Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə275/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   446
DERMATOLOGİYA-dərslik 1

MELKERSSON-ROZENTAL SİNDROMU
Xəstəlik üç simptomla xarakterizə olur: makroxeyliyya, qırışlı dillə və üz sinirinin 
paralicilə. Bu sindrom tez-tez qadınlarda müşahidə olunur. Xəstəlik bütün yaş hədlərin-
də başlaya bilər.
Klinikası. Əvvəlcə xəstəlik dodaqların birində və ya hər ikisində ödemin əmələ 
gəlməsilə xarakterizə olur. Nadir hallarda xəstəliyin ilk simptomu üz sinirinin paralici 
ola bilər. Üzdə ağrılar nevralgiya tipli olur, ardınca üz sinirinin paralici xəstəliyinin ilk 
əlaməti ola bilər.
Xəstəlik adətən birdən başlayır. Bir neçə saat ərzində əvvəlcə bir, sonra hər iki do-
daq ödemləşir. Dodaq qeyri-formalı şişkinləşir və kənarı içəri dönərək xortuma bənzər 
formada dişlərdən kənara durur (tapir sifətli). Bəzən ödem çoxalaraq dodaqlar normal 
qalınlığına nisbətən 3-4 dəfə artıq şişkinləşir. Dodaqların qalınlaşması qeyri-bərabərdir, 


389
onların bir tərəfi o birinə nisbətən daha şişkindir.
Dodaqların ödemi çatların əmələ gəlməsi ilə müşahidə oluna bilər. Əsasən ödem 
dodaqları buruna qədər və ya dodaqaltı şırıma qədər əhatə edə bilər. Ödemin miqda-
rı artdıqda nitq, mimika və qida qəbulu çətinləşir. Şişkin dodaqlar açıq-qırmızı rəng-
də olaraq durğunluq əlamətlərilə müşahidə olunur. Palpasiyadan sonra basıqlıq qalmır. 
Qalınlaşmış dodaqlar nisbətən bərkiyir, ancaq sklerozlaşmırlar. Belə ödemlər müəyyən 
xəstələrdə bəzən artır və bir qədər sonra azalır. Müəyyən xəstələrdə ödem tam sorula-
raq, sonralar müəyyən tezliklə residivləşir və həmişəlik qalır. Ödemin intensivliyi gün 
ərzində dəyişir. Bəzən ödem yanaqların, sifətin bu və ya digər hissəsinə, damağa, sərt 
damağa, dilə və buruna yayıla bilər.
Xəstəliyin ikinci simptomu – üz sinirinin paralicidir. Ondan əvvəlki dövr müxtəlif
prodromal əlamətlərlə müşahidə olunur. Bu əlamətlər ağızda cürbəcür patoloji hissiyat-
larla, birtərəfli vazamotor rinopatiya və tüpürcək ifrazatının dəyişməsilə özünü göstərir. 
Bəzən prodromal əlamətlər birtərəfli nevralgiya çəklində miqren tipli baş ağrıları ilə mü-
şahidə edilir, sonradan üz sinirinin paralicinin inkişafına səbəb olur. Üzün zədələnmiş 
hissəsində tonusun itməsi, ağız buaqlarının sallanması halları meydana gəlir. Bir qədər 
tez qeyri-tam paralic yarımçıq vegetative fraqmentlərin, hissiyyatın və motor funksiya-
sının saxlanması ilə müşahidə olunur.
Əksər xəstələrdə üz sinirinin paralici yavaş-yavaş gedir. Ancaq müəyyən müddətdən 
sonra prosesin residiv verməsi gözlənilir. Xəstəliyin uzunmüddətli gedişində üz sinirinin 
paralicinin bir neçə dəfə təkrarlanması sonradan onun davamlı xaraktr almasına səbəb 
olur.
Xəstəliyin üçüncü simptomu qırışıqlı dildir. Müəyinə əsas diqqəti dilin ödemləşməsi, 
qeyri-bərabər böyüməsi və dərin qırışların olması əlb edir. Nisbətən tez-tez dilin mərkə-
zində uzununa uyğun dərinin orta qırış nəzərə çarpır. Dilin arxa üşdə bir və kökü əsasən 
prosesə əlb olunmur. Xəstəliyin gedişi xroniki və residivvericidir. Xəstələrin müəyyən 
hissəsində Melkerson-Rozental sindromunun 3 simptomuna təsadüf etmək olmur, ancaq 
xəstəlik özünü klinik makroxeyliya ilə göstərə bilər.
Patohistoloji müayinədə dermada qranulematoz iltihabın toxumaların ödemi ilə bir-
likdə müşahidəsinə təsadüf olunur. Prosesə tez-tez mimic əzələlər də qoşulur. Qranule-
malar əsasən tuberkuloid, sarkoid, limfonodulyar-plazmatik quruluşa malik ola bilər-
lər. bəzi xəstələrdə qranulema olmur, ancaq qeyri-spesifik limfohistiositar infiltrasiya 
müşahidə olunur. Dermanın vena damarları genişlənir, ətrafında infiltrasiya yerləşir və 
endoteliyanın proliferasiyası müşahidə olunur.
Etiologiyası və patogenezi. Bu xəstəliyin etiologiyası və patogenezi hələ tam aydın-
laşmamışdır. Həmin xəstəliyin əmələ gəlməsində iris və infeksion-allergik nəzəriyyələ-
rin rolu mümkündür. İnfeksion amil kimi, qrip-herpes virusları, fokal infeksiya ocaqları 
və s. ola bilər. Xəstələrdə qanın limfositlərinin stafilakokklara qarşı həssaslığının art-
ması qeyd olunur. Dodaqların toxumasında qanın və limfanın mikrosirkulyasiyasının 
pozulması xüsusi patogenetik əhəmiyyətə malikdir.
Diaqnostikası. Xəstələrdə simptomların üçü də olduqda sindrom Melkersson-Ro-
zentalın diaqnostikası çətinlik törəmir. Xəstəlik özünü makroxeylitlə göstərdikdə onun 
diaqnostikası çətinləşir. Belə hallarda xəstəliyi birinci növbədə elefantiazislə , xroniki 
qızılyel iltihabında sonra əmələ gəldikdə isə Kvinke ödemi ilə differensiasiya etmək 


390
lazımdır. 
Elefantiazis makroxeylitdən kəskin iltihabi əlamətlərin olması, proses kəskinləşdik-
də bədən hərarətinin yüksəlməsi, birləşdirici toxumanın fibrozu dodaqların toxumasının 
bərk elastic konsistensiyaya malik olmasına səbəb olur ki, bu hallar Melkersson-Rozen-
tal sindromunda müşahidə olunmur.
Antihistamin preparatlarının qəbulundan, həmçinin prosesin tez-tez kəskinləşməsi və 
xəstəliyin tutması qurtardıdan sonra Kvinke ödeminin birdən tam itməsi xarakterikdir. 
Makroxeyliya müəyyən qrup xəstələrdə dodaqların xroniki çatlarına təkrar infeksiya-
nın qoşulmasının ağırlaşması kimi əmələ gələ bilər. Belə makroxeyliya əsasən rasional 
müalicədən sonra tez keçir.
Proqnoz. Proqnoz çox hallarda xoşgedişlidir. Ancaq bəzi xəstələrdə (müaliəyə bax-
mayaraq) proses uzun müddət onları narahat edir.
Müalicəsi. Cərrahi və konservativ yollarla aparılır. Hər bir xəstə diqqətlə yoxlanıla-
raq prosesin əmələ gəlmə səbəbləri aydınlaşdırılçalıdır. Belə ki, əsas diqqət fokal infek-
siya ocaqlarına onunla yanaşı çənə-üz nahiyəsinə yönəldilməlidir.
Kombinasiyalı müalicə kortikosteroidlər (20-30 mq prednizalon) geniş spektorlu tə-
sirə malik antibiotiklər (oletetrin 750000-100000 vah. – gündə 2 dəfə) və sintetik mal-
yariya əleyhinə preparatlarla (delaqil- 0,25 - gündə 2 dəfə və s.) yaxşı nəticə əldə etmək 
olar. Makroxeylitdə xarici müalicə yerli heparin məlhəmilə elektrofarz və ödemli zə-
dələnmə nahiyələrinə heparinin dimiksidlə qarışığı sürtüldükdə yaxşı effekt verir. Xəstə-
liyin ilk anlarında aparılan kompleks müalicə yaxşı nətiə verir. Təkrari kurs müalicələr 
2-3 aydan bir aparılmalıdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin