391
B. Çox nadir hallarda bədxassəli gedişə malik olan xəstəliklər: 1) yastı leykoplakiya
və 2) dodaqların xroniki çatları.
BOUEN XƏSTƏLİYİ
Bouen xəstəliyi (Morbus Bowen) bədxassəli transformasiya verməyə daha çox po-
tensiala malikdir. Çox vaxt kişilərdə 40 yaşdan 70 yaşa qədər, əsasən yumşaq damaqda,
dilçəkdə və dildə yerləşir.
Klinikası. Bouen xəstəliyinin ağızın selikli qişasında klinik şəkli çox rəngarəngdir.
Tez-tez zədələnmə ocağı müşahidə olunur. Proses məhdud, tədricən böyüyür və göyüm-
tül-qırmızımtıl rəngli, ləkəli-düyüncüklü, 1 sm diametrli, bəzən leykoplakiya və qırmızı
yastı dəmrova oxşar zədələnmə ocağı aşkar olunur. Zədələnmə ocağının əmələ gələrək,
nadir hallarda xırda məməcikli artımlarla örtülmüş olur. Bouen xəstəliyinin diaqnozu
histoloji təsdiqlənməlidir.
Patohistoloji müayinədə tikanlı qatda cancer in Situ şəklində dəyişiklik, yəni infiltra-
tiv inkişafı olmamaq şərtilə intraepitelial xərçəng tapılır.
Müalicəsi. Əgər mümkünsə, zədələnmə nahiyəsini sağlam toxumalar daxilində gö-
türmək və ya şüa terapiyası aparmaq lazımdır.
Proqnozu müalicəsiz ağırdır.
Dostları ilə paylaş: