366
Şək.30.1. Allergik vaskulitlərdə səp-
gilərin tipik lokalizasiyası
Nekrotik-xoralı tip dermal angiitin ən ağır
variantı sayılır. O, kəskin başlayır (bəzən ildı-
rımsürətli) və uzun sürən gedişə malik olur (əgər
proses sürətli letal nəticə ilə başa çatmırsa). İl-
tihablaşmış qan damarlarının kəskin trombo-
zu nəticəsində dərinin bu və ya digər sahəsinin
məhvi (infarkt) baş verir ki, bu da geniş qara ko-
bud qartmaq (strupa)
şəklində nekrozla təzahür
edərək yaranmasından əvvəl hemorragik ləkələr
və qovuqlarla meydana çıxır. Proses bir neçə saat
ərzində inkişaf edir, güclü yerli ağrılar və qız-
dırma ilə müşayiət olunur. Zədələnmə ocaqları
çox vaxt aşağı ətraflarda və sağrılarda yerləşir.
İrinli-nekrotik strupa uzun müddət qalır. Onun
qopmasından sonra əmələ gələn xoralar müxtə-
lif ölçülərə və sərhədlərə malik olaraq, daxilində
irinli möhtəviyyat olur və yavaş-yavaş çapıqlaşır.
Polimorf tip dermal angiitin digər tipləri üçün səciyyəvi olan müxtəlif səpgi ele-
mentlərinin birgə təsadüf etməsi ilə səciyyələnir. Çox vaxt ödemli iltihabi ləkələrin,
purpuroz xarakterli hemorragik səpgilərin və səthi ödemli xırda düyünlərin birgə rast
gəlməsi nəzərə çarpır ki, bu da 3 simptomlu Qucero-Dyuperra sindromunun və ona ox-
şar polimorf-nodulyar Ryuiter arteriolitinin klassik klinikasını təşkil edir.
Dostları ilə paylaş: