344
hüceyrələrinin hiperproliferasiyası nəticəsində piy vəzilərində buynuz-piy kütlələrinin
durğunluğu ilə əlaqədardır. Açıq komedonların qara-qəhvəyi rəngi oksigenin təsiri al-
tında dəri piyindəki yağların oksidləşməsi nəticəsində əmələ gəlir.
Miliumlar (mikrokomedonlar) – sancaq başı və ya darı dənəsi böyüklüyündə tək-tək,
az hallarda çoxsaylı, xırda, ağımtıl, süd-ağımtıl və ya ağımtıl-sarı rəngli yarımşarşəkilli
düyüncüklərdir. Onlar follikulların girişində və ya piy vəzilərinin axacaqlarında piyin
toplanması nəticəsində əmələ gəlir. Birincili və ikincili miliumlar (ağ civzələr) ayırd
olunur. Birincili milium südəmər körpələrdə hormonal kriz dövründə üzün dərisində
(alın, yanaqlar, burun, burun-dodaq büküşləri) və pubertat dövrdə müşahidə olunur.
İkincili miliumlar distrofik, hiperplastik və polidisplastik irsi bullyoz epidermoliz zama-
nı çapıqlarda əmələ gəlir.
Dostları ilə paylaş: