Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə267/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   263   264   265   266   267   268   269   270   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri yığıntıları 
Dəri kalsinozu-neyroendokrin tənzimlənməsnin, qalxana bənzər vəzin, cinsi vəzləri-
nin fəaliyyətinin pozulması, əlavə olaraq bəzi sistem xəstəlikləri (sklaerodermiya, der-
matomiozit, fibroz osteodistrafiyası) və başqa xəstəliklərlə (osteomielit, vərəm, şişlər və 
s.) birlikdə yaranır. Dəri kalsirozunun 4 forması var:
1.Metastatik; 2. Distrofik; 3. Metabolik; 4.idiopatik. Xəstəliyi fosfor-kalsium müba-
diləsi pozulması ilə əlaqələndirirlər.
Klinika. Kalsium yığıntıların əsasən dəridə və dəriaıltı piy qatında, az hallarda isə 
əzələlərdə və vətərlərdə aşkarlanırlar. Dəridə həm məhdud (əsasən oynaqlar və ətraflar); 
həm də diffuz kalsium yığıntıları yaranır, bunlar da bəzi hallarda sistom sklerodermiya 
və dermatonmiozitlə yanaşı gedişata malik olurlar. Zədələnmiş nahiyələrdə dəri sianotik 
olur, soyuq havalarda isə akrosianoz halları qeyd olunur. Xəstəliyin ilk vaxtlarında kiçik 
məhdud halda dəri sərtləşmələri müşahidə olunur, bunların da ölçüləri tədricən artır. 
Böyük düyünlərin spontan deşilməsi və ya operativ müdaxilə zamanı ağ rəngdə sarım-
tıl çalarlı qatı kütlə ilə dolu kistayabənzər məhdud boşluq aşkarlanır. Bir qayda olaraq 
ocaqlar assimetrik olur, palpasiya zamanı zəif ağrı hissi olur və rentgenoqrafiya zamanı 
vizualizasiya olunurlar.
Histoloji olaraq dermada və hipodermada kalsium yığıntısı (göy dənəciklər, hemo-
toksilin-corin) aşkarlanır.
Müalicə. Böyük düyünlər cərrahi üsulla, kiçiklər elektrokoaqulyasiya vasitəsi ilə 
götürülür. Irinləşmiş və xoralaşmış düyünləri kyuretaj edirlər. Tərkibində kalsium olan 
ərzaqların istifadəsindən imtina olunmalıdır.
Ksantomalar- lipidlərin dəridə və başqa toxumalarda toplanması nəticəsində yaranır.
Ksantomalar sarı-qəhvəyi, çəhrayı və ya narıncı rəngdə törəmələrdir. Bunlar ləkə 
(yastı ksantomalar), düyüncüklər ( eruptiv ksantomalar), lövhəciklər (ksantelazma), dü-
yünlər (qabaran ksantomalar) və ya infiltratlar (vətər ksantomaları) şəklində rast gəlirlər. 
Ksantomalar ksantom hüceyrələrin (lipidlərlə yüklənmiş makrofoqlar) yığılması nəticə-
sində yaranır. Əksər hallarda Lipid mübadiləsi pozulduqda (birincili və ikincili hiperli-
poproteidemiya), histiositozlar zamanı yaranırlar. Bəzi hallarda isə lipidlərin səviyyəsi 
normada olduqda belə ksantomalar rast gəlirlər.
Ksantelazma-göz qapağının dərisində lokallaşan yastı ksantomadır. Xəstələrin yarı-
sında ksantelazmanın yaranmasına hiperlipoprotoidimiya səbəb olur (ailəvi hiperxoles-
terinemiya) 50 yaşdan yuxarı insanlarda qeyd olunur. Göz çapaqlarında qeyri düzgün 
şəkilə malik sarımtıl-narıncı rəngdə yumşaq papulalar və lövhəciklər yaranır. 


379
Müalicə. Cərrahi, elektrokoaqulyasiya, lazer terapiyası və üç xlor sirkə turşusu ilə 
yandırmaq. 
“Vətər ksantomaları”-dəri altından qabaran sarı və ya normal dəri rəngində törəmə-
dir. Oynaqları açan zaman onlar vətərlərlə birgə hərəkət edir. Müalicəsi: Doymuş yağ 
turşuları və xolesterin çox olan ərzaqlardan istifadə etməmək. Xolestiramin, simvasta-
tik, pravastatin təyin olunur. 
“Qabaran ksantomalar” sarımtıl düyünlər olaraq əsasən dirsək və dizlərdə eruptiv 
ksantomaların birləşməsi nəticəsində yaranır. İrsi dislipoproteidemiya, hipertriqliseride-
miya və ailəvi lipoproteidlipazanın çatışmamazlığı nəticəsində yaranır.
Müalicə. Əsas xəstəliyin müalicəsi.
“Eruptiv ksantomalar” qəfil olaraq çox miqdarda iltihabi reaksiya ilə müşahidə olu-
nan düyüncüklü elementlər şəklində yaranır. Adətən sağrı, az hallarda dirsək, diz, kürək 
nahiyəsində lokallaşır. Ailəvi hipertriqliseridemiya, disbetalipoproteidemiya, şəkərli 
diabetin dekompensə olunan formasında müşahidə olunur. Səpgilər dəqiq yarımkürə 
şəklində qırmızı haşiyəli sarı düyüncüklərdən təşkil olunurlar. 
Müalicə. Minimal dərəcədə yağ olan aşağı kaloriyalı pəhriz.
“Əl içi yastı ksantomalar”- ovuc və barmaqların şırımlarında sarı- narıncı rəngdə 
yastı və ya yüngül qabıqlanan xətlərlə müşahidə olunur. Ailəvi-disbetalipoproteidemiya 
zamanı müşahidə olunur. 
Müalicə. Tərkibində yağlar və karbohidratlar az olan pəhriz.
“Lipidlərin normal səviyyəsi zamanı yaranan yastı ksantomalar”- aydın omayan sə-
bəb vəya qan xəstəlikləri - (mielom xəstəliyi, leykozlar, limfomalar) zamanı yaranır. 
Məhdud sarımtıl- qırmızı ocaqlarla müşahidə olunur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin