393
Patologiyası. Manqanotti xeylitinin əmələ gəlməsində əsas rolu yaşla əlaqədar toxu-
maların trofik dəyişiklikləri, əsasən alt dodaqda olur, ikincili adentiya və ya ön aşağı
dişləri dağılmış şəxslərdə müşahidə olunur. Bununla əlaqədar bəzi şəxslədə alt dodaq
nahiyəsində trofikanın pozulması ilə əlaqədar bəzi qıcıqlara – insolyasiyaya, kəskin və
xroniki travmaya və s. asanlıqla destruktiv cavab reaksiyaları meydana gəlir. Hipovita-
minoz A xəstəliyin patogenezində böyük əhəmiyyət kəsb edir.
Diaqnostikası. Manqanotti xeylitindən qırmızı qurdeşənəyinin eroziv-xoralı növü
onunla fərqlənir ki, axırıncıda eroziyadan savayı, kəskin durğunlaşmış eritema, hiper-
keratoz qabıqlaşan atrofiya müşahidə olunur. Eroziv-xoralı qırmızı yastı dəmrovda xır-
da, ağımtıl-bozumtul rəngdə incə rəsmlər əmələ gətirən papulalar, pemfiqusda Nikolski
simptomunun müsbətliyi, yaxmalarda akantolitik hüceyrələrin tapılması, nəinki qırmızı
haşiyənin, eyni zamanda ağızın selikli qişasının da zədələnməsinin mümkünlüyü qeyd
olunur. Herpetik eroziyada kənarlarının polisiklik olması və ətrafında şişkinliyin, eyni
zamanda səpgilərin qısamüddətli mövcudluğu xarakterikdir.
Müalicəsi. Manqanotti xeyliti xəstəliyinin müalicəsi üçün hökmən qıcıqlandırıcı
faktorların təsirinin zəifləndirilməsi və ya aradan götürülməsi, mədə-bağırsaq traktının
xəstəliklərinin, meteoroloji və qlandulyar xeylitlərin müalicəsi, ağız boşluğunun sana-
siyası və protezləşdirilməsi vacibdir. Əgər sitoloji müayinədə Manqanotti xeylitinin bə-
dxassəliyi müəyyən olunmayıbsa,onda radikal cərrahi müdaxilədən əvvəl 2-3 ay müddə-
tində ümumi və yerli konservativ müalicə aparmaq lazımdır. A vitamini konsentratı (10
damcıdan – gündə 3 dəfə), nikotinat ksantinol və ya nikotin turşusu, nerobol və s. pre-
paratlar, orqanizmin qocalmasının qarşısını alan və sifətin yumşaq toxumalarında qan
dövranını yaxşılaşdıran müalicə metodları tətbiq olunur. Xaricə A vitamini konsentra-
tının applikasiyası, kortikosteroid məlhəmləri (əsasən fonlu iltihabi əlamətlər olduqda),
dibiomisin məlhəmi, metilurasil tərkibli məlhəmlər, solkoseril və s. tətbiq olunur. Pro-
sesin gedişində bədxassəlilik qeyd olunduqda, zədələnmə ocağını cərrahi müdaxilə yolu
ilə
sağlam toxuma daxilində, sonrakı
histoloji müayinə aparmaqla, götürmək lazımdır.
Dostları ilə paylaş: