Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə245/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   446
DERMATOLOGİYA-dərslik 1

İmmun sistemin pozğunluqları
Rozasea ilə xəstələrdə hər 3 sinif immunqlobulinlərin: A, M, G səviyyəsinin artma-
sı aşkar edilmişdir. Lakin bu zaman immunqlobulinlərin səviyyəsi və xəstəliyin dava-
metmə müddəti və mərhələsi arasında korrelyasiya əlaqəsi nəzərə çarpmamışdır. Bazal 
membranlarda immunflüoressensiya reaksiyası vasitəsilə bəzən immunqlobulinlərin
az hallarda S3 fraksiyalı komplementin izləri aşkar edilir. Bir çox müəlliflər hüceyrə 
immunitetini öyrəndikdə «total» və «aktiv» rozetka əmələ gətirən hüceyrələrin mütləq 
sayının dürüst artmasını və T-supressorların sayının azalmasını aşkar etmişlər.
Beləliklə, rozasea polietioloji provokasiya amillərinə və müxtəlif klinik şəklə malik 
xəstəlikdir. Rozaseanın patogenezində damarların patoloji reaksiyası mühüm əhəmiyyət 
kəsb edir ki, bu da vazoaktiv peptidlərin, anticisimlərin, dövr edən immun komplekslə-
rin və digər endogen qıcıqlandırıcıların (irritantların) təsiri altında inkişaf edir.


351
Klinik şəkil
Müasir dövrdə rozaseanın gedişində 3 ardıcıl mərhələ ayırd olunur: eritematoz-tele-
angiektatik, papulo-pustulyoz, pustulyoz-düyünlü. Xəstəliyin başlanğıcı livid qan axı-
nı ilə müşahidə olunan eritema ilə səciyyələnir, onun yaranmasında çoxlu sayda qey-
ri-spesifik stimulyasiya amilləri: dərinin mexaniki qıcıqlanması, insolyasiya, temperatur 
dəyişiklikləri; isti içkilərin, istiotlu yeməklərin, alkoqolun işlədilməsi səbəb ola bilər. 
Əvvəlcə eritemanın davametmə müddəti bir neçə dəqiqədən bir neçə saata qədər çəkir, 
bədən temperaturunun artması və ya istilik hissiyyatı ilə müşayiət olunur, sonra nəzərə 
çarpmadan itir, lakin tezliklə provokasiya amilələrinin təsiri altında yenidən meydana 
çıxır. Çox vaxt burun-dodaq nahiyəsində lokalizasiyası ilə məhdudlaşır. Residivlərin və 
remissiyaların bir-birini belə əvəzləməsi sayəsində proses bir çox illər və aylar boyunca 
davam edə bilər. Sonralar hiperemiyanın yerində zəif infiltrasiya, teleangiektaziyalar 
əmələ gəlir. Eritema daha qabarıq, göyümtül çalarlı olur, çox vaxt yanaqların burunu 
əhatə edən hissəsinə, alına və çənəaltına keçir. Histoloji müayinə zamanı bu mərhələ-
də yalnız genişlənmiş qan damarları və limfa damarları üstünlük təşkil edir. Sonralar 
zədələnmiş dərinin diffuz qalınlaşması fonunda məhdud və ya qrupşəkilli iltihabi çəh-
rayı-qırmızı papulalar əmələ gəlir ki, onlar da çox vaxt zərif pulcuqlarla örtülmüş olur, 
papulalar bir neçə gün və ya həftələr boyunca persistensiya etməyə qadirdirlər. Daha 
iri elementlər burnun əsası nahiyəsində infiltrasiya etmişdir. Sonra düyünlərin əksəriy-
yəti irinləşir, steril möhtəviyyatı olan papulo-pustulalar və pustulalar əmələ gəlir. Pus-
tullaşma hüceyrə immuniteti sayəsində Demodex folliculorum-a cavab olaraq böyük 
miqdarda neytrofil qranulositlərin diffuziyası ilə bərabər formalaşır. Zədələnmə mərkə-
zi-fasial nahiyədən alının dərisinə, qulaq ətrafı nahiyələrə, boynun ön səthinə və hətta 
döş sümüyünün ön sahəsinə yayılır. Histoloji olaraq epidermisdə, əsasən piy vəzilərinin 
follikulları nahiyəsində perivaskulyar limfohistiositar infiltratlar aşkar edilir. Histoloji 
şəkildə pustulalar akşar edildikdə follikulyar nahiyənin spongiozu, follikulyar aparatın 
atrofik dəyişiklikləri, həmçinin kollagen liflərin destruksiyası müşahidə olunur. Sonralar 
xroniki proqressivləşən gedişi sayəsində patoloji proses birləşdirici toxumanın və piy 
vəzilərinin sürətlənən hiperplaziyası sayəsində iltihabi düyünlərin, infiltratların və şişə-
bənzər törəmələrin əmələ gəlməsinə və damarların davamlı şəkildə genişlənməsinə gəti-
rib çıxarır. Bu dəyişikliklər ilk növbədə burnu və yanaqları, az hallarda çənəaltı nahiyə-
ni, alnı və qulaq seyvanlarını əhatə edir və kəskin eybəcər şəkil yaradır. Bəzi müəlliflər 
xəstəliyin bu mərhələsini sərbəst forma - rinofima kimi nəzərdən keçirirlər. Rinofima 
praktik olaraq yalnız kişilərdə rast gəlir. Burnun forması assimmetrik olur, durğun-gö-
yümtül eritemanın fonunda çoxlu sayda iri teleangiektaziyalar meydana gəlir. Piy vəzilə-
rinin funksional aktivliyi kəskin surətdə artır. Follikulların girəcəyinə təsir etdikdə ağım-
tıl pastayabənzər ifrazat xaric olur. Analoji dəyişikliklər digər lokalizasiyalarda da rast 
gəlir: çənəaltı nahiyədə dərinin qalınlaşması – qnatofima, qaşarası nahiyədə və alında 
yastıqşəkilli qalınlaşmalar – metafima, qulaq sırğalığında törəmələr – otofima, həmçinin 
piy vəzilərinin hiperplaziyası nəticəsində göz qapaqlarının qalınlaşması – blefarofima 
əmələ gəlir. Rinofima rozaseanın ən ağır forması sayılır və xəstələrin heç də hamısında 
inkişaf etmir. Bu, aparılan patomorfoloji müayinlərdə təsdiq edilir. (E.İ.Rıjkova, 1976)
Bəzi tədqiqatçılar rozaseanın 3 ağırlıq dərəcəsini ayırd edirlər ki, bunlar adətən xəstə-
liyin inkişaf mərhələlərinə uyğun gəlir.


