338
edən anticisimlərin (pemfiqoid əkscisimlərin) olmasını təsdiq edir ki, onlar da in vivo
birləşmiş pemfiqoid anticisimləri kimi çoxqatlı epitelinin bazal-membran zonası ilə bir-
ləşir və immunflüoressensiyanın xətti şəklini yaradır. Qeyri-düz immunflüoressensiya
üçün uyğun gələn susbtratlar - meymunların yemək borusu və ya xörək duzunda pre-
parat halına salınmış normal insan dərisi götürülür ki, orada xörək duzunun birmolyarlı
məhlulunda erkən inkubasiya vasitəsilə çatın yaranması (Lamina lucida-da) induksiya
olunmuşdur; burada IgG yerləşir presipitatlar – çox vaxt dərinin epidermal tərəfində
lokalizasiya edir. Qan zərdabında dövr edən pemfiqoid anticisimləri əsas etibarilə IgG
sinfinə, təqrbən 25%-i IgA sinfinə aiddir. Anticisimlərin titri və xəstəliyin fəalaşması
arasında ciddi korrelyasiya əlaqəsi yoxdur.
Dostları ilə paylaş: