Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə249/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   245   246   247   248   249   250   251   252   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik şəkil
Ocaqlı alopesiyanın klinik əlamətləri olduqca spesifikdir: tam sağlam fonda, subyek-
tiv əlamətlər olmadan (nadir hallarda ocağın yarandığı yerdə arabir sancmalar ola bilər)
tüklərdən azad dairəvi və ya oval ocaqlar əmələ gəlir. Tüksüz sahələrdə tüklər töküldüyü 
və tük soğanaqları azaldığı üçün dəri bir qədər gərilmişdir («batmışdır»). O, fil sümüyü 
rəngində və ya bir qədər iltihablaşmışdır. Atrofiya əlamətləri yoxdur, tük follikullarının 
dəlikləri qalmışdır. Çox vaxt proses ənsə nahiyəsindən başlayır ki, bu da xəstəliyin inki-
şaf etməsində ənsə sinirinin iştirak etdiyi göstərir.
Klinik formalar 
Ocaqlı alopesiyanın əlamətləri əsasında 6 klinik forma ayırd edilir: lokal (ocaqlı), 
lentşəkilli (ofiazis), subtotal, total, universal, dırnaqların zədələnməsi ilə.
1. Lokal (ocaqlı) forma tökülmüş tüklərin məhdud, zədələnmə yerində dərinin 
praktik olaraq dəyişməməsi ilə birgə dairəvi formalı ocaqların yaranması ilə səciyyələ-
nir.
2. Lentşəkilli forma (Selsin ofiazisi) ilkin olaraq ənsə nahiyəsində yerləşən və 
sonra tədricən qulaq seyvanlarına və ya gicgaha qədər lent şəklində yayılan zədələnmə 
ocaqlarının olması ilə təzahür edir. Alopesiyanın bu forması üçün zədələnmə ocağının 
hamar dəriyə keçməsi və gedişinin proqnostik baxımdan əlverişsiz olması səciyyəvidir. 
Bəzən bir dəfə yaranmış ocaq aparılan müalicəyə baxmayaraq, sonralar olduğu kimi 
qalır - nə böyümür, nə də reqressiya etmir.
3. Subtotal forma daha kiçik ocaqların birləşməsi nəticəsində yaranan geniş zə-
dələnmə ocaqlarının olması ilə səciyyələnir.
4. Total formada başın bütün səthində, kirpiklərdə, qaşlarda, kişilərdə saqqal da 
daxil olmaqla, tüklər olmur. Klinik formalar bir-birinə transformasiya edə bilərlər və bu 
da xəstəliyin bədxassəli gedişində xüsusilə kəskin nəzərə çarpır.
5. Universal ocaqlı alopesiya zamanı insanın bütün bədən səthində tüklər olmur.
6. Dırnaqların zədələnməsi ilə gedən ocaqlı alopesiya. Ocaqlı alopesiya zamanı 
dırnaqların zədələnməsi prosesin ağırlıq dərəcəsi ilə korrellyasiya edir və nöqtəvari 
çökəklər, çarpaz cızıqlar, onixoreksis, dalğavari dırnaqlar – «qum dalğaları», qırmızı 
oyuqlar şəklində müşahidə olunur.
Gedişi
Ocaqlı alopesiyanın gedişində 3 mərhələ ayırd olunur: proqres edən, stasionar və 
reqressiya edən. Proqres edən mərhələdə ocağın kənarında tükləri yüngülcə dartdıqda 
keçəlləşmə ocağından 1,5-2 sm məsafədə – «tərpənən tüklər» zonasında onların ağrısız 
epilyasiyası baş verir. Sərhəd zonasından epilyasiya olunmuş tüklər distrofiyaya uğra-
yaraq haçalanmışlar və kökləri yoxdur. Saçın ucunun uzunluğu matrisanın distrofiyası-
nın intensivliyindən asılıdır. Matrisa nə qədər intensiv zədələnmişsə, tükün ucu (əsası) 
bir o qədər qısadır.
Stasionar mərhələdə «tərpənənən tüklər» zonası dəqiq ayırd olunmur və ya ümumiy-
yətlə aşkar edilmir.


358
Xəstəliyin reqressiya edən mərhələsində keçəlləşmə ocağında zərif tüklər (vellyus) 
inkişaf etməyə başlayır, onlar da tədricən qalınlaşır və piqmentasiyaya uğrayırlar. Bəzən 
keçəlləşmə ocağında artıq böyümüş tüklər normal tüklərdən rənginə görə fərqlənirlər və 
fərqli çalarlar alırlar (poliozis). Çox vaxt aşağıdakı klinik şəkli müşahidə olunur: zərif 
tüklərin böyüməsi nəzərə çarpır və eyni vaxtda «tərpənən tüklər» zonası təyin olunur. 
Belə hallarda xəstəliyin proqress edici mərhələsi ayırd edilir (baxmayaraq ki, tüklərin 
böyüməsi tökülməni qabaqlayır və nəticədə zədələnmə ocağı tüklərlə örtülmüş olur). 
Müalicə (xüsusilə də yerli) proqres edən mərhələyə müvafiq olaraq təyin edilir.
Ocaqlı alopesiya ilə xəstələrdə xəstəliyin proqnozunu vermək üçün tüklərin kökləri-
nin mikroskopik müayinəsi həyata keçirilir.
Mikroskopiya üçün tüklərin götürülmə qaydası:

mikroskopiyanın aparılmasından 2 həftə əvvəl tüklərə kosmetik prosedurlar 
aparılmamalıdır;

tüklər başı yuduqdan sonra 5-ci günü götürülür;

ocaqlı keçəllik zamanı tüklər ocağın kənarı boyunca və keçəlləşmə ocağının 
qarşısında yerləşmiş sahədən götürülür; diffuz keçəllləşmə zamanı tüklər alın xəttindən 
2 sm arxadan və gicgah xəttindən 2 sm yana doğru götürülür;

saçlar uzun olduqda epilyasiyadan əvvəl onları 2 sm uzunluğa qədər kəsmək 
olar;

tüklərin mikroskopiyası onların götürüldüyü gün həyata keçirilməlidir.
Tük köklərinin mikroskopiya zamanı aşkar edilə biləcək aşağıdakı formaları ayırd 
olunur: anagen tüklər, distrofik anagen tüklər, katagen və telogen tüklər.
Normal trixoqramma zamanı tüklərin 89%-i anagen fazada; 1%-i katagen fazada; 
20%-i – telogen fazada olurlar. Tüklərin sutka ərzində fizioloji tökülməsi (100-ə qədər) 
bununla izah edilir. 
Ocaqlı alopesiya zamanı distrofik anogen tüklər aşkar edilə bilər. Ocağın periferiyası 
boyunca telogen tüklərin sayı artır. Telogen köklərin aşkar olunması ləng inkişaf edən 
vəziyyətdən xəbər verir: distrofik tüklər prosesin sürətlə proqres etməsi üçün xarakte-
rikdir. Analoji dəyişikliklər dərinin qarşıdakı - klinik sağlam sahəsində də aşkar edilir.
Ocaqlı alopesiyanın səbəbi və ya təkanverici amili ola biləcək xəstəliklərin diaqnos-
tikası zamanı və differensial diaqnostikanın aparılması məqsədilə xəstələrə aşağıdakı 
müayinələrin həyata keçirilməsi tövsiyə olunur: ümumi klinik müayinələr (qanın, sidi-
yin ümumi, biokimyəvi müayinələri), qanın sifilisə görə seroloji müayinəsi (xəstələrin 
hamısında göstərişdir), İİV-ə görə qanın İFA ilə müayinəsi (xəstəliyin davamlı halların-
da), hormonların səviyyəsini təiyn etmək üçün qanın radioizotop müayinəsi (T3, T4, est-
radiol, kortizol, testesteron, prolaktin, AKTH); mikroelementlərin (sink, mis, kalium, 
natrium, dəmir, maqnezium) miqdarının təyin edilməsi; kalsiumun metabolizmi, im-
munloji müayinələr (interferonlar, interleykinlər, nekroz və şişlərin böyüməsi faktoru); 
ocaqlı alopesiyanın ağır formalarında baş beynin nüvə-maqnit-rezonans müayinəsini, 
yumurtalıqların, böyrəküstü vəzilərin USM; baş beyin damarlarının, yuxarı ətrafların 
damarlarının reovazoqrafiyası; qarın boşluğu orqanlarının ultrasəs müayinəsini aparmaq 
lazımdır.


359

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin