340
məhdudlaşmasına gətirib çıxarır, zədə yumşaq damaqda, badamcıqların qövslərində və
yanaqların selikli qişasında yerləşdikdə isə qida qəbulunun məhdudlaşması ilə bərabər
mukozogen trizmi əmələ gələ bilər.
Digər selikli qişalarda, məsələn, vulvada həmçinin oxşar çapıqvari adheziyalar, si-
nexiyalar və ya stenozlar yarana bilər.
Gözlərdən və
selikli qişadan fərqli olaraq, dəridəki dəyişikliklər xəstələrin yalnız
25%-də rast gəlir və yüngül keçir. Bir və ya bir neçə yerdə eritematoz əsaslı
residivləşən
və çox vaxt möhkəm divarlı hemorragik qovuqlar əmələ gələrək atrofik, əsasən hiper-
piqmentasiyalı çapıqların yaranması ilə sağalır. Başın tüklü hisəsində yerləşdikdə Bro-
kun psevdopeladası tipi üzrə çapıqlaşan alopesiya inkişaf edir. Çox nadir hallarda bul-
lyoz
pemfiqoiddə olduğu kimi, qovuqların disseminasiyalı təkanvari səpgiləri yaranır.
Xəstəlik çox vaxt dalğavari gedişə malik olub bir neçə il ərzində ümumi vəziyyətə
təsir etmədən davam edir. Xəstəlik nə qədər sürətlə inkişaf edərsə, proqnoz o qədər pis-
dir. Qida qəbulunda çətinliyin yaranması ilə əlaqədar distrofiya və kaxeksiya inkişaf edə
bilər. Xəstələrin 30-60%-də korluq baş verir. Çox nadir hallarda selikli qişada əmələ
gələn çapıqvari dəyişikliklərdə karsinoma inkişaf edir.
Dostları ilə paylaş: