OCAQLI ALOPESİYA Alopesiya (keçəllik) - tüklərin patoloji tökülməsidir. Çapıqlı və çapıqsız alopesi-
ya ayırd olunur. Çapıqlı alopesiya dərinin iltihablaşması, atrofiyası və ya çapıqlaşması
nəticəsində tük follikullarının dağılması ilə nəticələnir. Çapıqsız alopesiya əvvəllər də-
rinin zədələnmələri olmadan da inkişaf edir. Çapıqsız alopesiyaya ocaqlı alopesiyanı
(alopecia areata), androgenetik alopesiyanı (alopecia androgenetica), diffuz alopesiyanı
(alopecia diffusa) aid edirlər.
Ocaqlı alopesiya (ocaqlı dazlıq, alopecia areata, dairəşəkili keçəllik) xronik derma-
toz olub tük follikullarına müxtəlif təsirlər nəticəsində tüklərin patoloji tökülməsi ilə
səciyyələnir və klinik olaraq başın tüklü hissəsində, saqqal nahiyəsində, qaşlarda, kir-
piklərdə və bədəndə tüklərin tamamilə olmaması ilə nəzərə çarpan ocaqların yaranması
ilə təzahür edir.
Etiologiya və patogenez Ocaqlı alopesiyanın etiologiyası dəqiq öyrənilməmişdir. Endogen və ya ekzogen tə-
sirlərə qarşı irsi determinasiya şəraitində tük follikullarının keratinositlərinin anomal re-
aksiyasının yaranması güman edilir. Ocaqlı alopesiya zamanı dırnaqların böyüməsinin
pozulması və histoloji müayinələrdə sağlam görünən dəridə aşkar edilən dəyişikliklər
alopesiyanın yalnız tük follikullarının məhdud xəstəliyi olmadığını təsdiq edir.
Son illər əksər müəlliflər hesab edirlər ki, immun sistem alopesiyanın inkişafında mü-
hüm rol oynayır. Ocaqlı alopesiya ilə xəstələrdə neytrofil leykositlərdə bəzi lizosomal
fermentlərin fəallığının azalması, IgG səviyyəsinin artması və IgE-nin azalması müşa-
hidə olunur. Hüceyrə immunitetinin göstəricilərində T-l, T-x, T-s subpopulyasiyalarının
azalması və immuntənzimləyici əmsalın artması şəklində dəyişikliklər aşkar edilmişdir.
Psixi stress faktoru ocaqlı alopesiyanın inkişafında və gedişində mühüm rol oynayır
və xəstələrin 87%-də tüklərin tökülməsinə səbəb ola bilər. Ocaqlı alopesiyanın etio-
logiyasında sink çatışmamazlığı, sinir sisteminin fəaliyyətinin pozulması, mədə-bağır-
saq yolunun pozğunluqları, bakterial agentlərə qarşı yüksək həssaslıq, mikrosirkulyator
axındakı pozğunluqların rolu ola bilər.
Ocaqlı alopesiyanın 6 tipi ayırd olunur: adi, prehipertenziv, atopik, autoimmun, ye-
niyetməlik və qarışıq.
Adi tip 20 yaşdan 40 yaş arasında başlaması ilə səciyyələnir.
Prehipertenziv tip - gənc şəxslərdə meydana çıxır ki, onlarda sonralar hipertoniya in-
kişaf edir. Bəzən pasiyentlərin valideynlərin sözünə görə, onlar erkən təzahür edən ağır
formalı hipertoniyadan əziyyət çəkirlər.
Atopik tip - ocaqlı alopesiyanın atopik dermatitlə, bronxial astma və digər atopik
vəziyyətlərlə birgə gedişi zamanı rast gəlir. Alopesiyanın belə formaları müalicəyə çətin
tabe olurlar (xüsusilə də əgər alopesiya cinsi yetkinlik dövrünə qədər baş vermişdirsə),
çox vaxt belə xəstələrdə total və universal alopesiya inkişaf edir.
Autoimmun tip – ocaqlı alopesiyanın autoimmun xəstəliklərlə birgə gedişi ilə səciy-
yələnir (Xaşimoto tireoditi, vitiliqo, I tip autoimmun poliqlandulyar sindromu, hipo-
paratireoz, birincili böyrəküstü çatmamazlıq, xronik generalizə olunmuş qranulematoz
kandidoz, miasteniya).
Qarışıq tip – çox vaxt yaşlı şəxslərdə (40 yaşdan yuxarı) müşahidə olunur, torpid ge-
357
dişi ilə subtotal və total formaların inkişaf tezliyinin aşağı olması ilə səciyyələnir.