349
rozasea ilə əlaqədar təklif olunan pəhrizlərdə qidadan eritemanı provokasiya edən məh-
sulları, məsələn, alkoqol, isti içkilər, istiotlu yeməklər və sitrus meyvələrini çıxarmaq
lazımdır.
Rozaseanın ən çox rast gələn səbəblərindən biri – Demodex folliculorum cinsli
gənələrinin olmasıdır. Histoloji müayinə zamanı müxtəlif infiltratlarda gənələrin aş-
kar edilməsi, həmçinin rozasea zamanı akarisid preparatların (heksaxlorosikloheksan,
krotamiton, benzil-benzoat), metronidazol və kükürdün effektivliyi bu fikri təsdiq edir.
Bununla belə, rozaseanın səpgi elementlərinin lokalizasiyası əsasən follikulyar aparatla
bağlı deyildir, Demodex folliculorum heç də bütün xəstələrin hamısında aşkar edilmir.
Demodex folliculorum dərinin mikroflorasının fizioloji nümayəndəsidir, follikulların
onunla məskunlaşması yaş artdıqca xeyli yüksəlir. Rozasea zamanı kükürdün xaricə
işlədilməsi heç də gənənin sürfələrinin histopatoloji reduksiyasına deyil, yalnız klinikı
yaxşılaşmasına səbəb olur. Müəlliflərin əksəriyyəti rozaseanın ekstrafasial formasının
yaranmasında Demodex folliculorum gənələrinin rolunu qeyd edirlər. Bəzi xəstələrdə
hətta demodeksə qarşı spesifik anticisimlər aşkar edilir.
İrsi amillər
Hələlik rozaseanın irsi meylliyini sübut edən heç bir fakt yoxdur, halbuki bəzən ailə-
də bir neçə üzvün xəstələnməsi halları qeyd olunur. Dərinin rəngindən və ailə anamne-
zindən başqa, bəzi insanların milli mənsubiyyəti rozaseanın yaranmasında risk amili
kimi qəbul oluna bilər.
Dostları ilə paylaş: