Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə251/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   446
DERMATOLOGİYA-dərslik 1

Yerli immunsupressiv terapiya 
Yerli immunsupressiv terapiya xəstəliyin stasionar mərhələsində skvar turşusunun 
dibutil efirinin və difenilsiklopropenon tətbiq etməklə aparılır. Topik immun terapiyanın 
prinsipi başın tüklü hissəsinin dərisində təmas ekzemasının intermittasiyalı qıcıqlandırıl-
masından ibarətdir. Sensibilizasiya aparıldıqdan sonra onun iltihab reaksiyasını 1-2 sut-
ka saxlayan konsentrasiyası seçilir. Effekt əldə olunduqdan sonra preparatın işlədilməsi 
ararsındakı fasilə artırılır və ya terapiya tamamilə dayandırılır.
Qıcıqlandırıcı terapiya
Qıcıqlandırıcı terapiya da həmçinin stasionar mərhələdə aparılır. 0,5-1%-li antralin, 
2%-li minoksidil məhlulu, silokast, melaqinin tətbiq olunur.
Fiziki müalicə
Ocaqlı alopesiya zamanı xəstəliyin mərhələsindən asılı olmayaraq fizioterapiyanın 
praktik olaraq bütün növləri həyata keçirilir: qalvanizasiya, elektroforez, darsonvaliza-
siya, amplipulsterapiya, fotokimyəvi terapiya, masaj, kriomasaj.
Ocaqlı alopesiyanın profilaktikası tam hazırlanmamışdır.


361
XXX FƏSİL. DƏRİ VASKULİTLƏRİ
Dəri vaskulitləri (angiitlər) dedikdə, özünün klinik və patomorfoloji simptomatika-
sında ilk və aparıcı həlqəsi olan müxtəlif kalibrli dermal və hipodermal qan damarlarının 
divarlarının qeyri-spesifik iltihablaşması üstünlük təşkil edən dermatozlar başa düşülür.
Etiologiya və patogenez
Vaskulitlərin etiologiya və patogenezi bir çox hallarda hələlik naməlum olaraq qalır. 
Son illər vaskulitlərin immun kompleks mənşəli olması haqqında olan nəzəriyə getdikcə 
geniş yayılmaqdadır. Bu nəzəriyyəyə görə vaskulitlərin yaranması damar divarına qan-
dan çökən immun komplekslərin zədələyici təsiri ilə əlaqələndirilir. Antigen rolunda 
vaskulitin səbəbindən asılı olaraq, çox güman ki, bu və ya digər mikrob agenti, dərman 
vasitəsi, dəyişilmiş zülallar yerinə yetirilir, müvafiq immunqlobulinlər isə anticisim sa-
yılır. Qanda dövr edən immun komplekslər əlverişli şəraitdə (onların təbii eliminasiyası-
nı istisna edən və ya tormozlayan) damar divarlarında subendotelial çökərək və onların 
iltihabını törədirlər. İmmun komplekslərin çökməsinə əlverişli təsir göstərən cəhətlərə 
onların sürətlə yaranmasını, qan cərəyanında uzun müddət dövr etməsini, damar daxi-
li təzyiqin yüksəlməsini, qan cərəyanın ləngiməsini, immun homeostaz sistemindəki 
pozğunluqları aid edirlər. Damar divarının iltihablaşmasına səbəb olan etioloji amillər 
arasında çox vaxt fokal (az hallarda ümumi) infeksiyanı aid edirlər ki, o da stafilokoklar 
və ya streptokoklar, vərəm mikobakteriyaları, enterokoklar, maya və digər göbələklər, 
qrip virusu tərəfindən törədilir. Damar divarına infeksiyanın sensibilizasiyaedici təsirini 
müvafiq antigenlərlə birlikdə qoyulan dəri daxili sınaqların nəticələrinin müsbət olması 
təsdiq edir. Angiitlər zamanı ekzogen sensibilizasiya edən amillər arasında müasir dövr-
də dərman vasitələrinə, ilk növbədə antibiotiklərə və sulfanilamidlərə xüsusi yer ayrılır. 
Vaskulitlərin patogenezində xronik intoksikasiyalar, endokrinopatiyalar mübadilə poz-
ğunluqlarının müxtəlif növləri, həmçinin təkrar donmalar, psixi və fiziki gərginlik, foto-
sensibilizasiya, arterial hipertenziya, venoz durğunluq rol oynaya bilər. Dərinin vasku-
litləri müxtəlif kəskin və xronik infeksiyaların (qrip, vərəm, sifilis, cüzam, iersinioz və 
s.), biləşdirici toxumanın diffuz xəstəliklərinin (revmatizm, sistem qırmızı qurdeşənəyi, 
revmatoid artriti və s.), krioqlobulinemiya, qan xəstəliklərinin, müxtəlif şiş prosesləri-
nin dəri sindromu ola bilər.
Müasir dövrdə dərinin vaskulitləri (angiitlər) qrupuna 50-yə qədər nozoloji for-
ma daxildir. Bu nozologiyaların böyük əksəriyyəti klinik və patomorfoloji oxşarlıqla-
ra malikdir, bəzən bunlar bir-birindən az fərqlənir ki, bu da diaqnozun qoyulmasında 
nəzərə alınmalıdır. İndiyə qədər dərinin vaskulitlərinin hamı tərəfindən qəbul olunmuş 
vahid bir təsnifatı yoxdur, bu da dərinin vaskulitlərinin etiologiyasının, patogenezinin, 
klinik gedişinin və dermatozların bu mürəkkəb qrupu ilə əlaqədar bir sıra məsələlərinin 
natamam öyrənilməsi ilə izah edilir. Klinik həkimlərin əksəriyyəti daha çox dərinin vas-
kulitlərinin morfoloji təsinifatından istifadə edirlər ki, onların əsasında adətən dərinin 
klinik dəyişiklikləri, həmçinin zədələnmiş damarların yerləşmə dərinliyi (və müvafiq 
olaraq kalibri) durur. Praktik məqsədlə dərinin vaskulitlərinin (angiitlərinin) işçi təsni-
fatı işlənib hazırlanmışdır.


362

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin