Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə qrif verilmişdir


Baş Sazişin və VII maddənin 6-cı üsulda nəzərə alınması prinsiplərinə  aşağıdakıları aid etmək



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix23.02.2017
ölçüsü5,01 Kb.
#9542
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

Baş Sazişin və VII maddənin 6-cı üsulda nəzərə alınması prinsiplərinə  aşağıdakıları aid etmək 
olar:  
- qiymətin maksimum dərəcədə gətirilən malların dəyərinə əsaslanması, faktiki qiymətləndirməyə 
əsaslanan dəyərdən istifadə edilməsi;  
- qiymətin unifikasiyalaşdırılması, gömrük qiymətləndirilməsinin eyni üsulla aparılması; 
- qiymətlərin həqiqi və neytral olması;  
- qiymətləndirmə meyarlarının sadəliyi və ayrı məqsəd güdməməsi;  
- ticarət təcrübəsinə uyğunluq, yad üsullardan istifadə edilməməsi;  
- yaxın ekvivalent (alternativ) dəyərlərdən istifadə edilməsi; 
- yerli və məchul qiymətlərdən istifadə edilməməsi.  
Gömrük tarifi haqqında qanunun 23-cü maddəsinin 2-ci hissəsində gömrük dəyərinin təyinində 
istifadəsinə yol verilməyən qiymətlər göstərilir:  
- malın daxili bazardakı qiyməti;  
- daxili bazardakı Azərbaycan mənşəli malın qiyməti;  
- ixrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti;  
- malın kortəbii müəyyən edilmiş və ya dəqiqləşdirilməmiş qiyməti.  
Axırıncı  bəndin dəqiqləşdirilməyə ehtiyacı var. Belə ki, gömrük dəyərinin təyini üçün əsas olaraq 
kortəbii müəyyən edilmiş  və ya dəqiqləşdirilməmiş qiymətin götürülməsi ona görə baş verir ki, 
qiymətləndirilmə üçün götürülən mal analoqu konkretləşdirilmir. Buna görə  də 6-cı üsulla gömrük dəyərinin 
edilməsində orta qiymətlərdən istifadə etmək olmaz. 6-cı üsul sənədli təsdiqə də digər üsullardan çevik yanaşır.  
 
 

118 
 
Mövzu 12.  
Valyuta nəzarəti  
 
Mövcud qanunvericilikdə rezident və qeyri-rezidentlərin valyuta hüquqi-münasibətlərini, valyuta 
məhdudiyyətlərini reqlamentləşdirən normativ bazanın olması valyuta əməliyyatlarının həyata keçirilməsi 
zamanı bu qanunvericiliyə  əməl edilməsinə  nəzarət məqsədilə  şəraitin yaradılması üçün inzibati idarəetmə 
mexanizmini şərtləndirir. Qeyd etmək lazımdır ki, valyuta nəzarəti valyuta tənzimlənməsi sisteminin bütövlükdə 
üstqürumu olmaqla bərabər, cəmiyyətin müəyyən inkişaf mərhələlərində qarşıda duran konkret məsələləri həll 
edir.  
Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının 
təmin edilməsidir.  
Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:  
- aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması  və  tələb olunan 
icazələrin alınması;  
- rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin  əldə olunan xarici valyutanın daxili 
valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması;  
- xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;  
- valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.  
Beynəlxalq təcrübə göstərir ki, xarici iqtisadi fəaliyyətlə bağlı əməliyyatlara səmərəli valyuta nəzarəti 
yalnız bu işdə gömrük orqanlarının fəal iştirakı ilə mümkündür. Belə ki, malların gömrük sərhədindən qanuni 
keçirilmə faktı və onun şərtləri, həmçinin xarici ticarət müqavilələrində öz əksini tapmış digər məsələlər gömrük 
nəzarəti və gömrük rəsmiləşdirilməsinin gedişində  aşkarlanır. Gömrük rəsmiləşdirilməsi zamanı valyuta 
nəzarətinin hərtərəfli və səmərəli həyata keçirilməsi üçün şərait yaranmış olur.  
Gömrük orqanlarına valyuta nəzarəti həyata keçirmək hüququ verilməklə qanunvericilik aktı 
səviyyəsində valyuta nəzarəti orqanının səlahiyyəti konkretləşdirilmiş olur. Gömrük sərhədindən keçirilən 
valyuta və valyuta qiymətlilərinə (milli valyutada qiymətli kağızlar və digər valyuta sərvətləri) nəzarət 
funksiyası  ənənəvi xarakterli olub, əvvəllər də gömrük orqanlarının  əsas funksiyalarına aid idi. Valyuta 
qiymətlilərinə mülkiyyət hüququnun keçməsi  əməliyyatlarına nəzarət funksiyasının gömrük sisteminə  həvalə 
edilməsi prinsipcə yeni məsələdir və bu nəzarətin səmərəliliyinin artırılması məqsədini güdür.  
Məsələnin belə qoyuluşu gömrük sisteminin maraq dairəsini genişləndirmək, gömrük və valyuta 
qanunvericiliyi sahələrini uzlaşdırmağa, həmçinin onun həllində gömrük sisteminin təşkilati və texniki 
imkanlarından istifadə etməyə  şərait yaratdı. Nəticədə bu üstünlüklər xarici ticarət fəaliyyəti  əməliyyatlarına 
nəzarətin təşkilində özünü göstərdi.  
Dövlət Gömrük Komitəsinin  9 sentyabr 1998-ci il tarixli 049 saylı  əmri ilə  “Azərbaycan 
Respublikası  ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə  nəzarət 
barədə”  Təlimat təsdiq edilmiş  və Azərbaycan Respublikası  Ədliyyə Nazirliyində 17.09.1998-ci ildə qeydə 
alınmışdır (Qeydiyyat N 129). 
İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə  nəzarət bir neçə  mərhələdə  həyata 
keçirilir.  
1. İlkin nəzarət:  
- YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;  
- həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;  
- hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;  
2. Məlumat - analitik nəzarət:  
- gömrük orqanlarından alınan məlumatların yoxlanılması;  
- valyuta nəzarəti, uçot kartoçkasının doldurulması  və  əqd üzrə hesablaşmaları aparan müvəkkil 
banklara göndərilməsi;  
- bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);  
- valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi. 
3. Bitkin sənədli nəzarət:  
- valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt  üzrə məqsədli yoxlama;  
- Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.  
Belə  nəzarət sistemi imkan verir ki, hər bir valyuta əməliyyatının qanunvericiliyə uyğun olmasına 
nəzarət edilsin, qaytarılmamış valyuta qazancının həcmi qiymətləndirilə bilsin, ödənişin  şərtləri qaydaya 
salınsın, gömrük orqanlarının və bankların operativ məlumat mübadiləsi təmin edilsin, valyuta nəzarəti 
məqsədləri üçün bank və gömrük orqanlarının imkanlarından maksimum istifadə edilsin.  
İxrac əməliyyatlarında valyuta ödənişlərinə nəzarət Dövlət Gömrük Komitəsinin 9 sentyabr 1998-ci il 
tarixli 049 saylı  Əmri ilə  təsdiq edilmiş  və 11 fevral 1999-cu il tarixli 009 saylı  əmri ilə  dəqiqləşdirilmiş 

119 
 
Təlimatla müəyyən edilən “İxrac əməliyyatlarında valyuta ödənişlərinə nəzarətin texnoloji sxemi”nə uyğun 
olaraq həyata keçirilir.  
İlkin nəzarət.  İlkin nəzarət ixrac əməliyyatının gömrük rəsmiləşdirilməsi zamanı aparılır. Bu zaman 
ixracatçı  tərəfindən təqdim olunan aidiyyatı  sənədlərin tamlığı  və düzgünlüyü gömrük rəsmiləşdirilməsini 
aparan müvafiq şöbə (Yük şöbəsi) tərəfindən yoxlanılır.  
Konsiqnasiya  yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə  əsasən respublika 
hüdudlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə  qədər müəyyən 
olunmaqla malların ixracını  nəzərdə tutur. Satışdan  əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən 
gec olmayaraq ixracatçının ona xidmət göstərən müvəkkil bankdakı valyuta hesabına daxil olmalıdır. 
Konsiqnasiya ticarəti üçün ayrılan müddətdə mallar satılmadığı  təqdirdə, 30 gün ərzində  həmin mallar 
Azərbaycan Respublikasına qaytarılmalıdır.  
Dövlət müəssisəsi olmayan ixracatçılar tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük 
orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş 
malların dəyəri, istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilər.  
Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları  tərəfindən tələb 
olunan sənədlər aşağıdakılardır:  
1) xarici tərəflə bağlanmış müqavilə (ixracatçı dövlət müəssisəsi olduğu halda İqtisadi  İnkişaf 
Nazirliyində qeydiyyatdan keçirilməklə; digər ixracatçılar tərəfindən isə gömrük orqanlarında bəyan 
edilməklə);  
2) ixrac olunan malın mənşə sertifikatı;  
3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə (ixracatçı qeyri-dövlət müəssisəsi olduqda);  
4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, ixracatçı qeyri-dövlət müəssisəsi 
olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;  
5) konsiqnasiya müqaviləsində  nəzərdə tutulan valyuta vəsaitinin vaxtında köçürüləcəyinə  və 
yaxud mal satılmadığı halda həmin malın geri qaytarılmasının “Zəmanət öhdəliyi”. 
6) Uçot kartoçkası (UK);  
7) Deklarant tərəfindən tərtib olunmuş Yük Gömrük Bəyannaməsi;  
Barter  əməliyyatları, dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal (xidmət və  əqli 
mülkiyyət) mübadiləsini nəzərdə tutur.  
Barter  əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması müddəti 90 günədək 
müəyyən olunur. Ekvivalent məbləğdə qarşılıqlı mal mübadiləsi bu müddətdə başa çatmadığı  təqdirdə, 
hesablaşma müqavilədə göstərilən valyuta ilə 10 bank günü ərzində yerinə yetirilməli və  vəsait ixracatçının 
müvəkkil bankdakı valyuta hesabına köçürülməlidir.  
Dövlət müəssisələri və Nizamnamə fondunda dövlətin pay haqqı 50 %-dən yuxarı olan müəssisələr 
tərəfindən bağlanmış barter müqavilələri  İqtisadi  İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər 
müəssisələr tərəfindən bağlanmış barter müqavilələri isə, gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir.  
Barter  əməliyyatları üzrə ixrac edilən malları Yük Gömrük Bəyannamələrinin bir nüsxəsi mal bəyan 
olunduğu tarixdən etibarən 7 gün ərzində gömrük orqanları  tərəfindən müvəkkil banklara və  İqtisadi  İnkişaf 
Nazirliyinə göndərilir.  
Malların barter (mübadilə) yolu ilə ixracı zamanı gömrük orqanları  tərəfindən tələb olunan sənədlər 
aşağıdakılardır:  
1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə (ixracatçı qeyri-dövlət müəssisəsi olduqda);  
2) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, ixracatçı qeyri-dövlət müəssisəsi 
olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;  
3) xarici tərəflə bağlanmış barter müqaviləsi (ixracatçı dövlət müəssisəsi olduqda İqtisadi İnkişaf 
Nazirliyində qeydiyyatdan keçirilmiş);  
4) ixrac olunan malın mənşə sertifikatı;  
5) ekvivalent məbləğdə malların vaxtında Azərbaycan Respublikasına gətiriləcəyi və yaxud 
valyuta vəsaitinin ixracatçının müvəkkil bankdakı valyuta hesabına köçürəcəyi barədə zəmanət öhdəliyi;  
6) Uçot kartoçkası (UK).  
7) Deklarant tərəfindən tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.  
Kreditə ixrac əməliyyatları, faktiki mal (xidmət və  əqli mülkiyyət) ixracından sonra haqqı müəyyən 
şərtlərlə və hər hansı müddət ərzində ödənilən malların ixracını nəzərdə tutur.  
Dövlət müəssisələri və Nizamnamə fondunda dövlətin pay haqqı 50 %-dən yuxarı olan müəssisələr 
tərəfindən malların (xidmət və  əqli mülkiyyətin) kreditə ixracı üzrə bağlanmış müqavilələr  İqtisadi  İnkişaf 
Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır.  

120 
 
Digər ixracatçılar tərəfindən malların kreditə ixracı isə, gömrük orqanlarında bəyan edilməklə  həyata 
keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş malların dəyəri istehsalçıya tam 
ödənildikdən sonra ixrac oluna bilər.  
Kreditə ixrac əməliyyatlarında gömrük orqanları tərəfindən tələb olunan sənədlər:  
1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə (ixracatçı qeyri-dövlət müəssisəsi olduqda);  
2) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, ixracatçı qeyri-dövlət müəssisəsi 
olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;  
3) xarici tərəflə bağlanmış müqavilə (kreditə ixrac əməliyyatları dövlət müəssisələri tərəfindən 
həyata keçirildikdə İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə);  
4) malın mənşə sertifikatı;  
5) valyuta vəsaitlərinin köçürülməsinə zəmanət öhdəliyi;  
6) Uçot kartoçkası (UK);  
7) Deklarant tərəfindən tərtib olunmuş Yük Gömrük Bəyannaməsi;  
Müvəqqəti ixrac əməliyyatları, xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, 
sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların yenidən işlənməsi (dəyişdirilmədən) Azərbaycan 
Respublikasına qaytarılması şərtilə ixracını nəzərdə tutur.  
Dövlət müəssisələri tərəfindən müvəqqəti olaraq göndərilmiş mallar üzrə bağlanmış müqavilələrdə 
nəzərdə tutulmuş müddət bitdiyi gündən həmin mallar 30 gün ərzində Azərbaycan Respublikasına 
qaytarılmalıdır. Bu mallar İqtisadi  İnkişaf Nazirliyinin icazəsi ilə istifadə olunduğu ölkələrdə satıla bilər. 
Valyuta vəsaiti mallar satıldığı gündən 10 gün müddətində ixracatçının Azərbaycan Respublikasında müvəkkil 
bankdakı hesabına daxil edilməlidir; 
- Dövlət müəssisəsi olmayan ixracatçılar tərəfindən isə, müvəqqəti ixrac olunmuş mallar bu Təlimata və 
Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq müvafiq gömrük rüsumları 
ödənilməklə istifadə olunduğu ölkələrdə satıla bilər. Bu halda valyuta vəsaitləri mallar satıldığı gündən 10 gün 
müddətində ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankdakı hesabına daxil edilməlidir. Başqa 
halda, həmin mallar bağlanmış müqavilələrdə  nəzərdə tutulmuş müddət bitdiyi gündən 30 gün ərzində 
Azərbaycan Respublikasına qaytarılmalıdır.  
Müvəqqəti ixrac əməliyyatları rəsmiləşdirilərkən gömrük orqanları tərəfindən aşağıdakı sənədlər tələb 
olunur:  
1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə (ixracatçı qeyri-dövlət müəssisəsi olduqda);  
2) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, ixracatçı qeyri-dövlət müəssisəsi 
olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini təsdiq edən müvafiq bank sənədi;  
3) xarici tərəflə bağlanmış müqavilə (ixracatçı dövlət müəssisəsi olduğu halda İqtisadi  İnkişaf 
Nazirliyində qeydiyyatdan keçirilməklə);  
4) müvəqqəti ixrac olunan malın mənşə sertifikatı;  
5) müqavilə şərtlərinə uyğun olaraq müvəqqəti ixrac olunan malların geriyə qaytarılacağı barədə 
zəmanət öhdəliyi;  
6) Uçot kartoçkası (UK);  
7) Deklarant tərəfindən tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.  
Sonuncu (sənədli) nəzarət-gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra aparılır.  
Gömrük orqanının yük şöbəsinə ixracatçı tərəfindən təqdim olunan sənədlər rəsmiləşdirilərək Maliyyə - 
Tarif şöbəsinə verilir və aşağıdakılar yerinə yetirilir:  
1) hər bir ixrac əməliyyatı üzrə  sənəd toplusu (dosye) açılır, ixracatçının  ərizəsi ilə birlikdə  ərizədə 
göstərilən sənədlərin surətləri və Təlimatın 2-ci bəndindəki müvafiq ixrac rejiminə uyğun tələb olunan sənədlər 
əlavə edilir;  
2) Uçot kartoçkasındakı məlumatların düzgünlüyü yoxlanılmaqla təqdim olunan YGB məlumatları ilə 
üzləşdirilir;  
3) Uçot kartoçkası tərtib olunmaqla, gələcəkdə valyuta vəsaitlərinin daxil olacağının və ya malın geri 
qaytarılacağının son müddəti təyin olunur;  
4) Uçot kartoçkasına qeydiyyat nömrəsi verilməklə, Uçot kartoçkalarının reyestrinə salınır və onun 
surəti isə DGK-nın  Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə göndərilir;  
5) göndərilmiş malların müqabilində ödəniş vaxtının bitməsi barədə ixracatçıya və DGK Valyuta 
Nəzarəti şöbəsinə bildiriş göndərilir;  
6) valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası (A 
2 bölməsi) və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı 
tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə UK nəzarətdən çıxarılır;  
7) valyuta vəsaitlərinin vaxtında mədaxil olmaması və ya malların geriyə qaytarılması müddətinin başa 
çatması ilə əlaqədar (Fors-major baş verdiyi və yaxud ixracatçı tərəfindən ixrac müqavilələrinə müvafiq olaraq 

121 
 
nəzərdə tutulan arbitraj proseduralarının yerinə yetirilməsi halları istisna olmaqla) gömrük orqanı (Maliyyə-tarif 
şöbəsi) mövcud qaydada araşdırma aparır, protokol tərtib edir və toplanmış materialları gömrük orqanının 
müvafiq (Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə) şöbəsinə təqdim edir. Aidiyyəti üzrə 
bu işi icra edən şöbə təhqiqat aparmaqla, eyni zamanda qərar qəbul edir, həmçinin təlimatın 2 saylı əlavəsinin 
“V” bölməsinə uyğun olaraq ixracatçıya qarşı Gömrük Məcəlləsinin müvafiq maddəsinə əsasən sanksiya tətbiq 
edir və bu barədə Dövlət Gömrük Komitəsinin MT və VN Baş idarəsinə məlumat verir.  
İxracatçılar tərəfindən ixrac olunan (sövdələşmə xüsusiyyəti 21 və 41), malların (xidmət və  əqli 
mülkiyyətin) Azərbaycan Respublikası  ərazisindən çıxarılması gömrük orqanları  tərəfindən yalnız onların 
haqqının qabaqcadan ödənildiyi və yaxud geri çağırılmayan akkreditiv açılması müvəkkil banklar tərəfindən 
“Uçot kartoçkası”nın “A 1” və “A 2” bölmələrində qeyd edilməklə təsdiq olunduqdan sonra həyata keçirilir.  
İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsi, Azərbaycan Respublikası 
müvəkkil banklarının, malların gömrük sərhədindən çıxarılması isə gömrük orqanlarının nəzarəti altında həyata 
keçirilir.  
İxracatçılar, təlimatın tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə 
müvafiq olaraq, həmçinin, təlimata uyğun xarici valyuta vəsaitlərinin (və ya malların geriyə) respublikaya 
vaxtında və tam həcmdə köçürülməsini (gətirilməsini) mövcud qaydada təmin etmədikləri təqdirdə, Azərbaycan 
Respublikası Gömrük Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.  
“Azərbaycan Respublikası  İnzibati Xətalar”  Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta 
vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin 
dəyərinin 5 %-dən 50 %-dək miqdarda cərimə edilir.  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2002-ci il tarixindən qüvvəyə minmiş  «Fiziki 
şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan 
Respublikasından çıxarılması» QAYDALARI  «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası 
Qanununa  əlavələr və  dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununa, Azərbaycan 
Respublikasının Gömrük Məcəlləsinə müvafiq olaraq hazırlanmış  və fiziki şəxslər tərəfindən valyuta 
sərvətlərinin Azərbaycan Respublikasına nağd gətirilməsi və Azərbaycan Respublikasından nağd çıxarılması 
qaydalarını müəyyən edir. 
 Rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə  məhdudiyyət qoyulmadan 
Azərbaycan Respublikasına nağd  şəkildə  gətirə bilərlər. Rezidentlər tərəfindən Azərbaycan Respublikası 
ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların 
gətirilməsi gömrük orqanları  tərəfindən «Sərnişin gömrük bəyannaməsi»  ilə, 10.000 (on min) ABŞ dolları 
ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA – 5 
№-li forma ) ilə rəsmiləşdirilir.  
  Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 
(əlli min) ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə Azərbaycan 
Respublikasından nağd şəkildə çıxara bilərlər. Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd 
şəkildə  gətirilmiş valyuta sərvətləri ölkə  ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına «Sərnişin gömrük 
bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək 
olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin 
məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.  
  Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları 
ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı 
tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı  təqdim etməklə Azərbaycan 
Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan 
Respublikasından kənara köçürə bilərlər. Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta 
sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən 
verilmiş «Azərbaycan Respublikasına  əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» 
bank arayışı əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd  şəkildə  çıxara 
bilərlər.  
 Rezidentlər tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğində valyuta 
sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə 
Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.  
  Xarici ölkələrə xidməti ezamiyyətə gedən rezidentlər, həmin şəxsləri ezamiyyətə göndərən təşkilatlara 
xidmət göstərən müvəkkil bankların təsdiqedici sənədlərində (ezamiyyə  xərclərinin ödənilməsi barədə bank 
arayışı) göstərilən məbləğlərdə ezamiyyə  və nümayəndəlik xərclərinin ödənilməsi üçün xarici valyuta 
sərvətlərini Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilər.  
  Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə  məhdudiyyət qoyulmadan 
Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər.  Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası 

122 
 
ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların 
gətirilməsi gömrük orqanları  tərəfindən «Sərnişin gömrük bəyannaməsi» ilə, 10.000 (on min) ABŞ dolları 
ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA – 5 
№-li forma) ilə rəsmiləşdirilir.  
  Qeyri-rezidentlər Azərbaycan Respublikasına  əvvəllər nağd  şəkildə  gətirilmiş valyuta sərvətlərindən 
50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan etməklə Azərbaycan 
Respublikasından nağd şəkildə çıxara bilərlər. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər 
nağd  şəkildə  gətirilmiş valyuta sərvətləri ölkə  ərazisindən nağd çıxarılarkən gömrük orqanlarına «Sərnişin 
gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları 
ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta 
sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir. Qeyri-
rezidentlər Azərbaycan Respublikasına  əvvəllər nağd  şəkildə  gətirilmiş 50.000 (əlli min) ABŞ dolları 
ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı 
tərəfindən bu vəsaitlərin həmin qeyri-rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə Azərbaycan 
Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan 
Respublikasından kənara köçürə bilərlər.  Qeyri-rezidentlər  əvvəllər Azərbaycan Respublikasına köçürülmüş 
valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar 
tərəfindən verilmiş «Azərbaycan Respublikasına  əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi 
haqqında» bank arayışı  əsasında, gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd 
şəkildə çıxara bilərlər. Qeyri-rezidentlər, onları ezamiyyətə göndərən təşkilatın təsdiqedici sənədlərində (ezam 
olunma barədə əmrdən çıxarış və ya ezamiyyə vəsiqəsi və ezamiyyə haqqının verilməsi barədə kassa məxaric 
orderinin qəbzi) göstərilən məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından nağd  şəkildə  çıxara 
bilərlər.  
  Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətləri haqqında aylıq 
məlumatları növbəti ayın 20-dək, gömrük orqanları isə 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq 
məbləğdə  gətirilən valyuta sərvətləri barədə  məlumatları 7 gün müddətində müəyyən olunmuş qaydada Milli 
Banka göndərir.  

123 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin