Differensial diaqnostika Ocaqlı alopesiyanın differensial diaqnostikası göbələk infeksiyaları (başın tüklü his-
səsinin mikrosporiyası, səthi antroponoz trixofitiya, başın tüklü hissəsinin xronik trixo-
fitiyası, favus), sifilis zamanı xırdaocaqlı alopesiya, trixotillomaniya, travmatik və and-
rogenetik alopesiya ilə aparılır.
Müalicə Ənənəvi terapiya Ocaqlı alopesiyanın müalicəsində mikrosirkulyasiyanı yaxşılaşdıran preparatlar tət-
biq olunur: standart dozalarda ksantinol nikotinat, midokalm, pentoksifillin (trental), di-
piridamol (kurantil); mis, sink preparatları (sinkteral 0,124 q və 0,2 q həblərdə), dəmir
(sink oksidi, mis sulfat, dəmir laktat); biogen stimulyatorlar; inyeksiya üçün duru aloy
ekstraktı 1 ml dozada dərialtı hər gün 30-50 gün ərzində, humizol 1 ml dozada ilk 2-3
gün ərzində hər gün, sonra 2 ml dozada gündə 1 dəfə əzələdaxilinə 20-30 gün ərzində,
splenin 1-3 ml olmaqla əzələdaxilinə 10-15 gün ərzində yeridilir.
Nootrop preparatlardan – nootropil kapsulalarda 400 mq dozada gündə 3 dəfə 1-1,5
ay ərzində qəbul olunur. Nootropil mübadilə və enerji proseslərinə müsbət təsir göstərir,
beyin hüceyrələrinin davamlılığını artırır.
Hormonal terapiya Qlükokortikoidlərin daxilə qəbul edilməsinə göstəriş yaxın zamanlarda əmələ gələn
və başın tüklü hissəsinin 50%-ə qədərinin zədələnməsi ilə nəzərə çarpan alopesiya
ilə əlaqədar ola bilər. Universal alopesiya zamanı qlükokortikoidlər bir qayda olaraq
səmərəsizdirlər.
Prednizolon sutkada 6-8 həftə 40 mq dozada təyin olunur ki, getdikcə onun dozası
xəstənin vəziyyətindən və xəstəliyin dinamikasından asılı olaraq tədricən azaldılır. Bəzi
müəlliflər prednizolonla müalicəni 6 aya qədər aparmağı məsləhət görürlər, lakin belə
hallarda preparatın dozası sutkada 20-30 mq təşkil edir.
Son illər uzun təsirə malik qlükokortikoid – diprospan geniş istifadə olunur. O, 1 ml
olmaqla əzələdaxilinə 1-2 həftə fasilə verməklə yeridilir. Kurs müalicəsində 3-5 inyek-
siya edilir.
Yerli müalicə Yerli olaraq müxtəlif hormonal məlhəmlər dəriyə sürtməklə və ya applikasiyalar
şəklində tətbiq olunur. Zədələnmə ocaqlarına preparatı sürtdükdə sağlam görünən dərini
1 sm-ə qədər əhatə etmək lazımdır. Hormonal məlhəmlər xəstəliyin proqres edici mər-
hələsində təyin olunur. Qlükokortikoidləri okklüziya sarğısı (polietilen plenka və ya duş
qəbul etmək üçün işlədilən birdəfələik papaq) altında bir neçə həftə ərzində axşamlar
tətbiq etmək olar. Bu metoddan əsasən total alopesiya zamanı istifadə olunur.
Ocaqların daxilinə qlükokortikoidlərin yeridilməsi geniş tətbiq edilir. İynəsiz inyek-
tor vasitəsilə hidrokortizon həftədə 1 dəfə yüksələn dozada: 0,2-0,4-0,6-0,8-1,0 ml, son-
ra isə 1 ml dozada ocaqlara yeridilir. Hər püskürtmə zamanı dəriyə 0,1 ml hidrokortizon
emulsiyası düşür. Müalicə kursu 10 prosedurdan ibarət olub 2,5 ay davam edir.
Diprospan insulin şprisi vasitəsilə zədə ocağının 2 sm2-nə 0,1 ml olmaqla 1 həftə
360
fasilə ilə yeridilir. Kurs müalicə üçün 10 inyeksiya təyin olunur. Tüklərin böyüməsi 4-6
həftədən sonra bərpa olunur. Bəzən zədələnmə ocağının özündə tüklərin adacıqlar şək-
lində böyüməsi nəzərə çarpır.