Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə236/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   232   233   234   235   236   237   238   239   ...   446
DERMATOLOGİYA-dərslik 1

Differensial diaqnoz
Xəstəliyin başlanğıcında onu vulqar pemfiqusdan, qırmızı eroziv dəmrovdan, Bex-
çet xəstəliyindən və xronik qırmızı qurdeşənəyindən fərqləndirmək lazımdır. Sitoloji, 
histoloji və immunloji müayinələr həlledici rol oynayır. Çapıqlaşan sinexiyalarla birgə 
göz simptomatikası əmələ gəldikdə diaqnozu qoymaq asandır. Prosesə dəri qoşulduqda 
xəstəliyi bullyoz epidermolizlə diferensiasiya etmək çətinlik törədir ki, bunu da yalnız 
elektron mikroskopiyası ilə həyata keçirmək mümkündür.
Müalicə
Qlükokortikoidlərlə və immunsupressiv preparatlarla kombinə olunmuş terapiya 
(azatioprin və ya siklofosfamid) konyunktivaların və selikli qişaların xronik dəyişiklik-
lərində deyil, yalnız generalizə olunmuş bullyoz səpgilər zamanı effektivdir. Müalicənin 
dapson ilə hər gün 50-200 mq dozada, izotretinoin (roakkutan), asitretin (neotiqazon) və 
ya siklofosfamid (endoksan) ilə aparılması tövsiyə edilir. Həmçinin siklosporin A (san-
dimmun) peroral (1 kq bədən çəkisinə hər gün 2,5-5,0 mq) və ya cərrahi müdaxilələrə 
(o, çox vaxt çapıqlaşmanın gecikmiş mərhələlərində həyata keçirilir) əlavə olaraq yerli 
tətbiq edilə bilər.
Gözlərin zədələnməsini oftalmoloq müalicə etməlidir. Qlükokortikoid suspenziyala-
rının ocaqdaxili inyeksiyalarının yeridilməsinə, həmçinin kontakt linzaların işlədilmə-
sinə icazə verilir. Ağız boşluğunun selikli qişasında dəyişikliklər olduqda simptomatik 
terapiyanın aparılmasına (subkutin, dineksan, xerviros, kamillosan, kavosan), həmçinin 
yerli olaraq qlükokortikoidlərin (Volon A məlhəmi, dontizolon, bəzən triamisinolonun 
kristallik suspenziyasının püskürdülməsi – Volon A 1:4 nisbətində mepivakain məhlu-
lunda) işlədilməsinə göstəriş vardır. Trizm inkişaf etdikdə – ağız boşluğunun selikli qi-
şasının çapıqlaşan ekssiziyaları və normal dərinin transplantasiyası həyata keçirilir, bu 
zaman xəstəlik müvafiq sahədə sönür. Bu, dəridəki məhdud ocaqlara da aiddir. 


342

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin