Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə241/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   ...   446
DERMATOLOGİYA-dərslik 1

Sistem terapiya
Aknenin sistem terapiyası (çox vaxt yerli terapiya ilə birlikdə) orta və ağır dərəcəli 
aknoz xəstələrin müalicəsi zamanı, xüsusilə çapıqların əmələ gəlməsi, disxromiya və ya 
güclü psixososioji pozğunluq hallarında göstərişdir. Sistem terapiya xəstələr tərəfindən 
yerli müalicə yaxşı qarşılanmadıqda və səmərəsiz olduqda həyata keçirilə bilər.
Orta və ağır dərəcəli akne zamanı peroral tetrasiklinlər sistem antibiotik terapiyasının 
seçim preparatı sayılırlar. Bir qayda olaraq, tetrasiklin hidroxlorid gündə 1,0 q olmaqla 
bir neçə ay ərzində təyin edilir. Doza yalnız nəzərə çarpan klinik yaxşılaşmadan sonra 
azaldılır. Optimal rezorbsiyaya nail olmaq üçün preparat yeməkdən 30 dəqiqə əvvəl 
qəbul edilir. Alternativ olaraq doksisiklin gündə 50-200 mq təyin edilə bilər. Minosikli-
nin gündə 100 mq dozada təyin edilməsi daha əlverişli (əlavə təsirləri az olduğu üçün) 
sayılır. Eritromitsin gündə 1,0 q dozada tətbiq edilə bilər, bu zaman nazik bağırsaqda 
həll oluna bilən dərman formalarına üstünlük verilməlidir. Klindamitsin çox səmərəlidir, 
lakin uzunmüddətli terapiya zamanı bəzi qüsurları əmələ gəlib – enterokolitə səbəb ola 
bilər. Sistem antibiotikləri yerli preparatlarla, xüsusilə tretinoin, azelain turşusu və ben-
zoilperoksidlə birlikdə yaxşı təsir edir. 
Qadınlarda akne zamanı antibiotik terapiyasına alternativ vasitə antiandrogen tə-
sirə malik preparatlardan istifadə etməklə aparılır. Antiandrogen preparatların əsas tə-
sir mexanizmi qanda dövr edən aktiv androgenlərin azalması və androgen-reseptor 
kompleksinin yaranmasının qarşısının alınması ilə izah edilir. Həqiqi androgenlərə hə-
dəf-orqanlarda androgenlərin reseptorlarının əvəz olunması yolu ilə androgen reseptor-
ları blokada edən preparatlar aiddir. Bu qeyri-steroid antiandrogenlərin əsas nümayən-
dələrinə spironolakton (veroşpiron) və flutamid daxildir. 
Androgen reseptorların blokatorlarına siproteron asetat (SPA) aiddir. SPA güclü təsir 
edən oral hestagendir. O, ovulyasiyanı tormozlayır və androgenlərin reseptorlarını blo-
kada edir, qonadotrop hormonların sekresiyasını dəf edir. SPA monopreparat şəklində 
«Androkur-10» və «Androkur-50» adı altında buraxılır. Çox vaxt SPA hiperandroge-
niyanın yumurtalıq formasında peroral kontraseptivlər şəklində etinilestradiolun (EE)
kombinasiyası ilə birgə tətbiq olunur. «Diane-35» preparatı daha çox məlum kombinə 
olunmuş hormonal kontraseptiv sayılır, onun tərkibində 35 mq EE və 250 mq SPA 
vardır. Lakin bu preparatın daxilində kifayət qədər yüksək dozalarda esterogenlər və 
hestagen komponentləri vardır ki, bu da əlavə təsirlərin baş verməsi riskini artırır. Bun-
dan başqa, bu dozaların tətbiqi androgenizasiyanın kəskin laborator göstəricilərində və 
klinik əlamətlərində işlədilir. 
«Janin» antiandrogen təsirə malik və tərkibində hestagen qismində dienoqest olan 
daha bir yeni oral kontraseptiv preparatdır. Dienogest progesteronun və norsteroidlərin 
xüsusiyyətlərinə malikdir, kəskin hestagen effekti və antiandrogen təsiri vardır (SPA-nın 
40%-i qədər).
Kombinə olunmuş oral kontraseptivlər arasında tərkibində yeni nəsil hestagenlərin
və aşağı miqdarda estrogen komponentləri olan preparatların istifadə edilməsi optimal 


348
variant sayılır. Belə preparatlara «Novinet» və «Requlon» aiddir. Onların tərkibində hes-
tagen qismində 150 mkq dozalanmada dezoqestrel, estrogen qismində - müvafiq olaraq 
20 mkq və 30 mkq dozalanmada estrogen- etinilestradiol vardır.
Orta və ağır formalı aknenin müalicəsində ən effektiv preparat izotretinoin (roak-
kutan) sayılır, onu sistem şəkildə sutkada 1 kq bədən çəkisinə 0,5 mq dozada tətbiq et-
dikdə xəstələrin əksəriyyətində uzunmüddətli remissiyalar və ya sağalmaya səbəb olur. 
Lakin preparatın bir sıra əlavə təsirləri vardır ki, təyin edildikdə nəzərə almaq lazımdır. 
İzotretinoin (roakkutan) birbaşa sebositlərin proliferasiyasına və diferensiasiyasına təsir 
göstərir ki, nəticədə kəskin sebosupressiya inkişaf edir. Sebosupressiya dozadan asılıdır, 
sutkada 1 kq bədən çəkisinə 0,1 mq dozada 10-12 həftədən sonra, 1 kq bədən çəkisinə 
1 mq dozada isə 4 həftədən sonra başlanır. Kifayət qədər yüksək ümumi dozada orta 
müalicə müddəti ərzində (6 aydan 1 ilə qədər) remissiyalar sabit qalır. Əlavə təsirlər 
aknenin ağır dərəcələrinin müalicəsi zamanı sistem retinoidlərin ehtiyatla işlədilməsini 
tələb edir. Belə ki, gənc qadınlarda retinoidlərin teratogenliyini həmişə yadda saxlamaq 
və izotretinoinlə müalicə zamanı peroral kontraseptiv preparatları tətbiq etmək lazımdır. 
ROZASEA
Rozasea (çəhrayı sızanaqlar) – üzün dərisinin naməlum etiologiyalı xronik xəstəli-
yi olub proqredient gedişli, tez-tez qızartının olması, persistensiya edən eritema, tele-
anqiektaziyalarla, iltihabi hallarla, papula, pustula və bəzən düyünlərin yaranması ilə 
səciyyələnir. Daha ağır hallarda bir neçə il keçdikdən sonra insanı eybəcərləşdirən hi-
pertrofiya, xüsusilə də burun nahiyəsində – rinofima inkişaf edə bilər. Xəstəlik 30-40 
yaşlar arasında başlanır və ən yüksək zirvəsinə 40-50 yaş arasında çatır. Çox vaxt qadın-
lar xəstələnirlər, lakin birləşdirici toxumanın və piy vəzilərinin hiperplaziyası (əsasən, 
rinofimanın yaranmasına səbəb olur) yalnız kişilərdə müşahidə edilir. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin