354
Papulopustulyoz rozasea ilə xəstələri müalicə etdikdə tərkibində azelain turşusu olan
20%-li krem işlədilir. Azelain turşusu dərinin lipidlərində sərbəst yağ turşularını azaldır
və piy vəzilərinin axacaqlarında keratinləşmə proseslərini normallaşdırır.
Rozasea zamanı 0,025%-li krem şəklində tretinoin və 0,2%-li izotretinoin kreminin
effektiv tətbiq olunması haqqında məlumatlar vardır. Tretinoinin uzun müddət (32 həftə)
yerli tətbiq olunması effektivliyinə görə izotretinoinin 16 həftə ərzində peroral qəbulun-
dan heç də geri qalmır. Rozaseanın yerli terapiyasında kortikosteroidlərin (xüsusilə də
flüorlaşmış) yerli tətbiq edilməsi məsləhət görülmür.
Ümumi terapiya
Ümumi terapiya rozaseanın ağırlaşmış formalarında tətbiq olunur. Ən çox işlədilən
preparatlar – antibiotiklər, metronidazol, sintetik retinoidlərdir. Tetrasiklin sırası antibi-
otikləri aknenin terapiyasında ən effektiv antibakterial preparatlar olaraq qalırlar. Tetra-
siklinlərin müsbət təsiri onların piy vəzilərində toplanması, iltihabi toxumaların sahəsinə
seçici nüfuz etməsi, korinebakteriyaların lipazasının təsirini dəf etməsi xüsusiyyəti ilə
izah olunur ki, bu da dəri piyində perifollikulyar iltihabın yaranmasına səbəb olan sər-
bəst yağ turşularının miqdarını azaldır. Tetrasiklinin və oksitetrasiklinin başlanğıc dozası
bədən çəkisindən asılı olaraq sutkada 1000-1500 mq təşkil edir və 3-4
dəfəyə qəbul
edilir. Klinik yaxşılaşma zamanı doza tədricən saxlayıcı. təminedici dozaya – sutkada
250-500 mq-ə qədər azaldılır. Doksisiklinin başlanğıc dozası sutkada 200 mq, saxlayıcı,
təminedici dozası – 100 mq, minosiklinin – müvafiq olaraq 100 və 50 mq təşkil edir.
Tetrasiklinlərlə müalicə müddəti 12 həftə davam edir ki, bu da əlavə təsirlərin yaranması
riskini artırır. Mədə-bağırsaq yolunun fəaliyyətinin pozulması, allergik reaksiyalar, fo-
tosensibilizasiyasının yaranması və s. mümkündür. Rozaseanın müalicəsində həmçinin
makrolidlər qrupundan olan antibiotiklər də tətbiq edilir – eritromitsin (sutkada 500-
1500 mq), roksitromitsin (sutkada 150 mq 2 dəfə), klaritromitsin (sutkada 150 mq 2
dəfə).
Metronidazol nitroimidazolun törəməsi sayılır, mədənin və bağırsağın müdafiə və
regenerasiya funksiyalarını gücləndirir, kəskin ödeməleyhinə təsir göstərir. Metronida-
zol qrammənfi anaerob çöplərə münasibətdə bakteriostatik effekt, həmçinin Demodex
folliculorum-a qarşı parazitəleyhinə təsir göstərir. Metronidazol insanın dərisində olan
palmitolien turşusu ilə sinergizmdə neytrofillərin funksional aktivliyini ləngidir və bu-
nunla iltihab meldiatorlarının ifrazını azaldır. Preparatın sutkalıq dozası 1,0-1,5 q təşkil
edir; müalicənin davametmə müddəti – 4-6 həftədən 8 həftəyə qədər uzanır. Bəzi müəllif-
lər hesab edirlər ki, kəskin demodikoz zamanı metronidazolun peroral təyin olunmasına
göstəriş vardır, bu zaman müalicənin davametmə müddəti 10 gün təşkil etməlidir.
Ornidazol – yeni imidazol preparatı olub (tiberal adı ilə qeydə alınmışdır)
yüksək te-
rapevtik effektivliyə malikdir və bakterial-parazitar floranın tiberala qarşı həssaslığının
olmaması ilə səciyyələnir. Tiberal preparatı rozaseanın papulyoz və papulo-pustulyoz
formaları ilə xəstələrə 0,5 q sutkalıq dozada (gündə 2 dəfə 1/2 həb) 10 gün ərzində
tövsiyə olunur.
Retinoidlər – rozaseanın ağır formalarının - rozacea conglobata və rozacea fulmi-
nans müalicəsində işlədilir. İzotretinoin (13-sis-retinoy turşusu, roakkutan) – sintetik re-
tinoid olub həmçinin aknenin ağır formalarının müalicəsində geniş işlədilir. Preparatın
355
terapevtik effektivliyi epidermisin və piy vəzilərinin hüceyrələrinin diferensiasiya və
keratinləşmə proseslərinə təsiri ilə əlaqədardır, bu isə kəskin sebostatik təsirin yaranması
ilə şərtlənir. İzotretinoin iltihab mediatorlarının – B leykotrienlərin ingibisiyası sayə-
sində iltihabəleyhinə və immunmodulyasiya edici təsir göstərir. İzotretinoinin sutkalıq
dozası 1 kq bədən çəkisinə 0,2-1,0 mq təşkil edir. Xüsusilə ağır hallarda sutkada 1 kq
bədən çəkisinə 2 mq təyin olunması məsləhət görülür. Rozaseanın orta gedişində gündə
yalnız 2,5-5 mq (bədən çəkisindən asılı olmayaraq) təyin edilməsi klinik remissiyaya
gətirib çıxarır. İzotretinoinlə müalicənin müddəti 4-6 ay təşkil edir. Yaxşılaşma adətən
terapiyanın başlanmasından 1 ay sonra baş verir və preparatın qəbulu dayandırıldıqdan
sonra da davam edir. Lazım gəldikdə izotretinoinin təkrar kursu əvvəlki kurs qurtardıq-
dan minimum 8 həftə sonra aparılır. Qadınları müalicə etdikdə izotretinoinin anti-
androgen preparatlarla - siproteronasetat (androkur) və etinilestradiolla kombinasiyası
mümkündür.
Qlükokortikoidlər ildırımvari rozasea (pyoderma faciale) zamanı izotretinoinlə birgə
kombinasiyada tətbiq olunur. Rozaseanın ildımvari formasının səmərəli müalicə sxemi
işlənib hazılanmışdır: prednizolon - 1 kq bədən çəkisinə 1 mq dozada 5-7 gün ərzin-
də, sonradan dozanı azaltmaqla və 10-14-cü günü qəbulu dayandırmaqla; izotretinoin
- perdnizolunun qəbul edilməsinin 7-ci günündən başlayaraq 1 kq bədən çəkisinə 0,2-
0,5-1,0 mq dozada 2-4 ay ərzində təyin olunur. Müalicənin 1-ci həftəsində 4-cü qrup
kortikosteroidlərin kremlərinin gündə 1-2 dəfə qəbul
edilməsi, sonralar isə infiltratların sorulması məqsə-
dilə isti kompresslərin qoyulması məqsədəuyğundur.
Rozaseanın eritematoz və papulyoz formasının eq-
lonil preparatı ilə (0,05-0,1 q dozada 1-2 ay ərzində,
ildə 2-3 sikl) patogenetik müalicəsi aparılaraq əsasən
astenik və
astenodepressiv vəziyyətlərdə, həmçinin
neyrogen mənşəli somatik pozğunluqlar zamanı tətbiq
olunur.
Fizioterapevtik metodlar. Krioterapiya (maye
azotun applikasiyası) günaşırı
və ya hər gün dərin
qabıqverməyə qədər aparılır. Metod xəstəliyin mər-
hələsindən asılı olmayaraq tətbiq edilir. Krioterapiya
iltihabəleyhinə, damardaraldıcı,
antidemodikoz təsir
göstərir. Elektrokoaqulyasiya teleangiektaziyaların, papulyoz və papulopustulyoz ele-
mentlərin dağıdılması məqsədilə aparılır. Prosedurların sayı – prosesin mərhələsindən
və yayılması intensivliyindən asılı olaraq 20-100 dəfə yerinə yetirilir. Rozaseanın erite-
matoz və məhdud papulyoz mərhələləri ilə xəstələrdə bir qayda olaraq klinik sağalma
baş verir. Lazeroterapiya – teleangiektaziyaların destruksiyası məqsədilə uzun dalğalı
(577 və 585 nm) şüalar tətbiq olunur. İşıq dəstəsi səthi qan damarının daxilində istilik
effektini yaradaraq yaxınlıqdakı toxumalara zərər vurmadan qan damarının dağılmasına
səbəb olur.
Şək.29.1.Rozasea zamanı səp-
gilərin lokalizasiyası