352
Rozasea I. Persistensiya edən eritemalar və teleangiektaziyalar. Xəstəlik inkişaf et-
dikdə eritema bir neçə saatdan bir neçə günə qədər qalır (durğunluq eriteması). Bu za-
man əlavə olaraq teleangiektaziyalar əmələ gəlir ki, onlar da əsasən burun-dodaq və 
yanaq nahiyələrində yerləşir və kosmetik baxımdan xəstəyə narahatlıq yarada bilirlər.
Rozasea II. Papulalar, papulopustulalar və pustulalar. Üzün mərkəzi hissəsində çox 
vaxt məhdud və ya qrupşəkilli yarımdairəvi, iltihabi, hiperemiyalı papulalar (xırda löv-
həcikli qabıqlanma ilə birgə) rast gəlir və onlar da bir neçə gün və ya həftə ərzində müşa-
hidə olunurlar. Həmçinin papulopustulalar, pustulalar və yüngül ödem ola bilər. Pustula-
ların normal bakterial florası vardır və ya sterildirlər. Komedonlar inkişaf etmir. İltihabi 
səpgilərin sağalmasından sonra çapıqlar qalmır. Sonralar rozasea təkcə üzün mərkəzi 
hissəsini deyil, həm də başın tüklü hissəsinin sərhəddində alın nahiyəsini, boynun yan 
sahələrini, retroaurikulyar regionu və döş sümüyünün ön sahəsini əhatə edə bilir. Bu 
zonalarda dəriyə qan axının güclənməsi müşahidə olunur və o, qalınlaşır. 
Rozasea III. İltihabi düyünlər və lövhəciklər. Proses inkişaf etdikcə get-gedə rozasea
böyük əraziləri əhatə edən iltihabi düyünlərlə, həmçinin iltihablaşma və diffuz toxuma 
hiperplaziyasına meylliliyi, yəni qabarıqların və ya fimlərin əmələ gəlməsi ilə müşayiət 
edilə bilər. Bu, xüsusilə yanaqlar və buruna (rinofima), az hallarda çənəaltı nahiyəyə 
(qnatofima), alına (metafima) və ya qulaqlara (otofima) aiddir. İri məsamələri olan dəri 
iltihablaşaraq qalınlaşmış, şişkindir («portağal dərisi»), bu zaman iltihabi infiltratların 
artması,birləşdirici toxumanın böyüməsi, piy vəzilərinin hiperplaziyası, dərinin qalınlı-
ğının və iltihab sahələrinin artması nəzərə çarpır. Çeçələ barmaq böyüklüyündə qalın-
laşmalar əmələ gəlir. Bunun sayəsində rinofima inkişaf edə bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin