəyi ola-
raq, yarımdairəvi xırda düyüncüklərin zirvəsində yerləşir. Bu növ heç vaxt bədxassəli
xarakter daşımır.
Gedişi. Leykoplakiya – xroniki xəstəlikdir. Əgər qıcıqlandırıcı faktorun təsiri kəskin
zəiflədilibsə və ya aradan götürülübsə,onda leykoplakiyanın inkişafı dayanır və düzgün
konservativ terapiyanın nəticəsində zəifləyir. Başqa
hallarda xəstəlik artaraq, əsasən,
verrukoz eroziv növlərdə xərçəngə çevrilə bilər. Leykoplakiyanın gedişinin uzunmüd-
dətliyi və onun mümkün bədxassəliyi fərdidir.
Leykoplakiyanın bədxassəli gedişə malik olmasının
klinik əlamətləri zədələnmə
ocağının əsasında sərtliyin əmələ gəlməsi, qabıqlanma prosesinin sürətlənməsi, ziyilli
elementlərin ölçülərinin böyüməsi və onların sərtləşməsi, eroziyanın qanaxma ilə müşa-
hidə olunmasıdır. Ona görə leykoplakiyalı xəstəni müayinə etdikdə hökmən zədələnmə
ocağını palpasiya edərək onun əsasında sərtliyin olub-olmamasını ayırd etmək lazımdır.
Patohistoloji müayinədə hiper və parakeratoz, akantoz, birləşdirici toxumada – da-
marların genişlənməsi, diffuz, əsasən, limfoid hüceyrəli infiltrat, epitelinin aşağı şöbələ-
rinə daxil olması müşahidə olunur.
Verrukoz və eroziv formalarda tikanlı qat hüceyrələrinin diskompleksiyası və hücey-
rələrin atipiyası mümkün ola bilər.
Tappeyneranın leykoplakiyasında parakeratoz əlamətləri akantozsuz, piy vəzilərinin
axacaqlarının genişlənməsi və epitelinin səthinə yaxın birdən daralması qeyd olunur.
Bu daralmadan nisbətən aşağıda olan axacaq birdən genişlənir və tüpürcək vəzilərinin
retension kistasına keçir. O da klinik özünü düyüncük kimi göstərir.
Etiologiya və patogenezi. Leykoplakiya xəstəliyinin etiologiyası və patogenezi tam
öyrənilməmişdir. Leykoplakiya, selikli qişanın cürbəcür xarici qıcıqlara reaksiyanın-
müxtəlif endogen faktorların fonunda əmələ gəlməsidir. Vacib patogenetik faktorlardan
395
leykoplakiyanın yaranmasında 90% xəstələrdə mədə-bağırsaq patologiyasının aşkarlan-
ması fonlu xarakter daşıyaraq, xarici qıcıqlara qarşı ağızın selikli qişalarının rezistentli-
yini aşağı salır. Xəstəliyin patogenezində A vitamini çatmamazlığı və ya mübadiləsinin
pozulması qabıqlanma prosesində böyük rol oynayır. Leykoplakiyada ağızın selikli qi-
şasının epitelisinin keratinləşmə proseslərinin güclənməsi mexanizmlərindən, hüceyrə
membranının keçiriciliyinin və transepitelial nəqliyyatın pozulması amilidir. Xəstəliyin
patogenezində irsi amillərin rolu da böyük əhəmiyyət kəsb edir.
Xarici amillərdən bilavasitə leykoplakiyanın meydana gəlməsində əsas, mexaniki,
termiki, kimyəvi və başqa faktorların birlikdə təsirinin əhəmiyyəti böyükdür.
Bununla
yanaşı, ağızın selikli qişasında leykoplakiyanın əmələ gəlməsində birinci dərəcəli əhə-
miyyətli isti təmbəki tüstüsünün təsiri ilə yanaşı, xroniki
travma nəticəsində dişlərin
sırasının pozulması və ağız boşluğunda müxtəlif cinsli metallardan
ibarət protezlərin
olması nəticəsində qalvanik cərəyanın meydana çıxması rol oynayır.
Dodaqların qırmızı haşiyəsində leykoplakiyanın yaranmasında siqaretin xroniki trav-
masının birinci dərəcəli təsiri ilə yanaşı, dodaqların, siqareti axıradək çəkdikdə siste-
matik yandırılması, qeyri-kafi meteoroloji amillərin, əsasən insolyasiyasının və bu kimi
faktorların təsirinin qlandulyar xeylit olduqda daha da güclənməsi böyük təsir göstərir.
Leykoplakiyalı xəstələr dispanser müşahidəsində olaraq ildə 2-3 dəfə stomatoloqun
qəbulunda olmalıdırlar.
Leykoplakiyanın və onun residivlərinin profilaktikası, vaxtında ağız boşluğunun sa-
nasiyası, papiros çəkmənin dayandırılması, rasional protezləşdirmə, mədə-bağırsaq pa-
tologiyasının korreksiyasından ibarətdir.
Dostları ilə paylaş: