381
yerləşən xoşxassəli piqment ləkəsidir. Ləkəli nevusun yerləşdiyi nahiyədə melanoma-
nın yaranması nadir hallarda olur. Piqment nevuslar dərinin müxtəlif qatlarında nevoid
hüceyrələrin yığılması nəticəsində yaranır. Nevoid hüceyrələr melanossitlərindən çıxın-
tıların olmaması ilə nevusların miqdarı və onların lokallaşması ilə fərqlənir. Piqment
nevuslar-nəhəng formalı, adətən anadan gəlmə, bəzi hallarda tüklü ola bilirlər. Nevoid
hüceyrələrin lokallaşmasından asılı olaraq nevuslar bölünür:
•
Sərhəd nevohüceyrəli nevus hüceyrələri əsasən epidermisin alt qatlarında yerlə-
şir);
•
Intradermal nevohüceyrəli nevus və ya” istirahət edən” nevus və ya anadangəl-
mə ləkə (nevus hüceyrələr orta və alt dermada yerləşirlər);
•
Qarışıq və ya çətin nevohüceyrəli nevus (özündə sərhəd və intradermal nevusun
əlamətlərini daşıyan)
Piqment nevuslarının bəzi formaları, travmatizasiya nəticəsində melanozaya trans-
formasiya oluna bilərlər. Əsasən bu tünd-qəhvəyi və ya qara rəngdə olan, səthi quru
üstündə tüklərin inkişaf əlaməti olmayan yastı düyüncük formasında olan piqmentli sər-
həd nevusuna aiddir. Bu nevuslar adətən anadfangəlmə olur, ancaq müxtəlif yaş qruplu
insanlarda yarana bilər.
İlkin yaranış ləkənin histoloji müayinəsi zamanı akantoz, bazal qatda melanositlərin
sayının artması, melanosit və keratinositlərdə melaninin miqdarının çox olması aşkarla-
nır. Sonradan yaranan kiçik ləkələrin histoloji müayinəsi zamanı əsasən sərhəd nevro-
hüceyrəli nevusun, az hallarda qarışıq və ya desplastik nevohüceyrəli nevusun əlamətləri
aşkarlanır.
Qazanılmış piqment nevuslar
Lentiqa- tez və ya çox miqdarda, sarı-qəhvəyi və ya qəhvəyi qara rəngdə, yastı və
ya az qabaran, qarabaşaq dənəsi ölçüsündə ləkədir. Lentiqalar iki formada rast gəlinir -
gənclik lentiqosu dərinin müxtəlif nahiyələrində uşaq yaşlarında özünü göstərir.
Qocalıq lentiqosu - yaşlı insanlarda dərinin gündən qorunmayan, açıq hissələ-
rində rast gəlinir. Ləkələrin üzərində papula və düyünlərin yaranması şiş hüceyrələrinin
dermaya invaziyasını və qocalıq lentiqosunun lentiqo-melanomaya transformasiyasını
göstərir.
Dostları ilə paylaş: