424
Tez-tez baş verən infeksiyalar çapıqlaşan alopesiyaya səbəb olur. Göz qapaqlarının və
dodaqların çevrilməsi müşahidə olunur. Dırnaq yastıqları iltihablaşmış, dırnaqların dist-
rofiyası nəzərə çarpır. Selikli qişa adətən zədələnməmişdir. Göz qapaqlarının çevrilməsi
infeksiyanın inkişaf etməsinə şərait yaradır.
Xəstəlik bütün ömrü boyu davam edir. Vəziyyət yaş artdıqca heç də yaxşılaşmır.
Hiperkeratoz merokrin vəzilərin axacaqlarının tutulmasına səbəb olur ki, nəticədə tər
ifrazı pozulur. Xəstələrdə tər ifrazının pozulması nəticəsində fiziki işlər və isti hava hi-
perreksiyaya (bədən temperaturunun 410C-yə qədər və daha çox artması). gətirib çıxarır.
Epidermisin buynuz təbəqəsində yaranan çatlar üzündən mayenin həddən artıq itirilməsi
susuzlaşmaya səbəb olur. Uşaqlarda epidermisin hüceyrələrinin yeniləşməsinin sürətlən-
məsi sayəsində qida maddələrinə tələbat artır.
Diaqnoz
Diaqnostika səciyyəvi klinik əlamətlərə əsaslanmışdır: eritrodermiya, laylı hiperke-
ratoz, ektropion, fotofobiya. İxtiozformalı anadangəlmə quru qeyri-bullyoz eritrodermi-
yanın diaqnostik meyarları (K.A.Suvorova və həmmüəlliflər, 1990):
•
uşağın “kolloid” plenkada, çatlarla doğulması;
•
nazik təbəqənin (plenkanın) soyulmasından sonra – kəskin eritrodermiya və də-
rinin
şişkinliyi, ödemi;
•
illər boyunca bədənin bütün səthlərində (daha çox baldırlarda) qabıqvermə;
•
insolyasiya zamanı, bəzi yerli preparatlardan və ya ümumi müalicədən sonra
eritemanın güclənməsi;
•
dövri olaraq – dərinin müvəqqəti təmizlənməsi ilə bərabər intensiv qabıqlanma;
•
ovucların, dabanların, barmaqların dərisində çatlar,
artan büküşlərlə bərabər
parlaq kolloidəbənzər hiperkeratoz; barmaqların uclarında epidermal daraqların hipop-
laziyası və onların laklanmış
görünüşü;
•
zəif dismorfiya
sindromu - keçici ektropion,
xarici blefarofimoz, əzginlik və
qulaq seyvanlarının büküşlərinin bitişməsi, çeçələ barmaqların qısalması və radial devi-
asiyası.
Dostları ilə paylaş: