Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə246/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   242   243   244   245   246   247   248   249   ...   446
DERMATOLOGİYA-dərslik 1

Klinik formalar 
Rozaseanın bir neçə xüsusi klinik formaları ayırd olunur. Steroidprovokasiya olunan 
(steroid) rozasea bu və ya digər dermatozla əlaqədar uzun müddət kortikosteroid məl-
həmlər (xüsusilə flüorlaşmış) qəbul edən xəstələrdə inkişaf edir. Nəticədə yüngül subat-
rofiya və geniş tünd-qırmızı eritemalı «steroid dəri» fenomeni inkişaf edərək səthində 
teleangiektaziyalar və papulopustulyoz elementlər yerləşmişdir. Yerli kortikosteroidlərin 
qəbulunu dayandırdıqdan sonra, bir qayda olaraq, proses müvəqqəti kəskinləşir.
Lyupoid və ya qranulematoz rozasea zamanı əsasən periorbital və perioral lokaliza-
siyalı eritema fonunda disseminasiyalı qonuru-qırmızı rəngli papulalar və ya kiçik dü-
yünlər sıx yerləşmişdir, diaskopiya zamanı bəzən sarı-qonuru rəngli ləkələr aşkar edilir. 
Papulalar bir-birinə sıxlaşaraq nahamar, qabarıqlı səthlər yaradır.
Konqlobat rozasea (rozasea conglobata) artıq mövcud olan rozaseanın yerində in-
kişaf edir və iri şarşəkilli absesləşən düyünlərin və induksiyalı fistulların yaranması ilə 
səciyyələnir. Belə aqqravasiya çox vaxt tərkibinə halogenlər (yod, brom) daxil olan 
preparatların qəbulundan sonra baş verir.
Sürətli və ya ildırımvari rozasea (rozasea fulminans) praktik olaraq yalnız gənc qa-
dınlarda müşahidə olunur və konqlobat rozaseanın ən ağır variantıdır. Xəstəlik kəskin 
başlayır, səpgilər yalnız üz nahiyəsində yerləşir, seboreya əlamətləri qeyd olunmur. Ro-
zaseanın ildırılmvari formasının yaranması səbəbləri məlum deyildir. Psixoemosional 
amillərin, hormonal pozğunluqların, hamiləliyin təsir etməsi güman edilir. İldırımvari 
rozasea qəflətən başlayır. Xəstənin ümumi vəziyyəti o qədər də dəyişmir. Səpgilərin ən 


353
çox yerləşdiyi yer – alın, yanaqlar, çənəaltıdır nahiyələrdir. Göyümtül-qırmızı rəngli 
kəskin nəzərə çarpan şişkinlik və eritema, papulalar və pustulalar, yarımşarşəkilli və şar-
şəkilli düyünlər əmələ gəlir. İltihabi düyünlər tezliklə birləşir və böyük konqlomeratlara 
çevrilirlər, flyuktuasiya əmələ gəlir, sinuslar və fistullar meydana çıxır. 
Qramneqativ rozasea çoxlu sayda follikulitlərin yaranması ilə xarakterikdir. Pustula-
ların möhtəviyyatı müayinə olunduqda qrammənfi bakteriyalar aşkar edilir. Qramneqa-
tiv follikulitlər rozaseanın uzun müddət antibiotiklərlə, əsas etibarı ilə tetrasiklin qrupu 
preparatları ilə səmərəsiz aparılan terapiyanın fonunda əmələ gəlir.
Rozasea-limfoedema (üzün ağır persistensiya edən ödemi, üzün xronik persistensiya 
edən eriteması və şişkinliyi, Morbinan xəstəliyi) – rozaseanın nadir rast gələn forması-
dır. Xəstəlik üzün orta 1/3 hissəsinin zədələnməsi ilə bərabər mərkəzi-fasial istiqamətdə 
təzahür edir. Xəstəlik zamanı rozasea üçün səciyyəvi olan morfoloji elementlərin fonun-
da alında, çənəaltında, göz qapaqlarında, burunda və yanaqlarda barmaqla təsir etdikdə 
çökəklik qalmayan davamlı şişkinlik müşahidə olunur. Söhbət yalnız ödemdən deyil, 
birləşdirici toxumanın artmasından və onu müşayiət edən fibrozdan gedir ki, onlar xro-
niki iltihabın və limfostazın fonunda meydana çıxırlar. Bənövşəyi çalarlı tünd-qırmızı 
rəngli kəskin ödemin əmələ gəlməsi və onun indurasiyaya keçməsi səciyyəvi hal sayılır. 
Xəstəlik əvvəldə xronik residivləşən, sonra persistesiya edən gedişə malikdir. Xəstəli-
yin subyektiv simptomları aşkar edilməmişdir, lakin kosmetik olaraq üzün cizgilərinin 
kobudlaşması aydın nəzərə çarpır. Histopatoloji müayinədə fibroz, limfa damarlarının 
genişlənməsi ilə bərabər şişkinlik, həmçinin perivaskulyar və perifollikulyar histiositar 
infiltrat aşkar edilir. Tosqun hüceyrələrin sayının artması xarakterikdir. Çox güman ki, 
limfa damarlarının obstruksiyası ilə birgə meydana çıxan xroniki iltihabi reaksiyalar, 
mikrosirkulyasiyanın pozğunluqları və tosqun hüceyrələr tərəfindən induksiya olunan 
fibroz dəyişikliklər patogenetik əhəmiyyət kəsb edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin